Bəsləsən, atlas
olar...
Biləsuvar rayonu ərazisində müvəqqəti məskunlaşmış Cəbrayıl sakinləri kənd təsərrüfatı məhsulları istehsalında uğurlu göstəricilər əldə edirlər. Hazırda yaz tarla işlərinin qızğın vaxtıdır.
Bostan-tərəvəz sahələrində suvarma işi görülür, taxıl biçinini mütəşəkkil aparmaq üçün texnika saz hala gətirilir. Biləsuvar ərazisində və Cocuq Mərcanlıda çiyid səpini qısa müddətdə başa çatdırılmışdır. Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov deyir ki,bu günlərdə təsərrüfatın daha mühüm sahələrindən olan baramaqurdu bəslənilməsi işinə başlanılmışdır. Yeri gəlmişkən deyək ki, gəlirli sahə olan baramaçılıqda cəbrayıllılar zəngin təcrübə əldə ediblər. Hələ bir neçə il bundan əvvəl aqrar sahə işçiləri özləri üçün ayrılan ərazidə tut bağı becərməyə başladılar. Şahin Şirinov deyir:
- Baramaqurdu bəsləyib yüksək məhsuldarlıq əldə etmək istəyirsənsə, mütləq öz öhdəndə tut bağı təsərrüfatı olmalıdır. İlk vaxtlarda tut yarpağı üçün Beyləqana, Ağcabədiyə, digər rayonlara üz tuturduq. Maya dəyəri baha başa gəlir, nəticə ürəkaçan olmurdu. Bu səbəbdən də ərazidə əsasən Çindən gətirilən tut tingləri əkib bağ yaratmaq qərarına gəldik. İndi əsasən öz təsərrüfatımızdan istifadə edirik.
Şahin müəllim onu da əlavə edir ki, rayonumuzda
bu işin ustası olan kümçülər az
deyil. Ailə var ki, hər il təhvil verdiyi baramadan 10-15 min manat gəlir əldə edir.
- Yeni mövsümdə rayonumuza 125 qutu baramaqurdu göndərilib.
Onu 110 kümçü arasında
bölmüşük. Hər kümçü öz yardımçı təsərrüfatında
baramaqurdu bəsləmək
üçün yer ayırıb. Öhdəyə
götürmüşük ki,125 qutudan ən
azı 5 ton məhsul əldə edək.
Bizim qədim
sənətlərdən biri
də baramaçılıq,
ipəkçilikdir. Bu işlə məşğuliyyətin
tarixi xeyli qədimlərə gedir.
Elə “bəsləsən,
atlas olar tut yarpağından”
- atalar sözü də el arasında keçmişlərdən dillər
əzbəri olub.
Tofiq HÜSEYN,
Respublika.- 2021.- 6 may.- S.10.