İnsan hüquqlarının müdafiəsi
milli və ümumbəşəri dəyər
kimi
18 İyun Azərbaycanda
İnsan Hüquqları Günüdür
İnsan
hüquqlarının effektiv şəkildə müdafiəsi
müasir dünyamızda ən yüksək dəyər kimi
qəbul edilməklə bütün bəşəri
çağırışların önündə
dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında
məhz insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, ölkəmizin vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
ali məqsədi kimi bəyan edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ümumbəşəri dəyər olaraq daim yüksək qiymət verilən insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.
Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində son illərdə böyük irəliləyişlər əldə edilmiş, vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin bərqərar olunması, habelə hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sahəsində mühüm addımlar atılmışdır.
Müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənəd hesab olan həmin Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaq məqsədilə Ombudsman təsisatının təşəbbüsü ilə ənənəvi olaraq hər il olduğu kimi 18 may - 18 iyun tarixlərində ölkəmizdə İnsan Hüquqları Aylığı elan olunmuşdur.
Ölkə ictimaiyyətinə ünvanlanmış açıq müraciətimizdə aylıq çərçivəsində xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə insan hüquqlarının, o cümlədən sağlamlıq hüquqlarının təbliğinə dəstək verilməsi, onlayn görüşlərin, videokonfransların keçirilməsi, bu mövzuda müxtəlif sosial çarxların hazırlanması tövsiyə olunmuş, insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşılması ilə bağlı çağırış edilmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci ildən etibarən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər dövlət və cəmiyyətdən, bütövlükdə ayrı-ayrı insanlardan həmrəylik, birgə əməkdaşlıq və məsuliyyət tələb etdiyindən ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi ilə xüsusi karantin rejimi davam etdirilməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi təxirə salındığına görə Ombudsmanın Aparatı və regional mərkəzləri, habelə digər aidiyyəti dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri tərəfindən aylıq çərçivəsində insan hüquqlarının təmini və təbliği istiqamətində silsilə maarifləndirmə tədbirləri canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilmişdir.
Təsisatımız, o cümlədən Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərimiz tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində onlayn formada silsilə maarifləndirmə tədbirləri keçirilmiş, habelə təsisatın nümayəndələri müxtəlif qurumlar tərəfindən təşkil olunmuş onlayn görüş və konfranslarda insan hüquqlarına dair müxtəlif mövzularda məruzə və çıxışlar etmişlər. Bununla yanaşı, İnsan Hüquqları Aylığı ərzində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrinə başçəkmələr keçirilmiş, uşaqların hüquqlarının təmini, tibbi və psixoloji xidmətlərin təşkili vəziyyəti araşdırılmışdır. Eləcə də, regionlarda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə dövlət qurumlarının əməkdaşları üçün informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı Ombudsmanın fəaliyyətinə dair hüquqi maarifləndirici tədbirlər təşkil edilib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bu il martın 18-də imzaladığı və ümumilikdə, 625 nəfərə şamil olunmuş Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncama uyğun olaraq, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışlar.
Müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənəd hesab olan həmin Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Sonuncu əfv sərəncamı nəticəsində içərisində ahılların, müxtəlif xəstəlikdən əziyyət çəkənlərin, əlilliyi olan şəxslərin və qadınların da olduğu azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmişdir. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilmiş, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunmuşdur. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilmişdir.
Yeri gəlmişkən, 72 məhkum müraciətlərimiz əsasında azadlığa buraxılmış, 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır.
Bir məsələni də qeyd etmək istərdik ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində həyata keçirilmiş başçəkmə zamanı yetkinlik yaşına çatmayan məhkum Rəhimov İlham Emil oğlu da qəbul edilmiş, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş və əfv olunmasında köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir.
Böyük minnətdarlıq hissi ilə bildirmək istərdim ki, bu məsələyə müvafiq qaydada baxılması və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının müzakirəsinə çıxarılması ilə bağlı təklifimiz də nəzərə alınmaqla, sonuncu əfv sərəncamı ilə həmin məhkumun cəzasının çəkilməmiş hissəsi yarıya endirilmişdir. Bundan əlavə onun reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində müvafiq köməklik göstərilməsi ilə bağlı Ombudsmanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünvanladığı müraciəti də artıq nəzərə alınmış və həmin məhkumun qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilməsi təmin olunmuşdur.
2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz aktı nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş vermiş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır.
Ombudsman olaraq, tərəfimdən ilk gündən Naftalan, Tərtər, Gəncə, Bərdə şəhər və rayonlarında, ətraf kəndlərdə yerində faktaraşdırıcı missiyalar həyata keçirilmiş, 44 günlük Vətən müharibəsi dövründə pozulmuş insan hüquqları ilə bağlı faktlar əsasında 8 bəyanat, videomüraciətlər də daxil olmaqla 15 müraciət, 7 hesabat, 50-dən çox mətbuat açıqlaması hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlanmış, dünya ictimaiyyəti məlumatlandırılmış, çağırışlar edilmişdir. Hesabatlar və müvafiq məlumatlar 2 dildə www.ombudsman.az rəsmi internet səhifəsində yerləşdirilmiş, mütəmadi olaraq Facebook və Twitter sosial şəbəkələrində yayımlanmışdır.
Post-müharibə dövründə tərəfimizdən 5 bəyanat (Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı, BMT-nin Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə qətnaməsinin icrasına dəstəklə bağlı, Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq, Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı) və 2 hesabat (Ermənistan tərəfindən əsirlikdə və girovluqda saxlanıldıqları müddətdə Azərbaycanın hərbi qulluqçularına və mülki şəxslərinə qarşı törədilmiş işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza halları barədə və Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair) hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.
Ümumilikdə, Vətən müharibəsi nəticəsində, habelə müharibədən sonrakı dövrdə şəhid olmuş hərbi qulluqçularımızın və mülki şəxslərin ailələrinin, qazilərimizin hüquqlarının müdafiəsi və onlara qayğı hazırda qarşımızda duran vacib vəzifələrdəndir. Bu istiqamətdə fəaliyyətimiz çərçivəsində təsisatda Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılmış, təşəbbüsümüz əsasında onlara dəstək məqsədilə tibbi və psixoloji yardım aksiyaları təşkil olunmuş, gələcəkdə də bu layihələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Hesabatlarda Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirməsi, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket kompleksindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi cinayətlər obyektiv və real faktlarla diqqətə çatdırılmışdır.
Faktaraşdırıcı missiyaların həyata keçirilməsi prosesinə dəvətimizlə beynəlxalq təşkilatların, xarici ölkələrin milli insan hüquqları və ombudsman təsisatlarının nümayəndələri, yerli və xarici televiziya kanalları və digər media nümayəndələri də cəlb olunmuşdur.
Təşəbbüsümüz əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanının rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Gəncədə faktaraşdırıcı missiya həyata keçirilmiş və bununla bağlı hesabat dərc olunaraq beynəlxalq ictimaiyyətə təqdim olunmuşdur.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-mədəni və dini abidələrə, o cümlədən ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurulan ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etməsi faktları beynəlxalq təşkilatlara təqdim olunmuş, xüsusi prosedurların tətbiqi və hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb edilmişdir. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı fosfor tərkibli kimyəvi silahlardan dəfələrlə istifadə edilməsi ilə əlaqədar da tərəfimizdən beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdır.
Acı təəssüf hissi ilə qeyd edirik ki, ötən il Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 12 uşaq həlak olmuş, 50-si yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə çoxsaylı belə hallar baş vermişdir.
Azərbaycan insan hüquqlarının müdafiəsinə milli və ümumbəşəri dəyər kimi böyük hörmət bəsləyən bir ölkə olaraq heç bir əlamətinə görə ayrı-seçkiliyə yol vermədən, hər bir uşağın hüquqlarına hörmət bəsləyir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşamasını təmin edir.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 4 iyun - Aqressiyanın Günahsız Uşaq Qurbanlarının Beynəlxalq Günü ərəfəsində yayımlanmış videomüraciətimizdə də bütün bu məsələləri işıqlandıraraq, dünya birliyinə uşaqları müharibədən, zorakılıqdan qorumaq, onlarla bağlı hüquq normalarını təmin etmək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərə nail olmaq üçün səyləri birləşdirməyə, uşaqlara qarşı ayrı-seçkiliyə yol verməməyə, onlara qayğı ilə yanaşmağa və dəstək verməyə çağırış edilmişdir.
Uşaqlar və qadınların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş fəaliyyət çərçivəsində Suriyada davam edən münaqişəyə cəlb edilmiş şəxslərin ailə üzvləri ilə bağlı məsələ də diqqət mərkəzində saxlanmışdır. Azərbaycan vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər müxtəlif vaxtlarda Ombudsmana müraciət edərək, həmin ölkədə gedən müharibədə müxtəlif qrupların tərkibində döyüşən qohumlarının, ailə üzvlərinin, o cümlədən qadın və uşaqların oradakı düşərgələrdə girov kimi saxlanıldıqlarını, eyni zamanda yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqlarını bildirmiş və onların respublikamıza qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdirlər.
Həmin ölkədə köməksiz vəziyyətdə qalan vətəndaşlarımızın qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər etmişik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə də Suriya ərazisində girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətini, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə etmişik.
Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2021-ci ilin 27 may tarixində 6-sı qadın və 14-ü uşaq olmaqla, Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının Vətənə repatriasiyası həyata keçirilmişdir.
Ombudsman olaraq tərəfimizdən beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlər əsasında Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçularımızın məsələsi ilə bağlı da sistemli işlər görülmüş, onların qaytarılması üçün lazımi orqanlarla mütəmadi təmaslar saxlanılmış və müraciətlər edilmişdir. Ermənistanda əsir və girovluqda saxlanılmış azərbaycanlı hərbi qulluqçu və mülki şəxslərin ölkəmizə qaytarılmasından sonra həmin şəxslərlə görüşlər keçirilmiş, onlara qarşı işgəncə və pis rəftar halları ilə bağlı faktlar toplanaraq tərəfimizdən beynəlxalq təşkilatlara hesabat şəklində ünvanlanmışdır.
Mandatımıza uyğun olaraq hər hansı ayrı-seçkiliyə yol vermədən erməni əsirlərə də başçəkmələr keçirilmiş, habelə terror cinayəti törətməkdə təqsirli bilinən erməni silahlı qrupun üzvləri ilə bağlı da monitorinqlər həyata keçirilmişdir. Belə ki, Penitensiar Xidmətin İstintaq Təcridxanasına İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirdiyimiz başçəkmə zamanı Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə tərəfimizdən baş çəkilmişdir.
Post-müharibə dövründə tərəfimizdən 5 bəyanat (Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı, BMT-nin Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə qətnaməsinin icrasına dəstəklə bağlı, Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq, Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı) və 2 hesabat (Ermənistan tərəfindən əsirlikdə və girovluqda saxlanıldıqları müddətdə Azərbaycanın hərbi qulluqçularına və mülki şəxslərinə qarşı törədilmiş işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza halları barədə və Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair) hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.
Həmin şəxslər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra, 12-13 dekabr tarixlərində Azərbaycan ərazisində dörd Azərbaycan hərbçisinin qətlə yetirilməsi, bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar.
Başçəkmə zamanı həmin şəxslərlə təkbətək görüşməklə onların hüquqlarının təmini vəziyyəti araşdırılmış, müraciətləri fərdi qaydada dinlənilmiş, onlara öz dillərində hazırlanmış qanunvericilik aktlarını təqdim etməklə hüquqları izah edilmişdir. Tərəfimizdən qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razı olduqlarını bildiriblər. Artıq həmin başçəkmə çərçivəsində apardığımız araşdırmaların nəticəsi əsasında ad hoc hesabat hazırlayaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərmişik.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah-sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, BMT-nin Uşaq Fonduna, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə ünvanlanan müraciətlərdə təkzibolunmaz faktlar qeyd olunmuşdur.
Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 140-dan çox insan minaya düşmüş, 27 şəxs mina partlaması nəticəsində həlak olmuşdur.
Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etməsi, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir.
Regionda insan həyatına və sağlamlığına ciddi təhdid olan bu vəziyyət bizi dərindən narahat edir. Ölkə Ombudsmanı olaraq bu barədə narahatlığımızı dəfələrlə beynəlxalq insan hüquqları qurumlarına bildirərək, insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan rəhbərliyi qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı müraciətlər etmişik. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günündə tərəfimdən dünya ictimaiyyətinə ünvanlanmış videomüraciətdə işarə olunmamış minaların insan həyatı üçün potensial təhlükəsini, habelə məcburi köçkünlərin işğaldan azad edilmiş doğma torpaqlarına qayıtması prosesinə maneə törətdiyini nəzərə alaraq, Ermənistana münasibətdə müvafiq addımların atılması ilə bağlı çağırış edilmişdir. Keçirdiyimiz müxtəlif görüşlərdə mütəmadi olaraq mina xəritələrinin verilməməsi ilə bağlı məsələni qaldırmaqla yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına Kəlbəcərdə qar əridikdən sonra üzə çıxmış minalarla bağlı ayrıca məktub ünvanlamışıq.
Təəssüflə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təzyiqin göstərilməməsi hər gün daha bir günahsız insanın həyatını itirməsinə səbəb olur. Hesab edirik ki, aidiyyəti beynəlxalq qurumlar baş verən bu insan hüquqları pozuntularına laqeyd yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdırlar.
Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qulluqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir.
Azərbaycanın işğaldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlar qarşısında ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu.
Beynəlxalq təşkilatlara ünvanladığımız müraciətdə Ermənistanın işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozduğu və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirdiyi bir daha vurğulanmışdır.
Ümumilikdə, Vətən müharibəsi nəticəsində, habelə müharibədən sonrakı dövrdə şəhid olmuş hərbi qulluqçularımızın və mülki şəxslərin ailələrinin, qazilərimizin hüquqlarının müdafiəsi və onlara qayğı hazırda qarşımızda duran vacib vəzifələrdəndir. Bu istiqamətdə fəaliyyətimiz çərçivəsində təsisatda Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılmış, təşəbbüsümüz əsasında onlara dəstək məqsədilə tibbi və psixoloji yardım aksiyaları təşkil olunmuş, gələcəkdə də bu layihələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, bu günlərdə Ombudsman Aparatı tərəfindən Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videoçarx hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmaqla ictimaiyyətə təqdim edilmişdir. Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilmiş hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti ilə bağlı faktlar, Ermənistanın siyasi rəhbərliyi səviyyəsində azərbaycanlılara qarşı nifrət ifadə edən nitqlər, Vətən müharibəsi dövründə Azərbaycanın mülki yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı sosial şəbəkələrdə ermənilərin verdiyi şərhlər və reaksiyalar həmin videoda öz əksini tapmışdır. Bununla yanaşı, münaqişə nəticəsində zərər çəkmiş ərazilərdə həyata keçirdiyimiz faktaraşdırıcı missiya haqqında məlumatlara da yer verilmişdir.
Bundan öncə tərəfimizdən beynəlxalq təşkilatlara Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqlərinə dair geniş məzmunlu hesabat göndərilmişdir.
Həmin fəaliyyət zamanı toplanmış materiallar Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət aşılanması məqsədilə uzun illərdir həyata keçirilən siyasət nəticəsində gənc nəslin də bu ruhda yetişdirilməsini sübut edir ki, bu da bölgədə sülhün bərqərar olmasına böyük maneə yaradır.
Ombudsman təsisatı olaraq, Ermənistanın siyasi və hərbi rəhbərliyinin insan hüquqlarının kobud pozuntusu ilə nəticələnən bu və ya digər ağır cinayət əməllərinin ifşası və onların ədalət mühakiməsinə cəlb olunması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Sonda qeyd etmək istərdim ki, COVİD-19 pandemiyası səbəbindən 2020-ci il dünya ölkələri üçün olduqca ağır və çətin il olaraq yadda qalsa da, Azərbaycan üçün şərəfli bir il olaraq tarixə düşdü, 44 günlük Vətən müharibəsində xalqımız tarixi Zəfər qazandı.
Bu gün hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, uzun illərdən sonra müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi və şəhidlərin qanı yerdə qalmadı, məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına, pozulmuş hüquqlarının bərpasına zəmin yarandı. Beləliklə, Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olduğu dünya birliyinə bir daha bəyan edildi.
Ölkə Ombudsmanı olaraq xalqımızı 18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə təbrik edir, hər kəsi milli və ümumbəşəri dəyər olan insan hüquqlarının müdafiəsi və təşviqi prosesində fəal iştirak etməyə və bu sahədə daim həmrəylik nümayiş etdirməyə çağırıram!
Səbinə
Əliyeva,
Azərbaycan
Respublikasının
İnsan Hüquqları üzrə
Müvəkkili
(Ombudsman),
hüquq üzrə fəlsəfə doktoru.
Respublika.- 2021.- 18 iyun.- S.7.