Şəhərsalma sahəsində idarəetmə təkmilləşdirilir

 

Şəffaflığın təmin edilməsi məqsədilə tikinti sektorunun inkişafında mühüm addımlar atılır

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən sistemli çoxşaxəli islahatlar sayəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf təmin edilir. Azərbaycan Respublikasının vətəndaşı və onun mənafeləri mərkəzində dayanan dövlət siyasətinin reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın bütün sektorlarında əhəmiyyətli irəliləyişə, əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bir çox digər sektorlarda olduğu kimi, xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olan şəhərsalma və tikinti fəaliyyətinin təşkilində də ciddi islahatlar həyata keçirilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm layihələrin icrası davam edir.

 

Respublika Prezidentinin daim diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma fəaliyyətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Ölkə başçısının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında qoyduğu əsas vəzifə şəhərsalma qanunvericiliyinə proseslərin sistemliuyğun şəkildə həyata keçirilməsini, şəhərsalma fəaliyyətinin davam etməkdə olan sistemləşdirilməsi həm planlama və layihə sənədlərinin hazırlanması mərhələsində, həm də inşaatın aparılmasında bütün proses iştirakçılarının maraqlarını təmin etməkdir.

 

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi planlaşdırma sənədlərinin (Baş plan, müfəssəl planlar) hazırlanmasında iştirak edir, şəhərsalma sənədlərinə uyğun olaraq respublika üzrə tikintinin həyata keçirilməsi üçün torpaq ayrılmasına rəy verir, şəhərsalma əsaslandırması sənədlərini təsdiq edir. Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisində tikintiyə və istismara icazələri verir, tikinti işlərinin şəhərsalma sənədlərinə əsasən aparılmasına nəzarət edir, şəhərlərin tarixi-memarlıq mühitinin qorunmasında yaxından iştirak edir. Əsas məqsəd  Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən, ölkə üzrə tikintiyə icazə prosedurunun daha da sadələşdirilməsi və bu sahədə tam şəffaflığın təmin edilməsidir.

 

Son 3 il ərzində dövlət başçısı tərəfindən şəhərsalma fəaliyyətinin tənzimlənməsi və Komitənin işinin təkmilləşdirilməsi istiqamətində müvafiq Fərman və sərəncamlar imzalanıb. Belə ki, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 01.08.2018-ci il tarixli Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının tabeliyində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib, bununla da Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikilməsinə və istismarına icazələrin verilməsi Komitənin səlahiyyətlərinə aid edilib.

 

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsasnaməsində dəyişikliklər edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında əsasnamə təsdiq edilib. Komitə yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb, mərkəzin nizamnaməsi və mərkəzin göstərdiyi ödənişli xidmətlərin siyahısı təsdiq edilib. Beləliklə, respublika ərazisində həyata keçirilən bütün növ tikinti layihələrinin ərazi planlaşdırması sənədlərinə uyğunluğu yoxlanılaraq Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmaqla Komitə tərəfindən təsdiq olunur. Eyni zamanda həmin planlaşdırma layihələri əsasında nəzərdə tutulan tikinti layihələrinin memarlıq həllinə müvafiq rəy alındıqdan sonra, yerli icra hakimiyyəti orqanları (Bakı istisna olmaqla bölgələrdə) tərəfindən “tikintiyə icazə” sənədi verilir.

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadənin planlaşdırılması üçün baş planlar, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması üçün müfəssəl planlar hazırlanır. Baş planın sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, təsdiq edən orqan isə Nazirlər Kabinetidir. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 14 şəhərin (Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və göstərişi əsasında işlənilməsinə başlanılmış Bakı şəhərinin Baş planı yekunlaşma mərhələsindədir) Baş planları işlənilir.

 

Həmçinin, onu da xüsusi vurğulayaq ki, Azərbaycan Respublikası Prezidentininİşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə haqqında” 18 mart 2021-ci il tarixli Fərmanına əsasən işğaldan azad edilmiş ərazilər üzrə planlaşdırma sənədlərinin hazırlanması işləri gedir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Vətəndaşlara XidmətSosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Bir pəncərə” elektron müraciət sistemi hazırlanıb.

 

Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək adamlarının əlavə vaxt itkisinin qarşısını alıb. 2019-cu ilin əvvəlində istifadəyə verilən portal ilkin mərhələdə yalnız Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri, anbar binalarının tikintisi və istismarına icazələrin alınmasına imkan versə də, sistemin təkmilləşdirilməsi nəticəsində bu gün hər bir şəxs olduğu yeri tərk etmədən, artıq həm də ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin tikintisi və istismarına icazələri onlayn şəkildə əldə edə bilər. Bununla yanaşı, Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, bunlardan birisistemin tərkibində yaradılmış yeni “məlumatlandırma icraatı” moduludur. Artıq fərdi evlərin tikintisi üçünportal üzərindən müraciət əlçatandır. Bir sözlə, hazırda elektron sistem vasitəsilə bütün növ obyektlərin tikintisi və istismarına icazələrin alınması mümkündür.

 

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalmışdır. Ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binaları üçün tikintisinə icazə müddəti 15 günə, istismarına icazə müddəti isə 10 günə endirilib. Həmçinin, onu da qeyd edək ki, ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.

 

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il Fərmanı 2019-cu il yanvarın 1-dək tikilmiş və məskunlaşmış, amma tikinti icraçıları tərəfindən şəhərsalma qanunvericiliyi tələblərinin pozulması və ya tikinti layihələrinin rəsmiləşdirilməsindəki çatışmazlıqlarla əlaqədar vaxtında istismarına icazə verilməyən çoxmənzilli binaları əhatə edirdi. Dövlət başçısı belə binalarda yaşayan sakinlərin mənafelərini, eləcə də sosialyönümlü dövlət siyasətinin əsasında dayanan humanizm prinsiplərini rəhbər tutaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları tərəfindən bu yaşayış evlərinin konstruksiyalarının dayanıqlığı və digər təhlükəsizlik tələblərinin yoxlanması şərtilə istismarlarına icazələrin sadələşdirilmiş qaydada verilməsinə dair xüsusi göstəriş verdi.

 

FHN tərəfindən aparılmış bu müayinələrin nəticələri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Bakıda tikilmiş çoxmənzilli binalar üçün), həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları (digər şəhərlərdə tikilmiş çoxmənzilli binalar üçün) tərəfindən ötən müddət ərzində ümumi sahəsi 8.466.990 kvadratmetr olan 408 ünvanda çoxmənzilli binaların istismarına icazə verildi. Xüsusi vurğulamaq lazımdır ki, bütün bu yaşayış binalarının 2019-cu ilin əvvəlinədək (10 il və bəzi hallarda hətta daha uzun müddət öncə) tikilməsi və məskunlaşmasına baxmayaraq, sakinlər mənzillərə mülkiyyət hüququnu yalnız 2019-cu və 2020-ci ilin əvvəlində Prezident İlham Əliyevin qeyd olunan Fərmanı əsasında görülmüş işlərin nəticəsində rəsmiləşdirə bildi. Ümumilikdə, 84.579 mənzilin sakinləri öz mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı qazandı.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriyaballistik raket atəşinə tutularaq mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində aidiyyəti qurumların nümayəndələri tərəfindən ziyan dəymiş obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Həmin yaşayış evləri və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu istiqamətdə işlərə yanvar ayının sonundan etibarən başlanılıb. Hazırda 11 şəhər və rayon üzrə işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Hazırki mərhələdə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb. İlkin məlumata görə 140-dan çox yaşayış evinin isə tikintisi gedir.

 

Ümumiyyətlə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ölkədə şəhərsalmanın planlaşdırılması sisteminin təkmilləşdirilməsi sahəsindəki layihələr uğurla davam etdirilir.

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 15 iyun.- S.5.