Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği və təşviq edilməsi zamanın tələbidir

 

 

Ortaq tarix, mədəniyyət, müştərək dəyərlərin birləşdirdiyi türk xalqları əsrlər boyu bir-birilə sıx əlaqədə olmuş, bir yerdə yaşamış, sevincini, kədərini bölüşmüşdür. Zaman-zaman bu xalqların başı üzərindən qara yellər əssə də bu birliyi pozmağa gücü çatmamışdır. Bir-birindən bir qədər ayrı düşsələr də mənəvi bağlılıqları heç vaxt sarsılmamışdır.

 

Bu gün bütün dünyada maliyyə və iqtisadi böhranın hələ də davam etdiyi bir vaxtda türk dövlətləri uğurla inkişaf edir, bu ölkələrdə mövcud olan sabitlik və tərəqqi isə onların ən böyük nailiyyəti, sərvətidir.indi bu xalqların hər biri həmin sərvəti qorumaqinkişaf etdirmək üçün birgə əməkdaşlığa böyük önəm verir. Ortaq dəyərləri, türk mədəni irsini qorumaq, onu dünyaya tanıtmaq!.. “XXI əsr türk dünyasının əsri olmalıdır!” - fikrinin reallığa çevrilməsi üçün bütün müsbət meyilləri gücləndirmək, birgə fəaliyyət göstərmək...

 

2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin aşağıdakı bəndində oxuyuruq: “Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər”. Elə bu bəndin mahiyyətində də yuxarıda söylədiyimiz fikirlər dayanır...

 

Türkdilli dövlətlərin birgə əməkdaşlığına indi həmişəkindən daha çox ehtiyac varbu əməkdaşlıq müxtəlif istiqamətlərdə aparılır. Təbii ki, ilk növbədə qardaş xalqlarqonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq möhkəmləndirilməlidir. Bunun fonunda isə təhsil, elm və mədəniyyət sahələrində qardaş ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirmək, Türk irsinin öyrənilməsi üçün mövcud qurumların təcrübəsinə əsaslanmaqla təcrübə mübadiləsinin təmin edilməsinə böyük önəm verilir. Məsələn, Türk Şurasının Almatıda keçirilmiş birinci zirvə görüşünün qərarına uyğun olaraq buraxılan illikTürk dünyası” almanaxı, Türk Akademiyası tərəfindən hazırlanmış “Türk tərbiyə antologiyası”, Türküstan şəhərində keçirilmişTürk dünyası bu gün: real vəziyyət, inkişaf perspektivləri” adlı birinci beynəlxalq simpozium bu mənada böyük əhəmiyyətə malikdir.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə 2013-cü il avqustun 16-da keçirilmiş III Zirvə toplantısında Azərbaycan Prezidenti demişdir: “Bu gün çıxışlarda, eyni zamanda xalqlarımıza xas olan tolerantlıq haqqında deyildi. Həqiqətən, bizim ölkələrimizdə yaşayan bütün xalqlar onların etnik, yaxud da ki, dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayır, heç vaxt hər hansı bir xoşagəlməz hallar yaşanmır. Bu, böyük sərvətimizdir və biz çalışmalıyıq ki, türk dünyasını dünyaya, eyni zamanda tolerantlıq məkanı kimi təqdim edək...”

 

Türk dünyası” tarixi və dərin mənaya malik bir termindiro, əsasən böyük bir mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir. Şübhəsiz ki, türk dövlətləri arasındakı əməkdaşlıq və həmrəylik bölgənin sülh, sabitlik və rifahına da töhfə verəcəkdir. Ölkələr arasında “altı dövlət, tək millət” şüarı ilə həyata keçirilən əməkdaşlıq bərabər, qarşılıqlı hörmət əsasında irəliləməyə davam edir.

 

Həmin Zirvə toplantısında çıxış edən Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev demişdir: Bizi vahid irs birləşdirir, bu irsin köməyi ilə istər regionda, istərsə də bütün dünyada sülhünsabitliyin təmin edilməsi işində xalqlarımız arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək mümkündür.

 

Türkmənistan dünya sivilizasiyasına çox qiymətli töhfələr vermiş mədəni irsə malik olan türk dünyasının ayrılmaz hissəsidir. Müasir mərhələdə bizim mədəniyyətlərin inkişafı, mədəni irsin nəsildən-nəslə ötürülməsi bizim sivilizasiyanın yenilənməsinin davamı olub onun sarsılmazlığını təmin edir”.

 

Bu fikrə əsaslanaraq demək olar ki, bu gün Böyük İpək Yolu türk xalqlarının birləşməsinin rəmzi kimi xarakterizə olunuronun əhəmiyyəti getdikcə daha da artır. Təkcə ona görə yox ki, o müasir formatda bərpa olunub, həm də ona görə ki, bu xalqların şüurunda tarixin, mədəniyyətin ümumiliyinin təsəvvürünü yaradır. Ümumi mədəni sərvətin qorunub saxlanması, öyrənilməsi və populyarlaşmasının mühüm amillərindən birihumanitar əlaqələrdir.

 

Türk xalqlarının ümumi bayramı olan Novruz şənliklərinin hər il birlikdə qeyd edilməsi də bu xalqların vəhdətinə sübutdur. Təbii ki, bu tədbirin birgə keçirilməsi regionda sülh və həmrəyliyin yaradılmasına xidmət edir.

 

Mədəni-humanitar əməkdaşlıq çərçivəsində hər il mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər keçirilir, klassiklərin ədəbi və fəlsəfi irsi öyrənilir, tərcümə edilir. Məsələn, türkmən poeziyasının klassikləri Molla Nepesin, Əndəlibin onlarla əsəri Azərbaycan dilinə tərcümə olunub və nəşr edilib. Böyük türkmən şairi Məhdimqulunun 290 illiyinin qeyd edilməsi ərəfəsində Azərbaycanda və Türkiyədə bu klassikin yaradıcılığına həsr edilmiş poeziya günləri təşkil olunub. Türkdilli ölkələr arasında elmi əməkdaşlıq haqqında sazişlər imzalanıb, bu ölkələrin gənc vətəndaşlarının təhsil mübadiləsi təmin edilib. Sözsüz ki, elmi-texniki əlaqələrin gələcək inkişafı, perspektivli innovasiya, elmitexnoloji istiqamətlərin aşkar edilməsi isə çoxtərəfli münasibətlərin daha da genişlənməsinə və təkmilləşməsinə kömək edəcəkdir.

 

Türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsində bir sıra təsisatların da mühüm rolu var. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin türk mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ilielan olunub. TÜRKSOY tərəfindən 2019-cu ilin “Nəsimi ilielan edilməsi də təqdirəlayiq haldır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şürası, Türkdilli Ölkələrin Parlament Assambleyası da bu istiqamətdə uğurla fəaliyyət göstərir.

 

Yaxın tarixə nəzər salsaq görərik ki, türk xalqları arasında əlaqələr Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin yarandığı ilk aylardan təşəkkül tapmağa başlayıb. Bu xalqlar hələ o vaxtlarda Ankara bəyanatını imzalamış və bunun vasitəsilə geniş türk dünyasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün iradə və qətiyyət göstərmişdilər. Türkdilli dövlətlərin başçıları müxtəlif heyətlərdə Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Özbəkistanda, Qazaxıstanda görüşlər keçirir, müzakirələr aparırdılar. 2009-cu ildə Azərbaycanın qədim şəhəri Naxçıvanda əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bu əlaqələrin yeni, daha düşünülmüşpraqmatik mərhələsinə start verildi. Burada qəbul edilən sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətinin perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çatdırılmasına zəmin yaradır.

 

Türk sivilizasiyasının dərin kökləri vardır. Türk xalqları bəşəriyyətin tarixində mühüm rol oynamış xalqların xələfləridir. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. 160 milyona yaxın sayda qardaşlıq ailəsi bu gün möhkəmlənir, genişlənir və inkişaf edir.

 

VII Zirvə görüşündə Türkmənistanın Baş nazirinin müavini Purli Aqamuradov xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsindən danışarkən deyib: “Bizi ümumi tarix birləşdirir. Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr möhkəmdir və ümumi tarixə, mədəni-mənəvi dəyərlərə söykənir. Xalqlarımızın bir çox ortaq dəyərləri var. Əməkdaşlığımızın müsbət dinamikasını qeyd etmək olduqca vacibdir. Bugünkü görüş bizim üçün mühüm hadisədir. Deməli, bizə ümumi dil tapmaq daha asandır. Türkmənistan xarici siyasətinin əsas istiqamətlərindən biri mədəni diplomatiyadır. Multimodal logistik habların yaradılması da vacib məqamlardandır... Düşünürəm ki, XXI əsrin nailiyyətləri xalqlarımız tərəfindən sülhün təbliği üçün istifadə olunmalıdır”.

 

Qloballaşma, müasir çağırışlar şəraitində öz qüvvəsini qoruyub saxlayan sivilizasiyamız gənc nəsli humanist dəyərlər ruhunda tərbiyə etməklə irəliləyir. Bütün bunların fonunda keçirilən görüşlər, zirvə toplantıları, tədbirlər və s. real səmərə verəcək, türk dövlətləri arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə və yaxınlaşmasına xidmət edəcəkdir. Bu yaxınlıq isə türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviqi istiqamətində birgə əməkdaşlığı gücləndirəcəkdir.

 

 

 

Zümrüd QURBANQIZ

 

Respublika.- 2021.- 23 iyun.- S.11.