Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq

 

10 may müasir Azərbaycanın memarı və qurucusu, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin doğum günüdür. Ümummilli liderin xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunmuşmüasir tariximizdə heç zaman silinməyən izlər qoymuşdur.

 

Doğum günündə ulu öndəri daim qəlbində yaşadan milyonlarla Azərbaycan vətəndaşı, hansı ki, onların arasında alimindən tutmuş sadə zəhmət adamına qədər var, dahi rəhbər haqqında öz ürək sözlərini deyirlər. Belələrindən biri də “Nəzər” Kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisəsinin direktoru, uzun illərdir aqrar sahədə çalışan adamı Yusif Nəsibovdur. O, böyük öndər haqqında bizə bunları dedi: 

 

Bu il ulu öndərin anadan olmasının 98-ci ildönümü əlamətdardır ona görə ki, ötən il sentyabrın 27-də başlayan savaşda Azərbaycan Ermənistan üzərində əzəmətli Qələbə çaldı, ümummilli liderin Qarabağı azad etmək arzusu reallaşdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qarabağı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Daha sonra ölkə rəhbərimiz mart ayının 16-da sonuncu torpaq çərşənbəsində Şuşada bayram tonqalının alovlandırmaqla ulu öndərin “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə” arzusunu gerçəkləşdirdi.

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Mən fəxrlə deyirəm ki, günü-gündən çiçəklənib qüdrətlənən, dünya birliyində nüfuz sahibi olan, yerirolunu möhkəmləndirən müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Müstəqilliyimizin 30-cu ilini yaşayan ölkəmizin bu dövr ərzində qazandığı uğurları bir anlıq nəzərdən keçirəndə böyük öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri daha aydın görünür.

 

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimaisosial həyatda tərəqqinin, müasirləşmənin 34 illik bir dövrünün xalqımızın qəhrəman oğlu Heydər Əliyevin adı ilə bağlıdır.

 

Heydər Əliyev 1969-cu ilin iyulundan Azərbaycana rəhbərlik etməyə başlayanda respublika ictimai həyatın bütün sahələrində tənəzzül dövrünü yaşayırdı. Xüsusilə iqtisadiyyatı bürümüş dərin böhran hər bir sahədə özünün mənfi nəticələrini göstərirdi.

 

1970-ci il respublikanın sosial-iqtisadi, ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Sonrakı illərdə isə bütün sahələrdə dinamik inkişaf geniş vüsət aldı. Həmin illərdə təkcə Bakı və Sumayıtda deyil, digər şəhər və qəsəbələrdə də yeni fabriklər, zavodlar istifadəyə verildi. Sənayenin strukturu və yeniləşməsindəki bu mütərəqqi irəliləyiş bölgələrin inkişafına da təsir göstərdi.

 

Respublika iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatının inkişafındakı uğurlar xüsusilə diqqətəlayiq idi. Bunun sayəsində kənd zəhmətkeşlərinin gəlirləri ildən-ilə artır, yaşayış səviyyəsi yüksəlir, rayon mərkəzlərinin və kəndlərin siması getdikcə dəyişirdi.

 

İqtisadi azadlığın xalqın siyasi müstəqilliyini şərtləndirməsi konsepsiyasının incəliklərinə dərindən bələd olan Heydər Əliyev yaxşı bilirdi ki, milli dirçəliş ideyalarını, azərbaycançılıq ideologiyasını yalnız iqtisadiyyatın inkişafındakı uğurlar fonunda həyata keçirmək mümkündür. Həmin dövrdə respublikanın kadr potensialının istedadlı gənclər hesabına yenilənməsi üçün tədbirlər həyata keçirilirdi. Müasirləşməkdə olan Azərbaycanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən, zəruri ixtisaslara tələbatın ödənilməsindən ötrü gənclər SSRİ-nin ən mötəbər ali məktəblərinə göndərilirdi.

 

Bu sahədə Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri milli-hərbi kadrların hazırlanması idi. Bu istiqamətdə yaradılan ixtisaslaşdırılmış internat-məktəb - indiki Cəmşid Naxçıvanski adına hərbi lisey bu işin başlanğıcı oldu. Hər il həmin məktəbin yüzlərlə məzunu SSRİ-nin ali hərbi təhsil müəssisələrinə daxil olurdu.

 

Respublikanın rəhbəri gənclərin Bakıdakı Ümumqoşun Komandirləri Məktəbində, Sovet İttifaqı ali təyyarəçilik məktəblərində təhsil almağa göndərilməsini xüsusi nəzarətə götürmüşdü. Məhz həmin dövrdə ali hərbi təhsil almış gənclər müstəqilliyin ilk illərində Milli Ordumuzun zabit korpusunun əsasını təşkil etmişdi.

 

Bir sözlə, 1969-1982-ci illərdə Azərbaycan sürətli sosial-iqtisadi inkişafla yanaşı, həm də müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın bugünkü zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə yaranıb.

 

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə dövlət çevrilişləri, siyasi böhran, xaosçaxnaşmalarla qarşılaşmışdı. Xalqın israrlı çağırışı ilə 1993-cü il iyunun 15-də ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev dövlətçilik tariximizin yeni bir mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

 

1994-cü ilin mayında Ermənistanla atəşkəs elan olundu, həmin ilin sentyabr ayının 20-də isə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. 1995-ci il noyabrın 12-də ümumxalq (referendum) səsverməsi yolu ilə ilk Milli Konstitusiyamız qəbul edildi. Bu Konstitusiya şəxsən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmışdı.

 

Müstəqilliyimizin ilk illərində sahibkarlar sinfinin yaranması məsələsini Heydər Əliyev daim diqqət mərkəzində saxlayırdı. Çünki keçmiş SSRİ-nin dağılması ilə yeni yaranan müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın bazar iqtisadiyyatına keçidi ilə bağlı ilkin təcrübəsi göstərirdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq heçasan deyildi.

 

“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul edilmiş Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçikorta sahibkarlığın inkişafını iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.

 

“Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar Cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” qanunların qəbul olunması, Sahibkarlığa Kömək Milli Fondu, KiçikOrta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzlərinin yaradılması özəl bölmənin dinamik fəaliyyətinə müsbət təsir göstərirdi.

 

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə xüsusi diqqət yetirirdi. Bunun bariz nümunəsi kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, mayın 14-də isə xarici adamları ilə görüşünü, onların hər birinə şifahiya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaradılmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.

 

Məhz bu görüşlərin Azərbaycan milli sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar  Günü kimi təsis edilmişdir.

 

2003-cü ildən dövlət başçısı İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi 17 ildən artıq bir müddətdə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edib.

 

Azərbaycanda ümummilli liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir. Böyük öndərimizin əsasını qoyduğu bu strategiya onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

 

Prezident İlham Əliyev nitqlərinin birində demişdir: “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən Prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi”.

 

Vətən müharibəsindəki qələbəmiz,  həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlər məhz Heydər Əliyev kursuna sadiqliyin nəticəsidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

 

Ramiz YUSİFLİ,

 

Respublika.- 2021.- 6 may.- S.6.