Ərazilərin bərpa olunması və böyük qayıdış

 

Bu gün xalqımız şanlı tariximizin ən qürurverici səhifələrindən birini yaşamaqdadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 17 il ərzində yaratdığı hərbi strategiyanın, güclü ordu quruculuğunun həyata keçirilməsi, dəyanəti və əzmi böyük güclərin diplomatik təzyiqləri qarşısında qələbəmizi təmin etdi. Sərkərdəmizin rəhbərliyi ilə şanlı ordumuz, mərd, cəsur, qəhrəman əsgərlərimizin yenilməzliyi sayəsində düşmənin 30 ildə qurduğu istehkamları, mövqeləri 44 gün ərzində məhv edildi, işğalda olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XXI əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Ali Baş Komandanımız xalqımıza son yüzilliklər ərzində əldə etmədiyimiz qələbənin sevincini yaşatdı və bu zəfər ilə öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı.

 

Şanlı qələbəmizdən keçən qısa bir müddət ərzində işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq işlərinə start verilib və layihələndirmə işləri aparılır. Erməni terrorçuları tərəfindən tamamilə yerlə-yeksan edilmiş bütün ərazilərimiz yenidən bərpa ediləcək, dağıdılmış şəhər və rayonlarımız, kəndlərimiz tez bir zamanda yenidən quruculacaqdır. Bunun üçün Azərbaycan dövlətinin iradəsi və güclü iqtisadiyyatı mövcuddur.

 

Ölkə başçısı görüləcək gələcək işlər barədə danışarkən vurğulayıb ki, Qarabağ münaqişəsinin bu həlli ölkəmizə yeni nəfəs verəcək, insanlar öz dədə-baba torpaqlarına qayıdacaqlar. İşğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək və beləliklə, ölkəmiz üçün yeni bir dövr başlayacaq. Bu dövr böyük imkanlar açacaq, Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcəkdir, Respublikamızın gələcəyi daha parlaq olacaqdır. Şəhərlərin və kəndlərin inkişafına dair baş planının tərtib edilməsi prosesi artıq başlayıb. Vətəndaşların qayıtması üçün əsas məsələlər bunlardır. Pilot layihələrin icrasına da start verilib. Bir layihə - “Ağıllı kənd” layihəsi artıq icra olunmaqdadır. 30 il ərzində öz dədə-baba torpaqlarından didərgin düşmüş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar yaxşı yaşamağamüasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Zəngilan rayonunun üç kəndində - birinci, ikinci, üçüncü Ağıllı kəndlərində həyata keçiriləcək. Cari ilin sonuna qədər tam başa çatacaqdır. Orada təxminən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək. Zəngilanda tikilən beynəlxalq aeroport ilə yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Həmin yollardan birinin adı “Qələbə yoludur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Ölkəmizin vətəndaşları həmçinin digər ölkələrin nümayəndələri və qonaqlar Qarabağa gəlmək imkanına malik olacaqlar; Böyük şəhərlərin baş planları tərtib ediləcək. Ağdam şəhərində müharibədən əvvəl təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Bütün güclər səfərbər edilib, dost ölkələrdən olan şirkətlər də bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı da açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək; İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli subununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib; Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilibiki şirkət ən yaxşı təkliflər irəli sürüb. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişikbunun üçün, ilk növbədə, investorları gözləyirik. Füzulidə aeroportun tikintisi sürətlə gedir. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb.

 

Azərbaycan öz ərazi bütövlüyünü təmin edi

 

b. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanlara normal həyat şəraitinin yaradılmasıdır. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıbdır.

 

 

 

Ülviyyə İSMAYILOVA,

Bakı şəhəri, Nizami rayonu

70 saylı məktəb-liseyin

direktoru.

 

Respublika.- 2021.- 5 mart.- S.6.