Yeni Azərbaycan Partiyasının gücü haqqın və xalqın gücüdür

 

Bu gün fəxrlə, əzmlə və inamla partiyanın bir üzvü olaraq deyirəm ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə yaradıldığı ilk gündən siyasi iradəni və xalqımızın milli maraqlarını təmsil edən monolit siyasi qüvvəyə çevrilib. Buna səbəb isə Azərbaycan xalqının istəyi və tələbi ilə ulu öndərin qətiyyəti, siyasi iradəsi sayəsində 1992-ci ildə partiyanın yaradılması olmuşdur. Bu gün Qafqazın lider partiyası kimi dünyada özünəməxsus idarəçilik, prinsipi ilə seçilən Yeni Azərbaycan Partiyasının 5 mart 2021- ci il tarixdə keçirdiyi VII qurultayında partiya sədri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin icrası respublikamızın hər yerində olduğu kimi, Saatlı rayonunda da var qüvvə ilə həyata keçirilir. Qurultayda partiya sədrinin geniş məzmunlu çıxışı bütün partiya üzvləri üçün yeni vəzifələri müəyyənləşdirdi. Qurultayın indi keçirilməsinin əsas səbəbi hazırda ölkəmizdə qələbədən sonra yaranmış reallıqlardır. Əsas reallıq isə Ali Baş Komandan İlham Əliyevin səriştəli siyasəti və şanlı ordumuza qətiyyətli rəhbərliyi ilə baş verən qələbəmizdir.

Çöhrəsində partiyanın üzvü olduğu üçün sevinc hissi görünən insanlar bu gün YAP-ın banisi, xalqın xilaskarı, Müstəqil Azərbaycan dövlətini quran, yaradan Ulu Öndəri xatırlayır və onun müqəddəs ruhu qarşısında baş əyirlər. Qeyd etməyi özümə borc bilirəm ki, müstəqil Azərbaycanın suverenlik tarixinin uğurları Yeni Azərbaycan Partiyasını yaradan dahi öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün özünəməxsus rolu və fədakarlığı ilə bağlıdır. Rayonumuzda 30 il müddətdə partiyanın işlərini irəli aparan YAP rayon təşkilatının sədri Lütvəli Şıxəliyevin əməyi danılmazdır. O,YAP Saatlı rayon təşkilatının kəmiyyət və keyfiyyət baxımından sağlam inkişafı üçün hər şey etmiş, partiyanın proqram və nizamnaməsinə, bir sözlə Ulu Öndərin ideyalarına sadiq insandır. Ərazi ilk partiya təşkilatı sədrlərinə partiyanın təbliğat və təşviqat işlərini daima diqqətdə saxlamaqpartiya işlərinin irəli aparılması üçün verdiyi tövsiyələr bu gün öz bəhrəsini verməkdədir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ulu Öndərin partiya haqqında çıxışlarında qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyasının gücü daima Azərbaycan xalqının partiyaya inamı, etibarı və etimad göstərməsi ilə ölçüləcəkdir”. Yeni Azərbaycan Partiyasının ölkəmizdə iqtidar partiyası olaraq fəaliyyəti dövründə, bu 30 ilə nəzər saldıqda, açıq görünür ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın siyasi, iqtisadi müstəqilliyi daha da artmış, ölkəmizin beynəlxalq arenada çəkisi, qüvvəsi möhkəmlənmişdir.Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, onu regionun lider dövlətinə çevirmişdir. Bu da əhalimizin sosial rifahının yaxşılaşmasına gətirib çıxarmışdır. Beləliklə, demək olar ki, bu gün Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına sıx toplayaraq, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü sübut etmişdir.

Memarı ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın ən böyük sərvəti onun siyasiiqtisadi sabitliyidir. Bu sabitlik ulu öndərin yuxusuz gecələrinin, gərgin rejiminin və Azərbaycanın bugünkü günlərinə, işıqlı sabahına hesablanmış siyasətinin nəticəsidir. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün artıq dünyanın inkişaf etməkdə olan ölkələri sırasında liderliyi qoruyub saxlayan Azərbaycanda bu proqresi gözü götürməyən, xarici qüvvələrin əlində alət olan, təxribat yaratmaq fikrində olan insanlar, xalqımızın firavan həyatını pozmaqda marağı olan qüvvələr də vardır. Saatlı rayonunda Yeni Azərbaycan Partiyasına üzv olan gənclər bu hərəkətləri heç vaxt qəbul etməmiş və etməyəcəklər. Biz, qeyri-milli, ölkənin inkişafına mane olan bütün fəaliyyətləri qəti şəkildə pisləyirik. Qeyd etmək istəyirəm ki, bir qrup radikal, ekstremist düşüncəli insanların dinsair pərdələr arxasında etdikləri qanunsuz hərəkətlər həqiqətən də sağlam Azərbaycan gəncliyi tərəfindən hiddətlə qarşılanır. Bu radikal qruplaşmaların heç Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində belə rəsmi qeydiyyatı yoxdur. Prezidentin ölkə daxilində apardığı siyasətin nəticəsi olaraq yaranmış münbit şəraitdən, sabitlikdən sui- istifadə edən və müxtəlif adlar altında, mənsubiyyəti məlum olmayan, qeydiyyatsız və qanunsuz fəaliyyət göstərən qruplaşmalar bəzən həyat təcrübəsi olmayan, yeniyetmə gənclərdən istifadə edərək özlərinin məkrli siyasətini həyata keçirməyə cəhd edirlər. Fikrimcə, Azərbaycan gəncliyi daha ağıllı və intellektual səviyyəlidir. Heç şübhəsiz ki, aramızda olan cahil gəncləri də biz maarifləndirməliyik. Elə etməliyik ki, xarici qüvvələr və onların əlində alət olan bəzi radikal, özünü-sözünü bilməyən yeniyetmə üç, beş gənci ətrafında toplayan qruplar əmin olsunlar ki, bu xalq özünün müstəqilliyini qanı, canı bahasına əldə etmişdir. Buna hər hansı şəkildə xələl gətirmək, zərər toxundurmaq mümkün olmayacaq. Təbii ki, bu da bizlərin öz Prezidentimiz ətrafında sıx birləşməsi nəticəsində bərqərar olacaq. Azərbaycan gəncliyi qətiyyətlə bilir və əmindir ki, Ulu Öndərin qurub-yaratdığı, biz gənclərə əmanət buraxdığı müstəqil və müasir Azərbaycanın ictimai-siyasiiqtisadi sabitliyi onun ən qiymətli sərvətidir. Gənclərimiz əmindir ki, qüdrətli dövlətimiz min bir əziyyətlə araya-ərsəyə gəlmiş, şəhidlərimizin qanı bahasına qazanılmış stabillik, sabitlik istər xarici qüvvələrin, istərsə də onların əlində alət olan insan əməllərinin öz layiqli cavabını alacaqlar. Radikal qruplaşmalar birmənalı olaraq cəzalanmalıdır. Azərbaycan gəncliyi müstəqil Azərbaycanın günü-gündən çiçəklənməsi və inkişafı, bu sabitliyin qorunub saxlanması üçün ölkə başçısının daima yanında olacaqonun göstərişi ilə hərəkət edəcəkdir. Tam əminliklə deyərdim ki, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Hər zaman xalqına güvənən ölkə rəhbərinin bütün sahələrdə apardığı məqsədyönlü islahatları xalqın sosial durumunun yaxşılaşdırılmasına, Azərbaycanın regionun lider dövlətinə çevrilməsinə təkan verən amillərdəndir. Prezidentimiz İlham Əliyevin dövlətçilik və milli maraqlara xidmət edən siyasəti bəzi məmurlar tərəfindən yol verilən süründürməçilik və özbaşınalıq halları ilə bir araya sığmır. Bu hərəkətlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Cənab Prezidentin etimadından sui-istifadə, nankorluq cəzasız qalmadığı kimi, bundan sonra da bu kimi hallara, məmur cinayətlərinə yol verilməyəcəkdir. Dünyamız hazırda yeni, çağdaşmüasirlik dünyasıdır. Daima yeniləşən və müasir olan dünya ilə ayaqlaşmaq, eyni zamanda mədəni və irsi adət, ənənələrimizi, milli mentalitetimizi qoruyub-saxlamaqyaşatmaq üçün güclü liderə ehtiyac olmuşdur. Bu lider ulu öndər ideyalarının layiqli davamçısı olan, gördüyü xeyirxah işlərlə bütün ictimai-siyasi fəaliyyəti dövründə xalqının böyük inamını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. O, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan bir nəslin təmsilçisi olmaqla ziyalı və milli ailədə yetişmişdir. Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq, Prezidentin ən sadiq silahdaşıdır. Xalqımız onun təşəbbüsünü, gördüyü işləri ölkəmizin bütün sahələrində, xüsusilə, səhiyyə və təhsil sahələrindəki islahatların böyük mərhələsi kimi əhəmiyyətli olduğunu bilir və qiymətləndirir. Birinci xanımın həyata vəsiqə alan sosial, humanitar layihələri olduqca əhəmiyyətlidir.Yeni ailə quran şəxslərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsi, talassemiyahemofiliya xəstələrinə dəstək haqqında, valideyn himayəsindən məhrum uşaqların, əlil uşaqların təhsil haqlarının ödənilməsi, təhsil və səhiyyə sahəsinə diqqət, ölkə Prezidentinin apardığı islahatların əsas ana xəttidir. Mehriban xanım ictimai-siyasi fəaliyyətinin bütün dövründə, eyni zamanda 44 günlük Vətən müharibəsində möhtərəm Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmış, xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllində əlindən gələni etmişdir. O, uğurla reallaşan islahatlarda böyük rolu və hazırlanmasından tutmuş, həyata keçirilməsinədək iştirakçısı olduğu sosial proqram və layihələrdə səmimiyyəti və bacarığı ilə xalqımızn güclü inamını qazanmışdır.

44 gün ərzində, tarixdə bu günədək alternativi olmayan müharibə ilə ən yeni tariximizi şanlı hərflərlə yazdıq. Qalib ordumuzun cəbhədə şücaəti, yüksək nizam-intizamla Ali Baş Komandanın ətrafında sıx birləşib Böyük Qələbə əldə etməsi qürurvericidir. Yaşadığım Saatlı rayonunda, sakinlərin müharibə başlayan ilk gündən, böyük əhval-ruhiyyə və hər gün səbirlə qələbə çalacağımız inamı ilə Ali Baş Komandanın bütün tapşırıqlarına səfərbər olaraq necə həvəslə əməl etmək istəyinin açıq-aşkar şahidi olurdum. Ali Baş Komandanın isə qətiyyətli açıqlaması və ordumuzun öncə strateji əhəmiyyətli torpaqlarımızı azad etməsi sakinlərimizi hamılıqla həddindən artıq çox sevindirirdi. O günləri unutmaq mümkün deyil və unutmayacağıq. Rayon rəhbərliyindən başlamış hər bir sıravi sakinin böyük həvəslə, yorulmadan müharibənin zəfərlə bitməsi üçün əlindən gələni etdiyini görürdüm. Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatı üzvlərinin sadə insanlarla birlikdə ön cəbhədə işğaldan azad olunmuş səngərlərin möhkəmlənməsi üçün böyük maşın təkərlərinin yol kənarındakı piyada səkilərə necə həvəs və enerji ilə yığdıqlarını, yorulmadan cəbhə xəttinə daşınmasını görürqürur hissi keçirirdim. Hətta müharibə başladığı ilk üç-dörd gündən sonra rayonda hər beş-on metrdən bir məsafədə milli kimliyimiz, qürurumuz olan üçrəngli bayrağımızın ucaldılmasını rayon icra hakimiyyəti başçısının alqışlaması və buna şərait yaratması, özünün bu məsələdə nümunə olması ruh yüksəkliyi yaradır və insanları qələbəyə ruhlandırırdı. Vətən müharibəsində YAP rayon təşkilatının üzvlərindən iştirak edib şəhidlik zirvəsinə ucalanlar da var. Biz müntəzəm olaraq şəhid ailələrinə, qazilərimizə baş çəkir, onlara əlimizdən gələn köməkliyi edirik. Bu qayğı və diqqət davamlı olacaq.

Mən Yeni Azərbaycan Partiyasının bütün üzvlərini və sədri cənab Prezident İlham Əliyevi, sədrin birinci müavini, Birinci vitse-prezident Mehriban xanımı Saatlı rayonunun bütün gəncləri adından şanlı qələbə münasibəti ilə təbrik edir, onlara işlərində uğurlar diləyirəm. Əmin olduğumuzu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə müstəqillik yolunu getdikcə genişləndirən və onu daimi edən, xalqa düzgün yol göstərən milyonlarla azərbaycanlının partiyası olaraq inkişaf edəcək və yaşayacaqdır.

 

Vüqar MƏMMƏDOV,

Yeni Azərbaycan Partiyası Saatlı rayon 15 saylı ilk partiya təşkilatının sədri.

 

Respublika.- 2021.- 17 mart.- S.9.