Müstəqilliyi təmin edən böyük qayıdış

 

Bəşəriyyət elə dühalar yetişdirir ki, onlar özləri tarix yaradır, xilaskar kimi Vətəninin xalqının taleyini dəyişə bilirlər. Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi dövlət xadimi Heydər Əliyev məhz belə şəxsiyyət idi. Müasir tariximizin bütöv bir epoxası, xalqımızın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəliş ümummilli liderimiz Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Bu gün müstəqil Azərbaycanın mövcudluğu qüdrətli bir ölkəyə çevrilməsi üçün hamımız ulu öndərə borcluyuq.

 

Heydər Əliyev fenomeninə ehtiyac dövlətimiz müstəqilliyini elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Həmin dövrdə siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, ölkəni bürümüş xaos anarxiya müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Getdikcə daha çox insan dərk edirdi ki, zamanında milli məfkurənin genişlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev müstəqilliyin qorunub saxlanılmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla, respublikamızın dərin ictimai-siyasi iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına möhkəmləndirilməsinə, beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.

 

Bu, sözün əsl mənasında, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, inamı, müdrikliyi milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, görkəmli siyasətçi yalnız bu tarixi yarada yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri xalq üçün yaşanmış bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin öz xalqı qarşısında əvəzsiz xidmətləridir. Ulu öndər Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm onu əbədi dönməz etdi. Vətənin bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı ulu öndər layiqincə yerinə yetirməyə müvəffəq oldu.

 

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliye

 

vin 1993-cü ildə hakimiyyətə qayıdışı ilk vaxtlardan hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu məsələsini daimi diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşmasını təmin etmişdir.

 

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı fəlakətlərdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrin digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı qısa bir zaman kəsiyində neqativ ünsürlərin özbaşınalığının qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərki-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu.

 

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə islahatların reallaşmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü, demokratik dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə Azərbaycanın Milli Məclisinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. 1995-ci ildən Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin inkişafın təməl prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizin gələcək inkişaf istiqamətindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmasıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

 

1994-cü ilin sentyabrındaƏsrin müqaviləsi”nin imzalanması onun gerçəkləşdirilməsi məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin nəticəsidir.

 

Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına çevrildi. Həyatın bütün sahələrində tərəqqi dirçəliş baş verdi.

 

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı qurucusu kimi yer tutub.

 

Bütövlükdə Azərbaycan Respublikası ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqil milli dövlətçilik ideyalarını, dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək hazırda böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli Qurtuluşla başlanan yollar böyüyür, genişlənir sürətlə inkişaf edir. Milli Qurtuluş - milli dirçəlişin, azərbaycançılıq məfkurəsinin möhkəm etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır.

 

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası, onun ölməz ideyaları xalqın uğurlu inkişafı yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toplayır. Həm də onunla qürur duyuruq ki, ulu öndərin Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bunları əməli fəaliyyəti ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi müddətdə, xüsusilə son on ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

 

 

 

Raul ŞAHVERDİYEV,

Sumqayıt Hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.

 

Respublika.- 2021.- 15 iyun.- S.6.