Bakı Beynəlxalq Humanitar Forumu: beynəlxalq dialoq üçün mühüm platforma

 

Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaq, dəyirmi masalar vasitəsilə dialoqun qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaq məqsədi ilə 2010-cu ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.

 

2011-ci ilin 10-11 oktyabr tarixlərində I Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. “XXI Əsr: ümid çağırışlaradlı forumda dünyanın 20-dən çox ölkəsindən nümayəndə heyəti iştirak etmişdir. Forum çərçivəsində Multikulturalizm: nailiyyətlər problemlər, Dünyanı dəyişdirən müasir texnologiyalar, Biotexnologiyalar etikanın problemləri, İnkişafın iqtisadi modelinin humanitar aspektləri, Sosial jurnalistika yüksək texnologiyalar s. mövzularda diskussiyalar keçirilmişdir.

 

74 ölkəni 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfərin iştirakı ilə 2012-ci ildə II Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Nümayəndələr arasında 2 nəfər sabiq dövlət başçısı, 13 Nobel mükafatı laureatı, 5 dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 63 görkəmli ictimai siyasi xadim iştirak edirdi. Forumda Mültikulturalizm mədəni özünüdərk, Cəmiyyətin həyatında mültikulturalizm, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, Konvergensiya edən texnologiyalar gələcəyin konturları, Müasir təbabətə molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar, İqtisadi inkişafın humanitar aspektləri, Müasir KİV-lər yeni çağırışlar, Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi istiqamətlər üzrə dəyirmi masalar təşkil olunmuşdu.

 

Heydər Əliyev Mərkəzində 2013-cü ildə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu Texnologiyaların konvergensiyası gələcəyin konturları: XXI əsrin əsas çağırışları, Elmi innovasiyalar onların təhsil mühitinə transferi, Multikulturalizm özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında, Postmodern dövrdə milli özünüdərk, Davamlı inkişaf ekoloji sivilizasiya, Qloballaşan informasiya məkanında medianın aktual məsələləri üzrə sessiyalar təşkil olunmuşdu. III Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etmişdir. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 7-si dünyanın nüfuzlu fəxri professoru, 107-si görkəmli ictimai siyasi xadim idi.

 

2014-cü ildə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nümayəndə toplanmışdı. Onlardan 4 nəfər sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimai siyasi xadim idi. Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru, Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri, İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu, Davamlı inkişaf ekoloji sivilizasiya, Qloballaşmanın çağırışları: ənənə transformasiya arasında, Humanizm postmodern dövrün başlıca dəyəri kimi, Molekulyar biologiya biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər, Texnologiyaların konvergensiyası gələcəyin konturları: XXI əsrin əsas çağırışları Forumun əsas mövzuları idi.

 

V Bakı Beynəlxalq Humanitar Forumu 2016-cı ildə Heydər Əliyev Mərkəzində baş tutmuşdu. Forumun işində 400-dən çox nümayəndə olmaqla dünyanın 80-nə yaxın ölkəsindən (o cümlədən 15 Nobel mükafatı laureatı) iştirak edirdi. V Bakı Beynəlxalq Humanitar Forumda müzakirə olunan mövzular: Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru, İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi, Jurnalistikanın informasiya dövrünə transformasiyası onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu, innovativ etik problemlər, Texnologiyaların konvergensiyası gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları olmaqla geniş müzakirə olunmuşdur.

 

Yeni dünya yeni insan formalaşdıraq: yaradıcılıq insan inkişafımövzusunda 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Beynəlxalq tədbirdə 90-dan çox ölkədən 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Forumda BMT baş katibinin iki müavini, İSESCO, İRCİCA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər.

 

Forumda Təhsil elm insan kapitalının inkişafı kontekstində, İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi, Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi, Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid, Bakı Prosesi - İnsan təhlükəsizliyi, sülh davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri perspektivləri, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi istiqamətlər üzrə sessiyalar təşkil olunmuşdu.

 

Bakı Beynəlxalq Humanitar Forumlarının keçirilməsi ölkəmizin artan iqtisadi siyasi imkanlarının, nüfuzunun təsdiqidir. Forumlar dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malik olmaqla, cəmiyyətin həyatında mültikulturalizm, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, yeni dünya yeni insanın formalaşması prizmasından baxış mənzərəsinin əks olunmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər yeni istiqamətlər verir. Yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirlərdən biri kimi dəyərləndirilən forum çərçivəsində Azərbaycanın da təbliği baxımından geniş işlər görülür. Forum qlobal aləmin fərqli təşkilatlarını təmsil edən insanlar, dövlət hökumət başçıları, adamları, ekspertləri media nümayəndələrini bir araya toplamaqla müzakirələr aparmağa əməkdaşlıq etməyə imkan yaradır.

 

Keçirilən Forumlar çoxsaylı sessiyalardan ibarət olmaqla qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, texnologiyaların konvergensiyası gələcəyə dair proqnozlar, rəqəmsal dövrdə medianın transformasiyasında inkişafın yeni meyilləri, innovativ inkişafda inteqrasiyanın rolu, humanizm postmodern dövrün başlıca dəyəri mövzuları dünya birliyinin işgüzar,  intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır.

 

 

 

Bəybala BƏYBALAYEV

 

 Respublika.- 2021.- 9 iyun.- S.1.