Möhtəşəm uğurlar beynəlxalq nüfuzumuzu daim yüksəldir

 

Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli Ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt edilmiş əraziləri cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu şanlı qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu.

 

 

 

Sentyabr ayının 27-də erməni silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində hərbi mövqe və yaşayış məntəqələrimizi müxtəlif növ iriçaplı silahlardan müntəzəm olaraq şiddətli atəşə tutdu. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı, onlara layiqli cavab verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin gün Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bütün dünyaya bəyan etmişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Həqiqətən də, Azərbaycan xalqı bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırıqlarını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğaldan azad edəcəyik”. Ali Baş Komandan onu da vurğulamışdır ki, artıq 30 ilə yaxın davam edən işğala son qoyulacaq. Çünki Azərbaycan vətəndaşı Vətən eşqi ilə yaşayır, xalqımız dövlətə, Ali Baş Komandana dəstək göstərir və inanır, biz bunu daim hiss edirik. Bu inamla hər bir vətəndaşımız silaha sarılıb, işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olub. Yaşanan hər gün, hər an bizi böyük qələbəyə yaxınlaşdırır.

 

Azərbaycan Ordusunun qısa bir zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar, düşmənin çoxlu sayda canlı qüvvə və zirehli texnikasının, strateji əhəmiyyətli hərbi bazalarının məhv edilməsi, ordumuzun ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna, peşəkar hərbi kadrlara malik olması, hər gün cəbhədən gələn xoş xəbərlər, kənd, şəhər və qəsəbələrin işğaldan azad olunması qələbə müjdəsini verirdi. Və beləliklə, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin rəşadəti və qəhrəmanlığı ilə cəmi 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XXI əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günü bizə yaşadanbu tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son 17 il ərzində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da həyata keçirdiyi məqsədyönlü tədbirlər, islahatlar, müasir hərbi bilikli kadrların hazırlanması və digər mühüm işlər şanlı qələbəmizi təmin etdi. Möhkəm xalq-iqtidar birliyi, Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan əzəli torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi. Odlar yurdunun qədim şəhəri, incisi, mədəniyyət beşiyi olan Şuşanın alınması, ondan sonra daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsindən sonra noyabrın 10-da Ermənistan rəhbərliyi məcbur oldu ki, məlum üçtərəfli bəyanatı imzalasın. Azərbaycanın maraqlarına tam cavab verən bu bəyanatın imzalanması 30 ilə yaxın davam edən işğala son qoydu və dövlətimiz hərb sahəsindəki qələbəsini siyasi müstəvidə də təmin etdi.

 

Bildiyimiz kimi, fevral ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlixarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Ölkə başçısı dünyanın aparıcı kütləvi informasiya nümayəndələrinə Xocalı soyqırımı həqiqətləri və 44 gün davam edən Qarabağ müharibəsi ilə bağlı onları maraqlandıran suallara 4 dildə, 4 saat davam edən mətbuat konfransında geniş və əhatəli cavab verdi. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir. Xocalı soyqırımını dünya ictimaiyyəti və 10-dan çox ölkə tanıyır. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğaldan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir.

 

Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlarının təməlində son 17 ildə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyası dayanır. Bu dövr müasir tariximizə respublikamızın iqtisadi, siyasi və mədəni inkişafının yüksəliş mərhələsi kimi əbədi həkk olunub, dünyaya özünün nadir tərəqqi modelini təqdim edibdir. Azərbaycan bu illər ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Dünyadakı imicimiz və mövqelərimiz möhkəmlənib. Bu dövrdə apardığımız uğurlu xarici siyasətə dünya birliyi tərəfindən rəğbət və dəstək var. Müstəqilliyimizin ilk illərindən Azərbaycan ən mötəbər təşkilatlarda bərabərhüquqlu ölkə kimi təmsil olunubonlarla qarşılıqlı, faydalı üzv kimi fəaliyyət göstərir. Bunun ən bariz nümunəsindən biribizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdir. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin əksəriyyəti dövlətimizin həyata keçirdiyi kursu tam dəstəkləyir. Sevindirici haldır ki, 17 il ərzində qonşu ölkələrlə də sıx münasibətlər qurulub, ikitərəfli münasibətlərimiz ən yüksək səviyyədədir, onlarla heç bir problemimiz yoxdur və əlaqələrimiz çoxtərəfli əməkdaşlığa şərait yaradır.

 

Beynəlxalq təşkilatlarla da sıx əlaqələrimiz mövcuddur. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi, həyata keçirdiyimiz anti-terror əməliyyatlarında qazandığımız qələbəni dəstəklədilər. Son 17 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Bu sənədlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü tanınır və münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli təsbit olunur. Bundan başqa BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurasının 4 və ATƏT-in qətnamələri bu münaqişənin həlli üçün hüquqi baza yaratmışdır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf və yüksəliş yolunda inamla addımlayır, beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Təbii ki, ölkəmizin çağdaş dövründə dünya nizamı üçün əhəmiyyətli meyarlarından birionun qazandığı beynəlxalq imicdir. Bu konteksdən yanaşan beynəlxalq təşkilatlar hansı bir ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu baxımdan Azərbaycanın əldə etdiyi yüksək imici ona ən böyük mötəbər beynəlxalq təşkilatların tədbirlərini, beynəlxalq simpozium və konfranslarının ölkəmizdə keçirilməsinə imkan vermişdir. Sevindiricidir ki, hazırda Azərbaycan beynəlxalq təşkilatların tədbirlərinin uğurla baş tutduğu məkandır.

 

Son 17 ildə ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub-saxlanması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycanın dünyada yerirolunu müəyyənləşdirib. Əgər ilk dövrlərdə enerji sahəsində beynəlxalq əməkdaşlıq olmasa idi, biz öz zəngin neft-qaz resurslarımızı dünya bazarına çıxara bilməzdik və bu əməkdaşlıq bu gündavam etdirilir. Azərbaycan Avropanın və dünyanın qabaqcıl, qüdrətli dövlətləri ilə birlikdə bu gün də ikitərəfli müstəvidə əməkdaşlıq edir. İndi regionun stratejiqlobal layihələri ölkəmizin mənafeləri nəzərə alınmadan həll edilmir. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Artıq Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdürbu bir reallıqdır. Son illər ərzində xarici siyasətin uğurla həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Ötən illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional güc mərkəzinə çevrilmişdir. Ölkə rəhbərinin xarici siyasətdə məhz xalqın milli mənafeyinə xidmət edən diplomatiyası, qətiyyətli mövqeyi bütün dünya tərəfindən təqdir edilir, bugünkü və gələcək uğurlarımızın təminatına çevrilir. Sevindiricidir ki, cənab İlham Əliyev beynəlxalq aləmdə regional lider imici qazanmışdır. Dövlətimizin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

 

İradə XƏLİLOVA,

Bakı şəhəri, 300 saylı tam orta məktəbin direktoru.

 

Respublika.- 2021.- 20 mart.- S.6.