Qərbi Azərbaycanda erməni terroru

 

Ermənilər dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq iddiasını reallığa çevirmək üçün həmişə Rusiyanın müəyyən dairələrinin əlində silah olmuş, Azərbaycana, Türkiyəyə qarşı düşmənçilik mövqeyində dayanmış, dinc əhaliyə qarşı cinayətlər törətmiş, necə deyərlər, qan gölü yaratmaqdan zövq almışlar. Tarixi vərəqlədikcə bunların şahidi oluruq...

 

1885-ci ildə ermənilər VyanadaArmenakan”, 1886-cı ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə Tiflisdə yaratdıqları “Daşnaksütyunterrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin - Rusiya, Türkiyə və İran ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək “Böyük Ermənistan”ı reallaşdırmaq xülyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq, türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə və qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

 

Vəhşi, qəddar və terrorçu ermənilər 1905-1907-ci il birinci rus inqilabının yaratdığı tarixi şəraitdən istifadə edərək Azərbaycan torpaqlarında soyqırımı və etnik təmizləmə prosesinə başlayaraq qısa bir zamanda minlərlə aborigen azərbaycanlını amansızlıqla qətlə yetirdilər, on minlərlə soydaşımızı işgəncə ilə ata-baba torpaqlarından qovdular.

 

Vurğulamaq lazımdır ki, 1917-ci ilin iyun ayında Osmanlıdakı ermənilər türk qanına susayan Stepan Şaumyanı özlərinə başçı seçmişlər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazapsın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq 1918-ci ildə Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi, qadınlara, körpə uşaqlara işgəncələr verildi.

 

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardı. Andranikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini zorla damlara doldurub yandırdılar. Andranikin qoşunu Naxçıvandan keçib Zəngəzur zonasında, Sisyan, Qafan ərazilərində olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini məhv etdi. Sisyan rayonunun Urud, Darbas, Acuri, Bacudu, Şükür, Məlikli, Şəki və digər kəndlərin sakinlərini damlara doldurub yandırdılar. Həmin günlərdə Qafanın Oxçu kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: “Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da qəddar, qaniçən Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Kıcı dərəsində müsəlmanları qırırlar”.

 

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə və bir neçə başqa kəndlərə hücum etdilər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çağırıb böyük bir dama doldurub, neft tökərək yandırmışlar.

 

Andranikin quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, əhalisini yandırmışlar.

 

Özünü çox məharətlə bolşevik siması altında gizlətməyi bacaran, əslində “Daşnak” partiyasının ən fəal üzvlərindən olan Stepan Şaumyanın göstərişi ilə Dro Qanayanın müsəlman qanına susayan terrorçu dəstəsi İrəvanətrafı kəndlərə—Axta, Gərni rayonlarına, Silikyanın diviziyası Bəyazit, Qaranlıq, Basarkeçər və Qaraqoyunlu dərəsi zonasında hücuma keçdilər. Dronun dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüşbaşqa bir neçə kəndin əhalisini vəhşiliklə qətlə yetirmişdir.

 

Erməni daşnakları Kənəkir rayonunun indiki İrəvan şəhərini və İrəvanətrafı rayonları su ilə təmin edən Qırxbulaq zonasında olan 40 kəndin əhalisini tamam məhv etmiş, bir nəfər olsun belə salamat qalan olmamışdı.

 

1918-ci ildə İrəvandakı qırğın zamanı şəhərin adamları qaçıb Göy Məscidə dolmuşdular. Azərbaycanlılardan ibarət dəstələr silahlı qaydada məscidin hər tərəfini müdafiə edirdilər.

 

Qəddar, vəhşi ermənilər Uluxanlı kəndinin adamlarını Azərbaycana gedən qatarın 4 vaqonuna doldurmuş, elə vaqonda da hamısını qırmışdılar.

 

1918-ci ildə kütləvi qırğınlar Dərələyəzin Paşalı (sovet dövründə Əzizbəyov) rayonunun Kotanlı, Her-her, Bulaqlar, Çaykənd, Terp, Kösbək, Sofulu kəndlərində, Yeceqnadzor rayonunun Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaxlı, Nəbilər, Alxan, Təkəsli, Gülüduz kəndlərində də olmuş, Dronun qaniçən dəstəsi müsəlman yaşayış ərazilərində görünməmiş müsibətlər törətmişlər.

 

1918-19-cu illərdə ermənilər Vedi rayonunun Millidərə zonasında bir sıra vəhşiliklər törətmiş, ermənilərin Alqınq, Bayburd, Almərdan kəndlərini qırmağa başlayacaqlarını eşidən Kotanlı, Şiyaqub, Körpükənd sakinlərinin bir hissəsi öz canlarını qurtarmaq üçün dağ yolları ilə Vedibasara qaçıb, Abbasqulu bəyə sığınmışlar. Abbasqulu bəyin yollara düzdüyü silahlı dəstələr ermənilərə ağır zərbələr vurub, dinc əhalinin xilasına şərait yaratdı.

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalamaqla qurtarmaq olmaz. Ermənilər Qarsda 17 azərbaycanlını Başgedən stansiyasında qatarın böyründən asıb Gümrüyə göndərdilər. Mənzil başına çatanda azərbaycanlıların ancaq dirsəkləri qalmışdı. Qəddar erməni cəlladları qadınları çılpaqlayıb, dama doldurub yandırırdılar. Bəyazitin Ağzıbir, Acqala, Bığlı kənd camaatını qışın boranlı günlərində buz bağlamış Göyçə gölünə doldurmuşdular.

 

1918-ci ilin Novruz bayramı günlərində diviziya komandiri polkovnik Silikyanın göstərişi ilə daşnak quldurlar Göyçənin Basarkeçər rayonunun ərazisinə daxil olur. Onlar Şişqaya kəndində azərbaycanlıların şücaəti ilə üzləşirlər.

 

Daşnaklar hiylə işlədərək Şişqaya kəndinin sakinlərini barışıq adı ilə böyük mal tövləsinə toplayırlar. Sonra isə qapılar qıfıllanır və tövləyə od vurulur. Tək-tək insanlar bu işgəncədən sağ qalır.

 

Ermənilər Basarkeçərin Kiçik Məzrə, Qanlı, Qızılvəng və digər kəndlərində də yerli əhaliyə divan tutur, diri-diri insanları su quyularına doldurur, sazlı-sözlü Novruz bayramı süfrələrini, Novruz tonqallarını darmadağın edirdilər.

 

Ermənilərin məqsədi Göyçə əhalisinin sonuna çıxmaq, qarlı-çovğunlu günlərdə onları Gədəbəyə və Kəlbəcər istiqamətində silah gücünə ata-baba torpaqlarından qovmaq idi.

 

1918-ci ildə Silikyanın 22 nəfərlik quldur dəstəsi Basarkeçər rayonunun Zod kəndinə daxil olur. Səməd ağaya təklif olunur ki, 10 gün müddətində erməni quldurlarına xeyli miqdarda taxıl, ot verilməlidir. Səməd ağa, Məşədi İsa, Qlava Balı, bir sıra dilbilən adamlar bu məsələni tələm-tələsik müzakirə edirlər. Belə qərara alınır ki, əvvəla, bu qədər taxılı vermək mümkün deyil, ikincisi, taxıl verməyib erməni daşnaklarını narazı salan kimi onlar hücuma keçib camaatı qıracaqlar. Buna görə də çıxış yolu təkcə budur ki, Silikyanın terrorçu dəstəsini qırmaq lazımdır. Elə də etdilər. Ermənilər üçün məclis qurub, şərabla onları dəmləndirdilər. Hətta bəziləri çırtıq vurub oynayırdı. Belə bir məqamda fürsəti əldən vermək olmazdı. Ermənilər üçün açıq qoyulmuş qapı və pəncərələrdən qəfil güllə yağışı səpələndi azğın düşmənlərin üzərinə. Bu atışmada Səməd ağanın bacısı oğlu Yunis bəy öldürüldü. Silikyanın özüquldur dəstəsi tamam məhv edildi. Ermənilər bu hadisəyə kimi Çamırlı, Yuxarı Zağalı kəndlərini talayıb, əhalisini qırmış, qadın, qoca, cavanları damlara doldurub yandırmışdılar.

 

Zodda 1918-ci ildə Silikyanın dəstəsinin qırılması daşnakları müəyyən qədər zəiflətsə də, onlar 1918-ci il mart ayının əvvəllərində təzədən hücuma başladılar.

 

Terrorçu Stepan Şaumyanın göstərişi ilə ermənilərə əlavə qüvvələr göndərildi. Basarkeçərin azərbaycanlı əhalisi azğınlaşmış ermənilərdən yaxa qurtarmaq üçün böyük itkilər verərək qarlı dağ aşırımları ilə Gədəbəy və Kəlbəcər istiqamətində Azərbaycana pənah gətirdilər.

 

Kəlbəcərin sıldırımlı, uçurumlu yollarında neçə-neçə günahsız insanlar borana-çovğuna düşdü, dərələrə yuvarlandı. El arasında həmin yerlər “Sümüklü dərə” adlanırdı.

 

1918-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş teleqramda deyilirdi ki, 25 minlik erməni qüvvəsi İrəvandan gələrək 8 müsəlman kəndini mühasirəyə almışdılar. 200 nəfərdən çox insan Araz çayını keçərkən həlak olmuşlar. Göyçə mahalının Qaraiman kənd sakinləri Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu Gəncəyə gəlmiş və göyçəlilərin başına gətirilən müsibətləri qubernatora belə danışmışdılar: FilimovNişanovun başçılıq etdiyi terrorçu dəstə gecə Qızılvəng, Subatan və Zağalı kəndlərini mühasirəyə almış, kişiləri pristavın yanına çağırmaq bəhanəsi ilə tövləyə salmış, özləri isə kəndləri qarət etmişlər. Çamırlı kəndində 4 kişi və 6 qadını vəhşicəsinə öldürmüşlər. Şərab kəndinin bütün kişilərini yandırmış və körpə uşaqları ağlada-ağlada təndirə doldurmuşlar”.

 

A.Lalayanın yazdığına görə, daşnak başkəsənlərindən biri öz “şücaətləri”ni belə təsvir edirdi: “Mən heç bir şeyə fərq qoymadan Basarkeçərdə türk əhalisini məhv etdim. Hərdən gülləyə heyfim gəlir. Bu itləri öldürməyin ən doğru yolu - döyüşdən sonra bütün sağ qalanları toplayıb onları quyulara doldurmaq, onların bu dünyada qalmayacaqları üçün üstlərinə ağır daşlar tökmək lazımdır. Mən belə də etdim: bütün kişi, qadın və uşaqları quyuya doldurub üstünü daşla doldurdum”. Ümumiyyətlə, 1918-19-cu illərdə daşnaklar Qərbi Azərbaycanda - Vedibasar, Zəngibasar, Göyçə, Amasiya, Zəngəzur mahalı və digər qədim Oğuz ellərində ağlasığmaz talanlar, amansız qətllər törətmiş, Stepan Şaumyan, Andranik, Dro və digər daşnakların fitvası ilə minlərlə müsəlman əhalisi işgəncələrə məruz qalmış, yaxud qəddarlıqla məhv edilmişdir. Ermənilərin törətdiyi amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldılar.

 

Ulu öndərimiz Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərmana imza atdığı vaxtdan 23 il keçir. Bu fərmanın ermənilərin və onların tarixi havadarlarının yurdumuzun, yurddaşlarımızın başına gətirilən müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyükçox əhəmiyyətlidir.

 

2020-ci ildə Azərbaycan tarixində çox əlamətdar hadisə oldu. 30 ilə yaxın faşist xislətli erməni daşnaklarının işğalı altında olan ərazilərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində azad olundu. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür.

 

Xalqımız əmindir ki, cəsur, qəhrəman Azərbaycan oğullarının dəmir yumruğu revanşist ermənilərin başına endiriləcək, Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Zəngibasar, Amasiya, Çəmbərək, İrəvan və ermənilərin işğalı altında olan digər torpaqlarımızda törədilən qisası alınacaqdır. Köçaryan, SarkisyanPaşinyanlar kimi faşizm ideoloqlarının kökü kəsiləcəkdir! Erməni faşizmi bəşəriyyətə böyük təhlükədir. Yəqin ki, o günlər heçuzaqda deyil...

 

Qədir ASLAN,

 

Respublika”. 

 

Published in Digər xəbərlər Read more...

Çərşənbə axşamı, 30 Mart 2021 06:47

Füzuli: müharibə yaralarına məlhəm qoyulur

Heydər Əliyev Fondu qədim tariximizi bərpa etməklə yanaşı, sosial layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Belə dəyərli layihələr Füzuli rayonunda da uğurla həyata keçirilir. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Gənclər Mərkəzi, habelə rayonun Bala Bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulililərə ən gözəl töhfələridir. Bundan başqa, rayonda yeni inşa olunan körpələr evi-uşaq bağçaları davamlı diqqət qayğının təzahürüdür.

 

Yüksək zövqlə inşa edilən Arayatılı kəndində 75 yerlik, Əhmədbəyli kəndində 50 yerlik, İkinci Mahmudlu kəndində 50 yerlik körpələr evi-uşaq bağçası artıq körpə fidanların ixtiyarına verilib. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki əqli inkişafı, onların istedad qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb. Həmin otaqlar bütün zəruri ləvazimat təlim avadanlıqları ilə təchiz olunub.

 

Gələcəyimiz olan uşaqların rahatlığı məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi-uşaq bağçasında 4 oyun, 4 yataq otağı, Əhmədbəyli İkinci Mahmudlu kənd körpələr evi-uşaq bağçalarının hər birində isə ayrılıqda 3 oyun 3 yataq otağı istifadəyə verilib.

 

Bala Bəhmənli kəndində yerləşən 640 yerlik tam orta məktəbin binası Heydər Əliyev Fondu tərəfindən ötən il əsaslı təmir edilərək istifadəyə verilib. “COVİD-19” pandemiyasına qarşı mübarizənin hələ davam etdiyi bir vaxtda müasir tələblərə cavab verən, geniş səliqəli binaların tikilib istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Uşaq bağçalarının məktəblərin fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə tədris işləri təşkil olunub. Əvvəlcədən məktəblərdə bağçalarda təmizlik-dezinfeksiya işləri aparılıb. Təlim, tədris müəssisələri tibbi maskalar, əlcəklər, hərarətölçən aparatlar, dezinfeksiyaedici məhlullarla təmin edilib.

 

Füzulililər həm Vətən müharibəsində qazanılan Şanlı Qələbənin sevincini yaşayırlar. Qələbədən dərhal sonra Füzulidən Şuşaya çəkilən Zəfər yolunun, Füzuli Beynəlxalq Aeroportunun tikintisi rayonun həyatını büsbütün dəyişəcək, müharibə yaralarına məlhəm qoyulacaqdır.

 

Zəfər avtomobil yolunun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması nəzərdə tutulub.

 

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürür. İşğaldan azad edilmiş Füzuli, Xocavənd Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli Şuşa şəhərləri daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev Füzuli-Hadrut yolunun təməlini qoydu. Bu yol başlanğıcını Zəfər yolundan götürür yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək. Ermənilərin xarabalıqlara çevirdikləri torpaqlarımıza həyat yenidən qayıdır, infrastruktur yenidən qurulur.

 

Salman ALIOĞLU

 

Respublika.- 2021.- 30 mart.- S.8.