Dövlətə və xalqa sədaqətlə xidmət etmək vəzifəsi

 

“Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”.

 

Heydər ƏLİYEV,

 

Ümummilli lider.

 

 

 

Hər bir xalqın tarixində yalnız onun özünün yazdığı, mərd, cəsur övladlarının qəhrəmanlıqları ilə gerçəkləşdirdiyi, nəsillərdən-nəsillərə ötürülən şərəf, ləyaqət və qürur simvolu olan səhifələri vardır.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın tarixinin çox əlamətdar bir dövrünün əsası qoyuldu. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqı bununla da dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bir daha göstərdi. Həmin dövrdə dünyada gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər çətin bir məsələ idi. Lakin xalqımız müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, yüksək intellektual potensialaböyük milli ideoloji dəyərlərə malik olduğunu təsdiqlədi. Azərbaycan Xalq Cümhuriyyəti dövlət təsisatlarının formalaşdırılması, milli idarəçilik sisteminin yaradılması, xarici siyasətin mühüm prinsiplərinin müəyyənləşdirilməsi sahəsində uğurlu addımlar atdı. 1918-ci il oktyabrın 23-də Hərbi Nazirlik təsis edildi.

 

Dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, onu daxilixarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, ölkədəki pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasının zəruriliyi meydana çıxdı. Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələri zərərsizləşdirmək, onları vaxtında aşkar etmək üçün Hərbi Nazirliyin tərkibində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirəcək bir qurum - Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə Azərbaycanın ilk milli təhlükəsizlik orqanlarının tarixi başladı.

 

Azərbaycanın milli ordusunun tədricən güclənməsinə və təkmilləşməsinə baxmayaraq, gözlənilən təxribatların və təhdidlərin qarşısının alınması, düşmənin casusluq fəaliyyətinin aşkarlanması, ən başlıcası müstəqilliyimizi, eləcə də dövlətçiliyimizi qorumaq üçün güclü və peşəkar xüsusi xidmət orqanlarına, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində onun struktur bölmələrinin yaradılmasına ehtiyac günü-gündən artırdı. Azərbaycan hökuməti də bu işin nə qədər vacib olduğunu önə çəkir və tez bir zamanda təhlükəsizlik orqanlarının struktur bölmələrinin təkmilləşməsinə və genişlənməsinə çalışırdı. Bu, 1919-cu il yanvarın 28-də Gəncə şəhərində fəaliyyət göstərən kəşfiyyat bölməsi rəisinin Baş Qərargahın general-kvartirmeyster şöbəsinə göndərdiyi məktubdan da açıq-aydın görünür: “Əks-kəşfiyyat bölməsi üçün 7 ştatı təqdim edir və məruzə edirəm ki, hələlik aşağıda adıçəkilən şəhər, dəmiryolu stansiyası və yerlərdə: Bakıda, Şuşada, Ağdamda, Qazaxda, Gəncədə və s. agent məntəqələrinin yaradılması məqsədəuyğundur”. Məktubun məzmunundan məlum olur ki, artıq dövlət təhlükəsizlik sistemi tədricən genişlənir və imkan daxilində inkişaf etdirilirdi. Hərbi nazir S.Mehmandarov aprelin 2-də Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, “kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir”.

 

Lakin həmin dövrdə bölmədə peşəkar mütəxəssislərin sayının az olması əks-kəşfiyyat işini genişləndirməyə imkan vermirdi. S.Mehmandarov belə ağır və mürəkkəb bir vaxtda kiçik bir qurumla böyük işlər görməyin və ölkənin hərbi təhlükəsizliyini təmin etməyin çətin olacağını yaxşı dərk edirdi. Azərbaycanın müstəqilliyi təhlükə altına düşmüşdü. Azərbaycanı işğal etmək və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, denikinçilərin 1919-cu ilin aprelində Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün də təhlükəyə çevrilmişdi. Hakimiyyətə can atan bolşevizmlə mübarizə də əks-kəşfiyyat xidmətinin fəaliyyətində əsas yerlərdən birini tuturdu. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı.

 

Qeyd etmək lazımdır ki, Hərbi Nazirliyin rəhbərliyi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əldə etdiyi məlumatlara diqqətlə yanaşırdı. Bölmənin həyata keçirdiyi tədbirlərə baxmayaraq, Azərbaycanda ictimai-siyasi vəziyyətin yenə də gərgin qalması Azərbaycan hökumətindən ciddi tədbirlərin görülməsini tələb edirdi. Bütün bunları nəzərə alan hökumət 1919-cu il iyunun 9-da Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. 1919-cu il iyunun 11-də isə Dövlət Müdafiə Komitəsi yanında Əks-inqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi. Məmmədbağır bəy Şeyxzamanlı həmin quruma rəhbər təyin edildi. M.Şeyxzamanlı Milli Məclisin üzvü olduğundan iki ay sonra, avqustun 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edildi. Onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olundu. 1920-ci il aprelin 28-də Azərbaycanın işğal edilməsi ilə Cümhuriyyətin süqutundan sonra digər dövlət təsisatları kimi, ilk milli xüsusi xidmət orqanlarımızın da fəaliyyətinə son qoyuldu.

 

Tarixə nəzər salanda görürük ki, inkişaf yolunu çox çətin bir şəraitdə, əks-kəşfiyyat bölməsinin fəaliyyətindən başlayan xüsusi xidmət orqanlarımız ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamışdır.

 

Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu mövzuya toxunaraq demişdir: “Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 70 il ərzində Azərbaycanın təhlükəsizlik orqanları sovet hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul olmuşlar. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət göstərməsi prosesində Azərbaycanın təhlükəsizlik orqanları da öz yerini tapmışdır”.

 

SSRİ dövründə fəaliyyət göstərən təhlükəsizlik orqanları sovet quruluşuna uyğun, mahiyyətcə siyasi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin illərdə bu qurum böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhədə düşmənlə vuruşaraq qəhrəmanlıq göstərmişlər. Müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq faşist kəşfiyyatçı-agentinin ifşa edilməsində, respublikada asayişin və təhlükəsizliyin mərdliklə qorunmasında bu orqanın əməkdaşlarının əməyi ölçüyəgəlməzdir. Məhz bunun nəticəsidir ki, göstərdikləri igidlik və qəhrəmanlıqlara görə xeyli sayda xüsusi xidmət orqanı əməkdaşı ordenmedallara layiq görülmüşdür. Müharibədən sonrakı illərdə də bu orqanın əməkdaşları təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

 

1944-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə başlaması yeni bir mərhələnin başlanğıcı oldu. Belə ki, 50-ci illərdən etibarən dahi rəhbər təhlükəsizlik orqanlarında saflaşdırma və milliləşdirmə kimi mürəkkəb vəzifəni həyata keçirməklə, savadlı və yerli kadrları irəli çəkmiş, yüzlərlə azərbaycanlı gənci dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul etdirmişdir. Eləcə də, xalqın görkəmli və milli ziyalılarını siyasi təqiblərdən qorumaqla yanaşı, onların əsərlərinə yüksək dövlət mükafatlarının verilməsinə nail olmuşdur.

 

Məhz Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə, sonradan respublikaya rəhbər təyin olunmasından sonra bu orqanlara dövlət qayğısı güclənmiş, onun sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi.

 

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi, qətiyyətsiz mövqeyi və şəxsi ambisiyaları ucbatından respublikanı xaos bürümüş, vətəndaş müharibəsi və dövlətçiliyinin itirilməsi təhlükəsi yaranmışdı.

 

Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. O, təhlükəsizlik orqanlarının normal fəaliyyətini təmin etmək üçün onun qanunvericilik bazasını yenidən təkmilləşdirdi və vəzifələrini müəyyənləşdirdi.

 

Müstəqil Azərbaycanın təhlükəsizlik orqanları qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinin, konstitusiya quruluşunun, iqtisadi, müdafiə və elmi-texniki potensialının, həmçinin həyati əhəmiyyətli digər maraqlarının qorunması idi. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar birliklərin və ayrı-ayrı şəxslərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizənin səmərəli təşkili, əməliyyat-axtarış və xidməti fəaliyyətin mühüm istiqamətləri kimi həllini gözləyirdi.

 

Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlət orqanlarının birgə və əməli fəaliyyəti nəticəsində vətəndaş müharibəsi təhlükəsindən qurtulmuş respublikada qısa bir müddət ərzində əmin-amanlıq, ictimai-siyasi sabitlik təmin edildi, təhlükəsizlik və asayiş bərqərar olundu. Ölkədə dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin tədricən aradan qaldırılması, Azərbaycanda baş verən hadisələrin həqiqi demokratik müstəviyə keçirilməsi istiqamətində mühüm işlər görüldü. Dövlət əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınması, eləcə də qanunsuz silahlı qruplaşmaların ləğvi istiqamətində qətiyyətli tədbirlər həyata keçirildi.

 

Qürurvericidir ki, Azərbaycan tarixində ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün peşəkar kadrlar hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsinin - Akademiyanın yaradılması da ümummilli liderin iyirmi üç il öncə böyük uzaqgörənliklə qəbul etdiyi qərarla reallığa çevrilmişdir. 2005-ci ilin dekabr ayının 20-də bu təhsil ocağına ulu öndərin adının verilməsi barədə Akademiyanın şəxsi heyəti möhtərəm Prezident cənab İlham Əliyevə müraciət etmişdir. Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərini, xatirəsinin əbədiləşdirilməsini və Akademiyanın kadr hazırlığı sahəsində qazanılmış nailiyyətlərini nəzərə alaraq təhsil ocağına dahi rəhbərin adı verilmişdir.

 

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası bu ali etimadı doğrultmaq üçün dövlətimizin başçısı, eləcə də Xidmətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edir. Peşəkar kadrların yetişdirilməsi istiqamətində tədris-təhsil prosesi müasir dövrün tələblərinə cavab verən, qabaqcıl müsbət təcrübənin mənimsənilməsi ilə daha təkmil və yaradıcı formada təşkil olunmuşdur. Akademiyada ulu öndərin zəngin dövlətçilik irsi dərindən öyrənilir, o cümlədən dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi vaxtlarda həyata keçirdiyi əməliyyatlar klassik xüsusi xidmət fəaliyyətinin unikal nümunələri kimi kursantlara geniş aşılanır və tədris edilir.

 

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin təməlini qoyduğu, möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu və məqsədyönlü siyasət ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, müasir demokratik mexanizmlərin yaradılması, xalqa xidmət müstəvisində səmərəli və şəffaf idarəetmə modelinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün əsaslı zəmin yaradıb. “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub!” deyən ölkə başçısının siyasi iradəsi və əzmi ilə ictimai həyatımızın bütün sferalarında aparılan köklü islahatlar bir daha sübut edir ki, Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu gün respublikamızda bütün istiqamətlərdə olduğu kimi, struktur islahatları ilə bərabər, kadr islahatları da davam etdirilir. Müasir çağırışlara cavab verən, yüksək intellektli, təmiz, tapşırılan vəzifələri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların irəli çəkilməsi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.

 

Ölkə rəhbərliyinin qətiyyəti sayəsində korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilməkdədir. Dövlətimizin başçısı daim korrupsiya və rüşvətxorluq kimi cəmiyyətə və qanunazidd əməllərin qarşısını almaq üçün bu prosesin davamlı olacağını bildirir. Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyev kimi peşəkar kadrın rəis təyin olunması, bu islahatların hərtərəfli, dərindən aparılacağına bir işarə idi.

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxilixarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı, xüsusilə siyasistrateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi. Bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır.

 

Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ Birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarından 6 nəfəri - Riad Əhmədov, Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Bəhruz MansurovFaiq Cəfərov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

 

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik orqanlarında dövlətə xidmətə həsr etmiş bir polkovnik kimi əmin edirəm ki, müharibə dövründə DTX-nın ölkə vətəndaşlarına müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda döyüşən kürd terrorçularının səsini yayması, Livanlı muzdlu-terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nın fəaliyyətinin cüzieyni zamanda vətəndaşlarla paylaşılan açıq hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində orqanın belə qürurverici hala çatdırılmasında Birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən oğlu, general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir və danılmazdır. Bu yerdə ulu öndər Heydər Əliyevin “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr üslubu olsunfikri əsl yerinə düşür.

 

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında özünün inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır. Bu strukturun fəaliyyətini tənzimləyən, onun beynəlxalq standartlara uyğunlaşdıran qanunvericilik bazası formalaşdırılıb. Son vaxtlar ölkəmizin maraqları, mənafeləri və təhlükəsizliyi naminə Dövlət Təhlükəsizliyi Xidmətinin uğurlu fəaliyyəti cəmiyyətdə bu quruma inamın və etibarın artmasına səbəb olmuşdur.

 

Dövlətimizin başçısı Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodundaAbşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən demişdir: Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və bilməliyik, bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər, bu qədər deyə bilərəm, bundan artıq deyə bilmərəm...”

 

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Azərbaycan təhlükəsizlik orqanları yaranmasının 102 illiyini əldə etdiyi yüksək nailiyyətlər, xidməti uğurlar və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimad, etibarinam işığında qeyd edir.

 

Sonda biz veteranlara, xüsusən Azərbaycan təhlükəsizlik orqanlarının veteranlarına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident Zati-aliləri İlham Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə öz dərin minnətdarlığımızı ifadə edir, təqaüddə olmağımıza baxmayaraq bütün veteranların şüarı dəyişməz olaraq qalır: “Vətənə, xalqa sədaqətlə xidmət, dövlətə, ölkə rəhbərinə sadiqlik”.

 

Azər QARAYEV,

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik.

 

Respublika.- 2021.- 20 mart.- S.5.