Heydər Əliyev irsi və qələbəyə aparan inamlı yol Uğurumuz yenilməz siyasi iradənin, sarsılmaz əzmimizin məntiqi nəticəsidir

 

2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 9-na qədər - 44 gün davam edən və işğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi ilə nəticələnən müharibə Azərbaycan tarixinə “Vətən müharibəsi” adı ilə əbədi olaraq daxil olmuşdur. Bu müharibə istifadə edilmiş yeni texnologiyaların və tətbiq edilmiş fərqli hərbi konsepsiyaların sayəsində, nisbətən qısa müddət ərzində heyrətamiz uğurların, böyük qələbənin əldə edilməsi ilə diqqəti çəkir. Haqq savaşında qazandığımız ciddi uğur dünya tarixində də öz layiqli yerini alacaq. Artıq bu savaşda qələbəmizi şərtləndirən amillər hərb tarixi və müharibədə istifadə edilən yeni konsepsiyaların tədqiqi ilə məşğul olan beynəlxalq mərkəzlər, nüfuzlu hərbi mütəxəssislər tərəfindən xüsusi maraqla öyrənilməkdədir.

 

 

Azərbaycan xalqının əzminin nəticəsi olan 44 günlük savaşı uzun illər gözləmək lazım gəlmişdi. Həmin illər qəti, həlledici hazırlıq illəri idi. Ölkəmiz bu şanlı qələbəyə nə az, nə çox - düz 27 il hazırlaşmışdı. Hədsiz intizarla gözlədiyimiz qələbə nəhayət ki, gəldi. Şanlı qələbəmiz ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Bu günün gəlməsi üçün onun sərf etdiyi əmək, yenilməz siyasi iradəsi hər cəhətdən təqdirəlayiqdir. Prezident İlham Əliyev bu möhtəşəm uğura ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı, xalqın arzusunu, iradəsini ən yüksək səviyyədə ifadə edən güclü, xarizmatik dövlət başçısı kimi imza atmışdır.

 

Xalqın və dövlətin

 

böyük xilaskarı

 

Birinci Qarabağ savaşı zamanı erməni işğalının dayandırılması, siyasi-iqtisadi sabitliyin yaranması, iqtisadi dirçəliş və güclü dövlət quruculuğu, işğal edilmiş ərazilərin azad edilməsi üçün ilkin zəminin hazırlanması məhz ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu baxımdan, Heydər Əliyevin siyasi kursu daim diqqət mərkəzində olmalıdır. Çünki bu kurs çoxtərəfli, müasir tələblərə tam cavab verən, çevik siyasi manevrlər etmək imkanı yaradan mükəmməl idarəetmə sistemidir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkədə sivil, demokratik idarəetmə sisteminin qurulmasında əvəzsiz rolu daha aydın görünür.

 

Lider olmaq, xüsusən, tarixdə böyük bir millətin, xalqın, dövlətin xilaskarı kimi iz qoymaq hər tarixi şəxsiyyətə nəsib olmur. Bu, yalnız seçilmişlərə xas olan şərəfli, qürurverici bir missiyadır. Bu mənada, Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini daha da ucaldan, möhkəmləndirən, fenomenal şəxsiyyətdir. Bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür. Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə çıxışlarında hər zaman vurğulayırdı ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu təhdidi düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlaması və potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Heydər Əliyevin öz Vətəninə, xalqına, milli irs və ənənələrinə bağlılığı həmin təhdidlərin önündə də əzəmətli sipərə çevrildi, bütövlükdə xalqın genetik yaddaşını qorudu. Bu dahi şəxsiyyət hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəmədi.

 

Tarixən milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli sərt sınaqlar qarşısında duruş gətirərək inkişafın əsasına çevrilir. Bu cür milli dövlət modeli isə, ilk növbədə, sağlam cəmiyyətdə xalqın mənəvi dəyərlər sisteminə əsaslanır. Sağlam mənəviyyatlı, yüksəkixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit bir qüvvə kimi fəaliyyət göstərə bilir. Cəmiyyətin sağlamlığını çox əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində. Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Bu sürət dünyanı heyran qoymuşdur.

 

Xalqa əvəzsiz xidmət idealı

 

Həmin məzmun dahi, unudulmaz rəhbərin xalqa xidmət idealları ilə bağlı idi. Onun tərəqqisinə xidmət edən işlər görmək dahi insanın ömrünün mənası idi. Ulu öndərin nümunəsi bizi adi xidmətə yox, böyük tariximilli məqsədli xidmətə sövq edir. Xalqımızın sürətli tərəqqisinə nail olmaq planları böyük rəhbər üçün milli təhsil sisteminə gündəlik qayğı ilə ayrılmaz idi. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın təhsili əslində yenidən quruldu. Ümummilli lider hesab edirdi ki, qabaqcıl kadrları olmayan xalqın inkişaf etmiş dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün ulu öndər keçmiş sovetlər birliyinin bütün qabaqcıl ali məktəblərində kadrlar hazırladır, minlərlə gənci respublikadan kənara təhsil almağa göndərirdi.

 

Hər keçən gün bu siyasi kursun istənilən sürətlə dəyişən situasiyaya adaptasiya potensialının möhtəşəmliyini sübut edir. Təcrübə göstərir ki, ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Heydər Əliyev hakimiyyətə gələr-gəlməz ölkədə Birinci Qarabağ savaşından sonra yaranmış xaosa son qoymalı, sabitlik yaratmalı idi. Çünki sabitlik olmadan iqtisadi inkişafa nail olmaq, iqtisadi inkişafa nail olmadan da güclü ordu qurmaq mümkün deyildi. Güclü ordu olmadan da işğal altında olan torpaqların azad edilməsindən söhbət belə gedə bilməzdi.

 

Heç kəsə sirr deyil ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə sabitliyin pozulmasına yönəlik bir sıra xoşagəlməz hallar baş verib. Bu cür gərgin zamanlarda insanlar yalnız qətiyyətli liderin yanında durmağa meyil göstərir və xalq bu doğru yolu seçdi. Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağın səbəbidir.

 

15 mart 1995-ci il tarixində ulu öndər Heydər Əliyev müstəqilliyimizi dağıtmaq niyyətli qüvvələrin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziyaradio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmasının qarşısını aldı. Xalq öz liderini dəstəklədi. Ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsinin yeganə yolu iqtidar-xalq birliyi idi. Bu gün də Azərbaycanda iqtidar-xalq birliyi mövcuddurbu birlik dövlətimizin inkişafının təməlidir.

 

Milli dövlətçiliyimizin

 

böyük qurucusu

 

Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoymuşdur. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

 

Heydər Əliyev ölkədəki xaosa son qoyduqdansabitliyi təmin etdikdən sonra diqqətini bütünlüklə iqtisadi məsələlərin həllinə yönəltdi. O, iqtisadi yüksəlişə nail olmağın yolunun bilavasitə neft amilindən keçdiyini bilirdi. Onu da bilirdi ki, bunun üçün təkcə xam nefti çıxarmaq yox, həm də onu təhlükəsiz bir şəkildə xarici bazarlara çıxarmaq lazımdır. Bunun üçünsə yeni nəqliyyat marşrut və kəmərlərinə, eləcə də həmin kəmərlərin çəkilməsində maraqlı olan xarici investorların kapitalına ehtiyac vardır. Odur ki, qarşıda duran ikinci əsas məsələ məhz bu idi.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neftqaz sənayesini ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsüsazişi - “Əsrin müqaviləsi” imzalandı.

 

Milli neft strategiyasının

 

dahi müəllifi

 

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 1990-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadisosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

 

Ümumilikdə götürəndə, ordu faktoru hər bir dövlətin daxilixarici siyasətinin güzgüsü sayılır. Dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasirmodern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında, fəxr edir.

 

Ordu quruculuğu sahəsində aparılan islahatlar

 

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun qüdrəti onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.

 

Bu gün Azərbaycanda ali hərbi məktəblər sisteminin təkmilləşdirilməsi, onun tədris prosesinin NATO-ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, maddi-texniki bazası möhkəmləndirilir.

 

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin yaxşı mənada formalaşmasına səbəb oldu. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ötən müddət ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq edir.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin ordumuzun şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inametimad bütün hərbçilərin qəlbini qüruriftixar hissi ilə doldurur.

 

Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan Ordusudur. Bütün bunlar Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verdiyini göstərir.

 

 

 

Rasim HÜSEYNOV,

Lənkəran Rayon İcra Probasiya

Şöbəsinin icra məmuru,

II dərəcəli ədliyyə qulluqçusu.

 

Respublika.- 2021.- 10 iyun.- S.3.