ƏBƏDİ QAYIDIŞ

 

Bugünkü kimi yadımdadır. Azərbaycan tarixinin ən ağır dönəmlərindən olan 1988-ci ilin son ayları idi. Erməni faşistləri 250 min nəfər soydaşımızı Ermənistandan - öz əzəli, doğma ata-baba yurdlarından zorla, vəhşicəsinə çıxarmışdılar. Onların bir qismi Ağdam rayonuna pənah gətirmişdi.

 

Bir müddət sonra Dağlıq Qarabağın işğal olunmuş rayonlarından məcburi şəkildə çıxarılan əhalinin müəyyən hissəsi Ağdamda yerləşdirildi. Yaranmış vəziyyəti təsəvvür etmək çətin deyildi. Yerli sakinlərlə birgə soydaşlarımız ağır çox çətin, dəhşətli günlər yaşayırdılar. Erməni silahlı qüvvələri havadarlarının köməyilə 1993-cü il iyulun 4-də rayon mərkəzini bombalamağa başladılar. Ağdam şəhərinin əksər hissəsi dağıdıldı. Vəziyyətin kritik olduğunu nəzərə alaraq hərbçiləri mülki vətəndaşları şəhərdən təxliyyə etdilər.

 

1993-cü il iyulun 23-də Ağdam Ermənistan ordusu tərəfindən işğal olundu. O dövrdən Ağdamın qara günləri başlandı. Erməni vandalları bu gözəl şəhərdə daşı daş üstə qoymadılar. 2008-ci ildə “Lonely Planet” jurnalı AğdamıQafqazın Xirosiması”, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamıruhlar şəhəriadlandırıb. Həyasızlığın dərəcəsinə baxın ki, qondarma Dağlıq Qarabağ rejimi 2010-cu ildə Ağdam rayonunun adını dəyişərək Akna qoyub.

 

Uca Yaradan zülmü, haqsızlığı heç vaxt bağışlamır, qisas qiyamətə qalmır. Gec-tez haqq-ədalət öz yerini tapır. Belə oldu. 27 il sonra—20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti uzaqgörənliyi sayəsində işğaldan azad edildi. Özü bir güllə atılmadan, heç bir itki verilmədən. Azərbaycan Ordusunun uğurlu strategiyası taktikası sayəsində qələbəmiz daha möhtəşəm oldu.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il may ayının 28-də Ağdam şəhərinə səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə bu barədə açıqlama verərək dedi: “Mən öz çıxışlarımda bütünTvit”lərimdə hər zaman həqiqətləri deyirdim yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin ağdamlılar fikirləşir ki, bəs üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə, biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik. Çox güman ki, erməni tərəfi bunu dərk edib artıq bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, bayraq qaldırdı, təslim oldu kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik bu gün burdayıq bundan sonra da əbədi burada olacağıq”.

 

Bəli, bax, budur, yüksək sərkərdəlik qabiliyyəti, misli görünməmiş uzaqgörənlik. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu noyabrın 10-da Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Özü nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan bunu hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. Ermənistan Paşinyanın timsalında dünya qarşısında rəzil oldu.

 

44 günlük müharibə bizim şanlı tariximizdir. Bu tarix yaddaşlarda əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir öyrənilir. Artıq dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim apardığımız 44 günlük müharibə öyrənilir. Məlumdur ki, texniki imkanlarımız müharibənin gedişinə ciddi təsir etmişdir. Ancaq bayrağı ucaldan, bayrağı sancan, öz sinəsini qabağa verən, bilə-bilə Vətən üçün ölümə gedən Azərbaycan əsgəri, zabiti idi. Biz bu möhtəşəm qələbəyə görə qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Bəli, istənilən texnika ola bilər, istənilən maddi imkan ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə, onda heç vaxt qələbə qazana bilməzsən.

 

Bu bir faktdır ki, vətən sevgisi, vətənpərvərlik duyğuları, vətənə məhəbbət hissi milli ruhun təməli ailədə qoyulur, sonra təhsil müəssisələrində möhkəmlənir həyatda təsdiqini tapır. Bu mənada ölkəmizdəki müasir təhsil sistemini zəhmətkeş, cəfakeş müəllimlərimizin gərgin əməyini xüsusilə qeyd etməliyik.

 

ÖlkəmizdəZəfər tarixidərsliyinin hazırlanması məktəblərdə əsas fənn kimi tədris edilməsi təqdirəlayiq təşəbbüsdür bu alqışlanmalıdır. Fikrimcə, dərslikdə müharibənin başlanğıcına qədər olan dövr, 44 günlük müharibənin, tarixi Zəfərin təfsilatı müharibədən sonrakı dövr öz əksini tapmalıdır. Bu dərsliyin gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağına əminəm.

 

Azərbaycan gənclərində milli ruh, Vətən uğrunda özünü fəda etmək eşqi daha güclüdür. Məhz həm buna görə biz tarixi Zəfər qazandıq. Düşmən həm ona görə məğlub oldu ki, onun ordusunda minlərlə fərari var idi.

 

Bizim mübarizəmiz, apardığımız müharibə Vətən, haqq-ədalət, qeyrət uğrunda idi. Vətənimizin Qarabağ guşəsini düşmən tapdağından azad etməyə köklənmişdik. Onlar isə işğalçılıq müharibəsi aparır, zəbt etdikləri torpaqlarımızı əllərində saxlamaq istəyirdilər.

 

Otuz ildə hər yeri viran qoyublar. Dərk etmirdilər ki, torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı var. Mənfur düşmənə çatmırdı ki, torpaqlarımızın bütövlüyünü, ana-bacılarımızın namusunu qorumaq üçün tərəddüd etmədən silaha sarılan, hətta silahlı düşmənin qarşısına əliyalın çıxıb sinəsini qabağa verən igidlərimizin ruhları gəzir bu diyarda. Onlar özlərini məğlubedilməz ordununəsgərlərisayır, bizi isəqorxaqadlandırırdılar. 44 günlük müharibə kimin kim olduğunu aydın göstərdi. Bu müharibədə zülmün, vəhşiliyin, qəddarlığın cavabı verildi, haqq-ədalət öz yerini tutdu. Kimin məğlubedilməz, kimin qorxaq olduğunu bütün dünya gördü, hamıya açıq-aşkar bəyan oldu.

 

Bizimlə təkbətək döyüşməkdən qorxan namərd düşmən indi min hiylə ilə digər dövlətlərə yaltaqlanaraq özünə müdafiəçilər axtarır. Yenə anlamır ki, bununla heç nəyə nail ola bilməyəcək. Kimin yanına gedirlər, kimin ətəyindən yapışırlarsa dərk etməlidirlər ki, “Dəmir yumruqyerindədir lazımi anda onların başını əzməyə hazırdır!

 

Bəli, biz şanlı, möhtəşəm qələbəni ürəyində böyük Vətən sevgisi, qanında milli ruh olan, torpaq uğrunda ölümə getməyə hər an hazır olan gənclərimizin qəhrəmanlığı, canı, qanı hesabına qazandıq. Vətən sevgisi, milli ruh o insanların hər sözündə, addımında, döyüş əzmində özünü göstərirdi. Bu qələbə qalib xalqımızın müzəffər Ordusunun, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, mahir sərkərdə İlham Əliyevin qələbəsidir! Bu, xalqımızın əzəli, tarixi, ata-baba ocağına, əsrarəngiz, gözəl Qarabağa əbədi qayıdışıdır.

 

 

 

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi,

qabaqcıl təhsil işçisi.

 

Respublika.- 2021.- 5 iyun.- S.5.