Azərbaycan: tolerantlığın həyat
normasına çevrildiyi unikal
ölkə
Müstəqillik hər bir dövlət, xalq üçün əziz nemətdir. Müstəqillik özünü, varlığını qoruyub saxlamaq, dünyaya öz sözünü deməkdir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilmişdir. Bu gün Azərbaycan Respublikası həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir.
Bu gün özünü demokratiyanın, insan hüquqlarının “qoruyucusu” hesab edən Avropa qitəsində hazırda mühacirlərə qarşı qeyri-tolerant münasibət göstərilir və bu qəbuledilməz hal geniş yayılmaqdadır. Tez-tez multimədəniyyət cəmiyyətinin baş tutmaması ilə bağlı bəyanatlar səsləndirilir. Azərbaycan isə müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı mövcudluğunun mümkünlüyünü sübut edir, bütün dünyaya multikulturalizmin Azərbaycan modelinin uğurlu, mütərəqqi bir model olduğunu nümayiş etdirir. Bununla da dünyada daha gərəkli vacib məsələnin həlli yolunda bir nümunəyə çevrilir.
Bu dəyərlərə böyük önəm verən ulu öndərimiz Heydər Əliyev respublikaya rəhbərliyinin bütün
dövrlərində Azərbaycanı multikulturalizmin,
tolerantlığın məkanı kimi
tanıtmağa çalışmışdır. Müstəqilliyimizin ilk illərində
təkrar hakimiyyətə qayıdışı ilə cəmiyyətimizdə
milli birlik təmin edildi, dinindən, dilindən, etnik
mənsubiyyətindən asılı olmayaraq
özünü Azərbaycana bağlı
sayan hər kəs ümummilli
liderin özünəməxsus
müdrikliklə irəli sürdüyü
azərbaycançılıq ideologiyası ətrafında
bir araya gəldi.
Milli-mənəvi dəyərlərimizin qorunması
yönündə mühüm işlər
görüldü, insanların din və etiqad
azadlığının sağlam əsasda
inkişafı təmin edildi. Ulu öndərin ölkəmizdə mövcud din, tolerantlıq
və multikulturalizm mühitinin
daha da gücləndirilməsi
ilə bağlı siyasəti dövlət
başçısı İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti
çoxmillətli ölkələrdir. Əgər multikulturalizm
iflasa uğrayıbsa,
onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır,
islamafobiyadır, antisemitizmdir”
fikirlər də ölkə rəhbərinin
multikulturalizmə böyük
önəm verdiyinin göstəricisidir. 2016-cı
ilin “Multikulturalizm ili” elan edilməsi,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması da dövlətimizin multikulturalizm
siyasətinə önəm
verməsini bir daha təsdiqləyir.
Azərbaycan ta qədimdən müxtəlif etnosların
və dini icmaların dinc yanaşı yaşamalarının
unikal nümunəsidir. Respublikamızın bu sahədə əldə etdiyi təcrübə dünya
tərəfindən yüksək
qiymətləndirilir. 2008-ci ilin mart ayında Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət katibi Kardinal Qarqizio isə ölkəmizdəki mövcud
tolerantlığa belə
qiymət vermişdir:
“Azərbaycanda tolerantlıq
onun xalqının nailiyyətidir. Mən Azərbaycanda qardaşlıq
münasibəti gördüm
və başa düşdüm ki, bu, burada yaşayan
xalqın ənənəsidir”.
Ölkəmizdə tolerantlıq ənənələrinin
qorunması işinə
xüsusi əhəmiyyət
verən qurumlardan biri Heydər Əliyev Fondudur. Fondun həyata keçirdiyi “Tolerantlığın ünvanı
- Azərbaycan” layihəsi
çərçivəsində Bakıdakı pravoslav kilsəsində təmir-bərpa
işləri aparılmış
“Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün
600 yerlik təhsil mərkəzi inşa edilmiş, Binə qəsəbəsindəki “Möhsün
Səlim”, Gəncə
şəhərindəki “Həzrəti
Zeynəb” məscidləri
əsaslı təmir
edilərək yenidən
qurulmuş, Bakıdakı
“Müqəddəs Məryəm”
kilsəsində bir sıra işlər görülmüş, “Vatikan”
kilsəsində katakombalar
təmir olunmuşdur.
Azərbaycanın birinci xanımının səyləri nəticəsində
görülən işlər,
həyata keçirilən
layihələr ölkəmizin
dünya birliyində zəngin mədəniyyətə,
qədim tarixə, tolerantlıq ənənələrinə
malik bir dövlət kimi özünəməxsus yer
tutması baxımından
böyük əhəmiyyət
kəsb edir.
Dinlərarası və interkonfessional
dərketmə mərkəzinin
təsisçisi Taras
Dzubanski deyib: “Azərbaycanın təqdim
etdiyi multikulturalizm modeli fərqli dinlərin və millətlərin nümayəndələrinə
yüksək ali dəyərlərə
söykənən münasibəti
bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı
bir vaxtda çox əhəmiyyətli
olması ilə bərabər, dünya ölkələrinə gözəl
bir örnəkdir.”
Rusiya İctimai
Palatasının üzvü
Sergey Markovun fikrincə,
Azərbaycan, müasir
dünyəvi cəmiyyətdə
xristian və müsəlmanların qarşılıqlı
fəaliyyətinin gözəl
nümunəsidir. Bakı çoxmədəniyyətli cəmiyyət yaradılması
sahəsində öz
təcrübəsini bütün
dünyaya göstərmək
istəyir.
Bəli, ölkə başçısı
tərəfindən başlanğıcı
qoyulan dövlət siyasəti bu gün prioritet səviyyəyə yüksəlmiş,
multikulturalizmlə bağlı
həyata keçirilən
tədbirlər ölkəmizə
mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır. Azərbaycan tarixən
birgəyaşayış modelinin
universal nümunəsi olmuş
və Azərbaycan xalqı, Azərbaycan dövləti bu ənənəni bu gün də çox yüksək səviyyədə davam etdirir.
Bəhram
ŞİRİYEV,
276 saylı tam orta məktəbin
direktoru,
Əməkdar müəllim.
Respublika.- 2021.- 19 mart.- S.8.