Haqqın qələbəsi, zəfərin
təntənəsi
Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və şanlı qələbəylə başa çatıb. Qalib sərkərdəmiz İlham Əliyevin fədakarlığı, qətiyyəti, dəmir yumruğu və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi.
Tarixin ironiyasına baxın, vaxtilə bizi hədələyən erməni canilər, dırnaqarası qəhrəmanlar şanlı ordumuzun vurduğu dağıdıcı zərbələrin təsirindən başlarını itirərək dünyadan imdad diləməyə başladılar. Düşməni diz çökdürən igid oğullar öz qanları bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Mənfur düşmən 30 ilə yaxın işğalda saxladığı rayonlarda nəinki bütün binaları, tarixi abidələri, yolları dağıdıb və eyni zamanda, hər tərəfi minalayıb. Özü də, təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri. Düşmən acı məğlubiyyətinin heyfini bu yerlərə qayıdacaq sakinlərdən çıxmağa ümid bəsləyib. Dinc insanları minalarla məhv etmək, yalnız erməni xislətidir, düşmənin mənfurluğunun bariz nümunəsidir. Məlum olduğu kimi, yurd həsrətinə dözə bilməyən bir neçə mülki şəxs ermənilərin basdırdığı minaların qurbanı olub. Bu yaxınlarda öz xidməti vəzifəsini Kəlbəcər rayonunda yerinə yetirən zaman iki jurnalist və bir nəfər mülki şəxs erməni minasına tuş gələrək həlak olub.
Qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub. Bu günlərdə bir erməni hərbçisi bildirib ki, işğaldan azad edilən rayonlardan birinə 17 yük maşını mina basdırılıb. Bu, erməni faşizminin iç üzünü göstərir, döyüşləri uduzan ermənilər ən ağır hərbi cinayətlərə əl atıblar. Halbuki, ermənilər uzun illər boyu bizim torpaqlarda 90 min hektarda taxıl əkib becəriblər, çörək yedikləri torpağı minalamaq yalnız erməniyə xas olan murdar hərəkətdir.
İşğaldan azad edilən torpaqlarda minaların təmizlənməsinə başlanılıb və bu işlər sürətlə davam etdirilir. Ötən il noyabr ayının 10-da müharibə dayandırıldıqdan sonra azərbaycanlı şirkətlər 7 min hektarda taxıl əkiblər. Yaxın günlərdə işğaldan azad edilmiş torpaqlarda taxıl biçini aparılacaq.
Aydın məsələdir ki, Azərbaycan gec-tez mina məsələsini də həll edəcək. Necə deyərlər, odla su arasında qalan İrəvan Ağdam rayonunun mina xəritələrini 15 erməni hərbi əsirinə dəyişməyə məcbur edildi. Zənnimizcə, mina xəritələrinin alınması müharibədən sonra əldə olunan ikinci bir qələbədir. Sözsüz ki, minatəmizləmə işlərinin sürəti daha da artacaq, torpaqlarımız bu ölümsaçan qurğulardan azad olacaq, torpaq həsrəti ilə yaşayan insanlar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar.
Həmin insanlardan biri də Ağdam sakini Adil Behbudovdur. 30 ilə
yaxın məcburi köçkün həyatı
yaşayan Adil kişi deyir:
- Elə bir gün
olmayıb ki, mən Ağdamı unudam, o doğma yerlər gecə-gündüz
fikrimdən, xəyalımdan
çıxmayıb. Sözün düzü,
bəzən ümidlərim
azalırdı, öz-özümə
deyirdim ki, o yerləri görmədən
bu dünyadan köçəcəyəm. Elə o dəqiqə də qəlbimin dərinliyində
güclü bir inam baş qaldırırdı
ki, möhtərəm
Prezidentimiz mütləq
bu işğala son qoyacaq. Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, Ağdamın işğaldan
azad edilməsi xəbərini verdi.
Həmin
gün gəldi, 44 gün nəinki, mənim ailəm, minlərlə köçkün
ailəsi Allaha dua edirdik ki,
ordumuz qələbə
çalsın. Qələbə bizə başqa bir ömür bəxş edib.
Başqa bir həmsöhbətim Nazim Əliyev keçmiş hərbçidir,
məcburi köçkün
kimi Bərdə rayonunda məskunlaşıb. Minlərlə ağdamlı kimi o, da sevinc içərisindədir,
boya-başa çatdığı
yerlərə qayıtmaq
üçün günləri
sayır. Nazim Əliyev deyir:
- Vətən müharibəsində
qazanılan tarixi qələbənin zəfərini
yaşayırıq. Möhtərəm Prezidentimiz müharibədən
sonra diplomatiyada da qələbə qazanır. 15 hərbi əsirin qaytarılması ilə ermənilərin Ağdam rayonunun mina xəritəsini
verməsi daha bir uğurdur.
Həmin xəritə minlərlə
insanın həyatını
xilas edəcək, torpaqlarımıza qayıdışı
sürətləndirəcək. Prezidentimizin Ağdam
şəhərinin yenidən
qurulması üçün
təməl daşını
qoymaqla çox böyük işlərin
başlandığını elan etdi və
biz ağdamlıların sonsuz
sevincinin həddi-hüdudu
yoxdur. Prezidentimizə, ordumuza minnətdarlığımı
bildirirəm, şəhidlərimizə
Allahdan rəhmət diləyirəm.
Erməni ictimaiyyəti qələbəni
həzm edə bilməsə də, ağlı və düşüncəsi yerində
olan ermənilər xilas yolunu başa
düşürlər. Torpaqlarımıza
mina basdıran ermənilərdən
fərqli olaraq Moskvada yaşayan kinorejissor Şahnazarov öz həmyerlilərinə
məsləhət verəndən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə
ilə bağlı çıxışlarına da
diqqət çəkib:
- Necə yanaşmanızdan
asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir!
O, daim ermənilər
və azərbaycanlıların
birlikdə yaşayacağını
bildirir. Situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz.
Özünüzü aldatmaq lazım
deyil. Aydındır ki, Qarabağın
müstəqilliyini heç
kəs tanımayacaq.
Xocalı canisi, əlləri xalqımın qanına bulaşmış Robert Koçaryan
isə sərsəm bəyanatlarla erməniləri
bir daha məhvə sürükləyir. Torpaqlarımıza mina basdıran həmyerlilərinin
hərəkətlərinə haqq qazandırmağa çalışan bu cani beyinləri daha da zəhərləyir.
Ermənistanın keçmiş
prezidenti Levon Ter-Petrosyan onun Şuşa və
Hadrutu geri qaytarmaq barədə sözlərini təhlükəli
hesab edir:
- Bu, yeni problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan
ordusu dayanıb.
Bunun üçün yenidən
savaşmaq lazım gələcək. Yəni, Robert Koçaryan əslində
yeni müharibə vəd edir. Kim Azərbaycanı oralardan getməyə məcbur edə bilər? Bütün dünya Qarabağı
Azərbaycanın tərkib
hissəsi sayır.
Azərbaycan ərazisinin
bir hissəsini qaytarıb və dünyada heç kim buna
görə rəsmi Bakını qınamadı.
Ona görə ki, dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağı
Azərbaycanın tərkib
hissəsi kimi tanımağa məcbur etmək istəyirlər.
Bizdən heç nə
asılı deyil, hər şey bitib.
Qalib Ali
Baş Komandan İlham Əliyev ötən ilin noyabr ayının 23-də
Ağdamda olarkən bəlkə də qaytardılar xülyası
ilə yaşayan erməni cəmiyyətinə
ən tutarlı cavabı verib:
- Bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!
Salman ALIOĞLU
Respublika.- 2021.- 17 iyun.- S.17.