Arxiv sənədləri və tarixi həqiqətlər
9 iyun Beynəlxalq
Arxivlər Günüfür
Arxiv həqiqəti öyrənmək istəyənlər üçün əvəzsiz məkan, təkrarolunmaz sənəd məbədidir. Dövlətin və millətin inkişaf yolu, onun xüsusiyyətləri barədə həqiqətlər burada qorunur və öyrənilir. Bu səbəbdən, baş verən və verməkdə olan hadisələr arxivlərə xüsusi diqqət göstərilməsini şərtləndirir.
Dünyanın ali humanitar təşkilatı olan UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Arxiv Şurası Baş Assambleyasının 2007-ci ildə Kanadada keçirdiyi iclasında 9 İyun - Beynəlxalq Arxivlər Gününün təsis edilməsi barədə Qərarı, arxivin cəmiyyət üçün önəmini bir daha ifadə edir. Bu tarixi qərar təkcə arxivçilər üçün deyil, həm də dünyada bu sahədə görülən işlərin, qəbul edilən qərarların, problemlərin müzakirəsi, habelə arxivlərdə saxlanılan retrospektiv informasiyanın daha aktual və cəmiyyətin sosial tələbatına uyğun hissəsinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət kəsb edir. Respublikamızın dövlət arxiv xidməti təşkilatları da bu əlamətdar günü müxtəlif məzmunlu mədəni-maarifçilik tədbirləri keçirməklə qeyd edir, xalqın mədəni tarixi irsinin qorunmasında, öyrənilməsində mühüm rolu olan arxiv sənədləri və arxivlər barədə məlumatverici verilişlər, sərgilər, məqalələr, elmi-publisistik kitablar, sənəd topluları, film-süjetlər hazırlayaraq ölkə ictimaiyyətini məlumatlandırırlar.
Cənubi Qafqazda ilk dövlət arxivi olaraq 1921-ci ildən fəaliyyətə başlayan Azərbaycan Mərkəzi Dövlət Arxivi 100 illik inkişaf yolu keçərək bu gün geniş şaxələnmiş bir qurum olmaqla xalqımızın mədəni-tarixi irsinin toplanılması, qorunması və onun tərkibinin zənginləşdirilməsində mühüm işlər görür. Arxiv təşkilatları mühüm dövlət qərarlarının verilməsində, vətəndaşların sosial hüquqlarının təmin edilməsində, elmi-tədqiqatların aparılmasında xüsusi əhəmiyyət kəsb edən arxiv materiallarının istifadəsini təşkil etməklə, dövlətçiliyimizin möhkəmlənməsinə və elmin inkişafına layiqli töhfələr verirlər. Dövlət arxivlərimizdə məzmunu və mövzusu ilə hər zaman cəmiyyət və elmi ictimaiyyət üçün aktual olan milyonlarla arxiv materialı: idarəçilik, elmi-texnika, kinofotofono, şəxsi mənşəli sənədlər, sənəd kolleksiyaları saxlanılır.
Tarixin bütün dövrlərində xalqlar və dövlətlər üçün mənsub olduğu mədəni-tarixi dəyərlərin qorunması məsələsi aktual olmuş və onun maddi-hüquqi əsaslarını müəyyən edən mexanizmlər yaradılmışdır. Xalqımızın mədəni-tarixi dəyərlər kompleksinə milli kimliyimizin öyrənilməsi və özünüdərki üçün vacib olan daşınar və daşınmaz mədəni-tarixi obyektlər, memarlıq abidələri, incəsənət əsərləri, muzeylər, kitabxanalar, arxivlər və arxiv sənədləri, o cümlədən digər milli sərvətlər kompleksi daxildir.
Bəşəriyyət üçün aktual olan və onun inkişafına mühüm töhfələr vermiş mədəni-tarixi dəyərlərin qorunması və istifadəsi məsələsi beynəlxalq konvensiyalar, milli dövlət qanunları ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində xalqın milli sərvəti olan tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyi təsbit olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun yolunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə milli-tarixi dəyərlərimizin qorunması, istifadəsi ilə bağlı çoxsaylı qanunlar (tarix və mədəniyyət abidələrinin qorunması, milli arxiv fondu, muzeylər, kitabxana işi, mədəniyyət haqqında) Dövlət proqramları qəbul edilmişdir.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi və birbaşa rəhbərliyi ilə Azərbaycan xalqının mədəni irsinin qorunması istiqamətində çoxşaxəli işlər görülmüş, mədəni-tarixi dəyərlərimizin daşıyıcısı olan bir çox maddi və qeyri-maddi abidələrimizin ümumbəşəri əhəmiyyətli abidələrin siyahısına daxil edilməsi, dünya mədəniyyətinə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Xalqın daşınar mədəniyyət abidələri sırasında arxivlərin və arxiv sənədlərinin xüsusi yeri vardır. Bəzən arxiv və arxiv sənədi dedikdə yararsız kağız tullantılarının toplandığı yer kimi düşünənlərə də rast gəlmək olur. Həqiqətdə isə arxiv sənədləri məlumat daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və mülkiyyətçi üçün elmi, tarixi, mədəni, hüquqi, siyasi əhəmiyyət kəsb edən sənədlər kompleksi, arxiv isə həmin sənədlərin mühafizəsini həyata keçirən təşkilatdır.
Arxiv sənədləri daşıdığı informasiyanın mötəbərliyi, təkrarolunmazlığı, tarixiliyinə görə nadir, xüsusi qiymətli, unikal olur. Dövlət arxivlərimizdə bu kriteriyaları özündə daşıyan milyonlarla xüsusi qiymətli və nadir sənəd qorunub saxlanılır. Sənədlərin tərkibində milli yaddaşımız və tarixi tədqiqatlar üçün qiymətli mənbə hesab oluna biləcək çoxlu saylı məlumatlar, materiallar mövcuddur. Bu materiallar arasında tarixdə baş vermiş və bu gün də baş verməkdə olan hadisələrə münasibətdə daha diqqəti çəkən, uzun əsrlik tarixi problemimizin həllində istinad üçün vacib olan sənədlər də vardır. Həmin sənədlər mənfur qonşumuz ermənilərin xəyanətkarlığı, xalqımıza qarşı törətdikləri qanlı qırğınları, vəhşilikləri, xain və riyakar əməlləri barədə çoxsaylı faktları və hadisələri təsdiq edir. Türk-müsəlman dünyasına xüsusi nifrəti ilə seçilən erməni millətinin 200 ildən artıq bir dövrdə xalqımıza, dövlətimizə, dövlətçiliyimizə qarşı təhdid və təhlükə törətdiyini söyləməyə əsas verir.
Hər zaman imperialist dövlətlərin yalançı vədlərinə və hərbi-siyasi dəstəyinə güvənən erməni milləti, əsrlər boyu yuva qurduqları torpaqların əsl sahiblərinə qarşı xəyanətkarlıq etməklə, terrorçuluqla seçilmiş, gerçək tarixi təhrif edərək uydurduqları “böyük Ermənistan” xülyası ilə yaşamağa məhkum olmuşlar. Tarixi sənədlər, faktlar, o cümlədən erməni düşüncə tərzi bu millətin müasir Ermənistan dediyimiz ərazi ilə heç bir bağlılığı olmadığını, onların dənizdən-dənizə “böyük Ermənistan” mifinin saxta və uydurma olduğunu təsdiq edir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq, rəşadət, əzm göstərərək “məğlubedilməz” erməni ordusunu darmadağın etməklə, erməni xülyalarının çürük və saxta olduğunu bir daha sübut etdi. 30 illik işğaldan azad olunan tarixi torpaqlarımızın mənzərəsi, orada törədilən vəhşiliklər, mədəni-tarixi abidələrimizin dağıdılması, məhv edilməsi, talanması bu xalqın həmin ərazilərlə heç bir tarixi bağlılığının olmadığını əyani olaraq bütün dünyaya göstərdi. Azərbaycan xalqının milli birliyi, müasir döyüş texnikası ilə təmin olunmuş əsgərlərimizin sonsuz şücaəti, Ali Baş Komandanın sarsılmaz əzmi və dəmir iradəsinin nəticəsi olaraq 44 günlük müharibədə qazanılan Zəfər regionda yeni reallıqlar yaratdı. Bu reallıqlar xalqı gələcəyə praqmatik baxmağa, yaxın keçmişimizdə baş verənləri unutmamağa, tarixin acı dərslərindən ibrət götürməklə daha böyük uğurlar əldə etməyə ruhlandırdı. Arxiv sənədlərinə baxdıqda görürük ki, bizim düşmənimiz acizdir, lakin aciz olduğu qədər məkrli və vəhşidir. Onların xalqımıza qarşı istifadə etdikləri təcavüzkarlıq metodları və vasitələri əsrlər boyu dəyişilməyən xarakterlərinin mahiyyətindən irəli gələn genetik əlamətin nəticəsidir. Erməni tayfasının zahiri ilə batili eyni deyildir. Zahirən özünü dost kimi təqdim edən bu millətin batili həmişə fitnə-fəsad, kin və ədavətlə dolu olmuşdur.
Belə arxiv sənədlərindən bir neçəsi haqqında dəyərli oxucularımıza məlumat vermək istərdik. Dövlət Tarix Arxivində 1042 arxiv şifrəsi ilə mühafizə olunan fondda 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsi zamanı yaşadıqları ölkəyə xəyanət edərək Rusiya hərbi birləşmələrinin tərkibində vuruşmuş erməni dəstə üzvlərinin ailələrinin Bakıya köçürülməsini təsdiq edən sənədlər mühafizə olunur. “Türkiyədən köçürülmüş ermənilərə Bakı Yardım Komitəsi”nin sənədləri erməni dilində tərtib edilməsinə baxmayaraq, köçürülən erməni ailələrinin adları, ailə üzvlərinin sayı, onlara şəhər xəzinəsindən ödənilən yardımın miqdarı və yardımın artırılması xahişi ilə qubernatora ünvaladığı müraciətlərdən aydın olur ki, təkcə 1877-ci ildə Bakıya Türkiyənin müxtəlif əyalətlərindən 432 erməni ailəsi (təxminən 4.500 nəfər) köçürülmüş və sonrakı illərdə bu proses davam etdirilmişdir.
Bu dövrdə Qafqazda hökmranlıq etmiş çar Rusiyası hökumətinin yerli idarəetmə orqanlarının müxtəlif çinli məmurlarının, komissiyaların hazırladıqları hesabatlarda, kameral siyahılarda, o cümlədən rus tədqiqatçı alimlərin əsərlərində verilən demoqrafik göstəricilərdən aydın olur ki, Rusiya hökuməti XIX əsrin əvvəllərindən başlayaraq məqsədyönlü şəkildə Azərbaycan ərazisində əhalinin demoqrafik tərkibinin ermənilərin xeyrinə dəyişdirməsinə çalışmış və buna qismən nail ola bilmişdir. Belə ki, 1816-cı ildə Bakıda (qala və ətrafında) 5260, 1860-cı ildə 11570 azərbaycanlı var idisə, müvafiq illərdə ermənilərin sayı 283 və 655 olmuşdur. Təxminən əlli ilə yaxın dövrdə Bakıda ermənilərin sayı 3 dəfəyə yaxın artmışdır.
1917-ci ildə tərtib olunan Qafqaz təqviminə əsasən Bakı şəhər əhalisinin 66,2% (47.896 nəfər) müsəlmanlar, 7,8% (5563 nəfər) ermənilər, 5,2% (3788 nəfər) ruslar, qalanları isə digər xalqlar təşkil etmişdir. Həmin ildə tərtib edilən “Qafqaz təqvimi”nə əsaslanaraq hazırlanmış digər sənəddə Azərbaycanda yaşayan əhalinin sayı və tərkibi barədə verilən məlumatda ümumi əhalinin 68,2%-nin müsəlmanların, 21%-nin ermənilərin, 7,5%-nin rusların, qalan hissəsinin isə digər xalqlar təşkil etdiyi göstərilir. Tarixi araşdırmalardan və arxiv sənədlərindən aydın olur ki, ermənilərin Bakıya axını əsasən neft sənayesinin sürətlə inkişaf etdiyi 1870-ci illərdən başlanmış və qısa müddətdə şəhərin yerli müsəlman əhalisini sıxışdıraraq neft, ticarət, bank sektorunda hakim mövqe əldə edə bilmişlər. Bu həm də sonrakı illərdə Azərbaycanda, xüsusilə Bakı şəhərində millətçi erməni təşkilatlarının yaranması və fəaliyyətə başlanması ilə bir daha özünü təsdiqləyir. Qafqaz Quberniyası Jandarmeriya İdarəsinin rəis müavinin 1897-1898-ci illərə dair siyasi icmalında qeyd edilir: “Ermənilər ticarət, bağçılıq, şərabçılıq, bir hissəsi də talançılıqla məşğul olmaqla yaşayırlar. Bu xalq yüksək səviyyədə etibarsız, qapalı, tamahkar, mənfəətgüdən və siyasi cəhətdən daimi güclü nəzarətdə saxlanmalı olan xalqdır”. Bu, çar Rusiyası məmurunun Azərbaycanda yerli müsəlman əhalisinin var-dövlətini və mülkünü əlindən almaqla sürətlə çoxalmaqda olan ermənilər barədə söylədiyi fikirdir.
Rusiya imperiyasının Qafqazda, o cümlədən Bakı, Gəncə quberniyalarında fəaliyyət göstərən yerli idarəetmə orqanlarının ölkəmizin ictimai-siyasi həyatından, mədəni-maarifçilik mühitindən, xalqlararası münasibətlərindən bəhs edən məxfi qriflə hazırladıqları hesabat xarakterli sənədlərində erməni terrorçu dəstələrinin ölkəmizin müxtəlif ərazilərində Bakı, Gəncə quberniyalarında, Şuşa, Quba, Nuxa qəzalarında, Naxçıvanda, Zaqatala dairəsində törətdikləri vəhşiliklər barədə məlumatlar verilir. Maraqlısı odur ki, bəzən baş vermiş hadisələrə qarşı müxtəlif çinli məmurların fərqli yanaşmasının şahidi oluruq. Belə ki, Bakı şəhər polismeysterinin Bakı Qubernatorunun namestnikinə göndərdiyi 22 aprel 1881-ci il tarixli 788 nömrəli məxfi qrifli məktubunda həmin ilin aprel ayında pasxa bayramı günlərində Bakıda törədilən iğtişaşların səbəbkarları ermənilərin və rusların olması göstərilir. Qeyd olunur ki, baş vermiş hadisələrin fonunda müsəlmanlar özlərini təmkinli aparır və ermənilər tərəfindən törədilənlərə qarşı müqavimət göstərməyə məcbur olduqlarını bildirirlər. Sənəddə deyilir: “2-ci ranq kapitanı Xatrulaninin əmri ilə matroslar Hacı Babanın karvansarayına girərək burada müsəlman tacirlərinin dükanlarını dağıtmış, talan etmiş, yeddi İran təbəəsini yaralamış, hadisə yerinə Bakı Quberniya hərbi rəisi general Razumixin gəldikdən sonra əsgər və matrosları sakitləşdirmək mümkün olmuşdur. Nəticədə iki müsəlman ölmüş, ikisi ağır yaralanmışdır”. Baş vemiş hadisələrə dair Bakı dairə Məhkəməsi prokurorunun şəhər Qubernatoruna ünvanladığı məktubunda isə iğtişaşların günahkarları müsəlmanların olması qeyd edilir. Hadisəyə səbəb kimi müsəlman tacirinin dükanına rus alıcısının daxil olması, dükan sahibinin onunla yaranmış mübahisəni sakitləşdirmək üçün daxil olan müsəlman yasavulunun özünü qeyri-adekvat aparması göstərilir.
Arxivlərimizdə XX əsrin əvvəllərində erməni terrorçu təşkilatı olan “Daşnaksütyun”un təşkilatçılığı ilə Bakıda, Gəncədə, Qubada, Şuşada, Şərur-Dərələyəz mahalında, digər şəhər və kəndlərimizdə törədilmiş qırğınların, vəhşiliklərin əks olunduğu sənədlər, məlumatlar, raportlara nəzər saldıqca, 200 illik imperiya rejimi dövründə əsl həqiqətlərin xalqdan gizlədilməsinin, “xalqlar dostluğu” pərdəsi arxasında öz uzaq niyyətlərini həyata keçirməyə çalışdıqlarının şahidi oluruq. Xalqımızın tarixində faciəli illər kimi qalan 1905-1907-ci illərdə ermənilərin müsəlman Azərbaycan əhalisinə qarşı törətdikləri qətliamlar, minlərlə soydaşımızın işgəncə verilməklə öldürülməsi, əmlaklarının yandırılması və qarət edilməsi barədə faktlar, məhz XX yüzilliyin sonlarında müasir Ermənistan ərazisində, Qarabağda soydaşlarımıza qarşı törədilən vəhşiliklərin metod və vasitələrinin eyni olduğunu deməyə əsas verir. İmperiya məmurlarının hesabat məruzələrindən birində erməni terrorçuları tərəfindən yerli əhalinin hakimiyyətə qarşı itaətsizliyə çağırılması və hakimiyyət orqanlarındakı məmurların terrorla hədələndiyi barədə məlumatlar verilir. Əhalini qarşıdurmaya sürükləyən çağırışlardan erməni təşkilatlarının məharətlə öz çirkin əməlləri üçün istifadə etdiyi məlum olur. Belə hadisələrdən biri erməni terrorçu dəstələri tərəfindən 1905-ci il mayın 11-də Bakı Qubernatoru M.Nakaşidzenin qətlə yetirməsilə törədilmişdi. Bakı polismeysterinin həmin ilin avqustunda Bakı general-qubernatoruna ünvanladığı raportda Qafqazda erməni xalqının separatçılıq hərəkatı məqsədi ilə erməni inqilab komitəsinin fəaliyyətə başladığını, bu komitənin əsas məqsədi milli separatçılıq və erməni xalqının müstəqilliyi ideyasını daşıdığı göstərilir. Sənəddə ermənilərin tez bir zamanda Bakı şəhərində yerli sakinləri işdən kənarlaşdıraraq ticarət və sənayeni öz əllərinə keçirdiyi bildirilir.
Arxiv sənədlərində 1905-ci ildə Bakıda baş vermiş qanlı qırğınlardan sonra ermənilərin və azərbaycanlıların arasında barışıq yaratmaq üçün edilən cəhdlər barədə materiallar saxlanılır. Maraqlı fakt barışıq yaratmaq məqsədilə Qafqaz canişini İ.İ.Voronsov-Daşkovun Bakıya gəlməsi və onun rəhbərliyi ilə hər iki tərəfin dini liderləri və nüfuzlu şəxslərindən ibarət xüsusi komissiyanın yaradılmasıdır. Azərbaycan tərəfindən bu komissiyada İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, İsa bəy Hacınski, Hacı Baba Aşurov, Məmməd Həsən Hacınski və digərləri iştirak etmişlər. Sənədlərdə baş vermiş iğtişaşlardan sonra müsəlmanların sakitləşdirilməsində böyük nüfuza malik dini lider Axund Pişnamaz-Zadənin rolu xüsusi vurğulanmışdır. Sənədlərdən aydın olur ki, erməni vəhşiliklərinin əhatə dairəsi Bakı ilə məhdudlaşmamış, onlar Gəncə, İrəvan quberniyalarında, Şuşa, Nuxa, Şamaxı qəzalarında və digər bölgələrdə qanlı qırğınlar törətməklə yerli əhalini öz torpaqlarından didərgin salmaq üçün müxtəlif cəhdlər etmişlər. Gəncə quberniyası və Şuşa qəzasında baş vermiş erməni-azərbaycanlı toqquşmalarını sakitləşdirmək üçün əhali arasında xüsusi nüfuza malik din xadimləri, ziyalılar işə cəlb edilmişlər.
Daha bir tarixi sənəddə Qars vilayətində ermənilər tərəfindən müsəlmanlara qarşı kütləvi qırğınların törədilməsi faktı təsdiqlənir. Belə ki, Bakı quberniyası Jandarmeriya İdarəsinin Qafqaz namestnikinin mülki hissəsinə məxfi qriflə ünvanladığı 24 yanvar 1915-ci il tarixli 640 nömrəli məktubunda deyilir: “Daxil olan agentur məlumatlara görə vəkil Əlimərdan bəy Topçubaşov və yerli tacir Ağa Baba Quliyev yanvarın 22-də Tiflisə, oradan da Qarsa gedərək ermənilər tərəfindən Qarsda müsəlmanların qətliam edildiyi yerləri ziyarət etmək və qətliam barədə məlumatları toplamaq istəyirlər. Geri qayıtdıqdan sonra isə tatar dilində müsəlmanlara reklamasiyalar göndərməklə ermənilərin vəhşi hərəkətlərinə qarşı Qafqazın müxtəlif şəhərlərində yürüşlər təşkil etmək fikrindədirlər. Həmin şəxslərin üzərində Tiflisdə nəzarət edilməsi xahiş olunur”. Bu faktın özü bir daha təsdiq edir ki, ermənilərin türklər tərəfindən soyqırıma məruz qalması barədə söylənilənlər uydurmadır və heç bir tarixi həqiqətə, faktlara əsaslanmır. Erməni təxəyyülünün və onlara havadarlıq edənlərin güclənməkdə olan Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsidir.
XX əsrin əvəllərində erməni-azərbaycanlı toqquşmaları barədə ətraflı məlumat verən rus müəllifi V.F.Mayevski erməni mətbuatının bu məsələyə münasibətini şərh edərək qeyd edir ki, “erməni mətbuatının ciddi cəhdlərinə rəğmən erməni xalqı heç vaxt düzgün dərk edə bilmir ki, onların təbliğatçıları nələri törədirlər. Bilavasitə bu mətbuat sayəsində ermənilərin işləri elə qatı yalanlarla örtülmüşdür ki, heç vaxt buradan həqiqət işığına yol tapmaq mümkün olmayacaqdır”. Doğrudan da ötən yüz ildən artıq bir dövrdə erməni xalqının mahiyyətinin dəyişmədiyinin şahidi oluruq.
44 günlük Vətən müharibəsinin ağır nəticələri erməni xalqı üçün yenə də dərs olmamış, onlar bu gün də uydurma erməni mətbuatının və siyasətbazların yalanlarına, xaricdə firavan həyat sürən daşnak tör-töküntülərinin yaratdığı saxta tarixlərinə inanaraq iddialarından əl çəkmək istəmirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfərlə başa çatan 44 günlük müharibədən sonra xalqa ilk müraciətində söylədiyi kimi, ermənilər bölgədə yaranmış yeni reallıqlarla barışmalı, məğlubiyyətlərini etiraf etməklə çirkin əməllərindən birdəfəlik əl çəkməli, tarixi həqiqətləri qəbul etməlidirlər. Erməni xalqı anlamalıdır ki, onların gələcəyi və inkişafı 2020-ci il 10 noyabr üçtərəfli razılaşmada əks olunmuş şərtlərə əməl etməklə bölgədə sabitliyə, sülhə və davamlı inkişafa dəstək verməkdən asılıdır.
Tarixi qələbə ilə yekunlaşan Vətən müharibəsindən sonra ölkəmiz üçün yeni dövr, işğaldan azad olunmuş torpaqların bərpası dövrü başlanmışdır. Yeni dövrdə qarşımızda duran əsas vəzifə 30 illik düşmən işğalı dövründə dağıdılmış kənd və şəhərlərimizin əvvəlki simasını bərpa etmək və doğma Qarabağa əvvəlki ruh və nəfəsi gətirməkdir.
Dövlət başçımızın sərəncamı ilə mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, oradakı mədəni-dini abidələrin bərpası, mədəni-kütləvi tədbirlərin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur layihələrinin icrasına başlanılması, çox yaxın dövrlərdə həmin torpaqlarda qaynar həyatın başlanılmasını, illərdir elindən-obasından ayrı düşmüş sakinlərin doğma yurdlarına qayıdışını təmin edəcəkdir.
Azərbaycan arxivləri və arxivçiləri həmişə olduğu kimi, bu gün də tarix üçün qiymətli olan sənədləri toplayaraq xalqın mədəni sərvəti olan Milli Arxiv Fondunu daha da zənginləşdirir, onu qoruyaraq gələcək nəsillərə çatdırılması üçün fədakarcasına çalışırlar. Vətən tarixinin keşikçiləri olan arxivçilərimizi Beynəlxalq Arxivlər Günü münasibətilə təbrik edirik, onlara bu şərəfli işdə uğurlar arzulayırıq.
Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası
Milli Arxiv İdarəsinin rəis müavini.
Respublika.- 2021.- 9 iyun.- S.6.