Hüquqi dövlət quruculuğu uğurla davam etdirilir
Azərbaycan dövlətinin əbədi
müstəqilliyini, demokratik
yüksəlişini təmin
etmiş ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti dövründə məhkəmə-hüquq
sisteminə mühüm
önəm vermiş,
bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Dahi öndərin
respublikamıza rəhbərliyi
dövründə Ədliyyə
Nazirliyinin dövlət
strukturu kimi bərpa olunması, qurumun əsasnaməsinin təsdiq edilməsi ilə qanunların sistemləşdirilməsi və
məcəllələşdirilməsində,
eyni zamanda, məhkəmələrin təşkilati
cəhətdən formalaşdırılmasında
yeni bir mərhələ başlanmışdır.
Heydər
Əliyevin müstəqil
Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illərdə
Ədliyyə Nazirliyinin
funksiyalarının yeni
ictimai-iqtisadi formasiyanın
tələblərinə uyğunlaşdırılması
istiqamətində kompleks
tədbirlər həyata
keçirilmiş, nazirliyin
yeni qanunvericiliyin tələbləri səviyyəsində
qurulması məqsədilə
müvafiq struktur dəyişiklikləri aparılmış,
yeni üçpilləli
məhkəmə sisteminin
yaradılması və
formalaşdırılması diqqət mərkəzində
saxlanılmış, Məhkəmə
Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti
təsis edilmişdir.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə
başlıca qayəsini
müstəqillik, azərbaycançılıq,
dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik
kimi ümumbəşəri
dəyərlər təşkil
edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil
dövlət təsisatlarının
yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır.
Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin
və zəngin siyasi təcrübəsinin
ən böyük bəhrələrindən biri
olan Konstitusiya layihəsi hazırlanmış
və geniş ictimai müzakirələrdən
keçərək 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi
ilə qəbul olunmuşdur.
Böyük öndərin ədalətli
idarəçilik sistemi
yaratmaq amalı onun məhkəmə-hüquq
islahatlarını prioritet
məsələ olaraq
məqsəd seçməsində
özünü büruzə
vermişdir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin təşəbbüsü
ilə məhkəmə
hakimiyyəti anlayışı
ilk milli Konstitusiyamızda
öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən
səlahiyyətlərə hakimlərin sərbəstliyi
və müstəqilliyi
daxil edilməklə ölkədə insan hüquqlarının qorunması
və məhkəmə
sistemində ədalət
mühakiməsinin səmərəli
təşkili baxımından
mütərəqqi addımlar
atılmışdır. “Biz
humanist, demokratik dövlət
qururuq, demokratik prinsiplər əsasında
yaşamaq istəyirik.
İnsan
hüquqlarının, insan
şəxsiyyətinin qorunmasına
çalışacağıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl
etməyən insan dövlətin qanunları
əsasında cəzalanmalıdır.
Başqa
yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə
yol verə bilmərik”, - deyən ümummilli liderin 1998-ci il fevral
ayının 22-də imzaladığı
“İnsan hüquqlarının
və azadlıqlarının
təmin edilməsi sahəsində tədbirlər
haqqında” fərmanla
insan hüquqlarının
təminatı istiqamətində
həyata keçirilən
tədbirlərin mahiyyəti
və konsepsiyası da dəqiqləşdirilmiş,
bu sənədlə insan hüquqları məsələsi ümumdövlət
səviyyəsinə qaldırılmışdır.
Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı
müdafiəsində məhkəmə
hakimiyyətinin rolunu artırmaq üçün
ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında
tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə
ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının
keyfiyyətlə aparılmasına
təkan verib. Onun rəhbərliyi altında
Azərbaycan dünyada
insan hüquq və azadlıqlarının
təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da qoşulub. Ölkəmizdə hüquq sisteminin
və ədalət mühakiməsinin səmərəliliyinin
artırılması məqsədilə
qanunvericilik və institusional islahatlar daha da genişləndirilməkdədir.
Demokratik
və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. 2004-cü ilin dekabr
ayından etibarən məhkəmə-hüquq islahatlarının
ikinci mərhələsi
başlanmışdır.
Prezident
İlham Əliyevin imzaladığı 3 aprel
2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi
haqqında” fərmanda
məhkəmə hakimiyyətinin,
məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsinin,
müasir dövrün
tələblərinə cavab
verən, cəmiyyətdə
yüksək nüfuza
malik olan ədalət mühakiməsinin
formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret olaraq müəyyən edilib.
Məhkəmə sisteminin müasirləşdirilməsinin
növbəti mərhələsinin
başlıca məqsədi
regionların sosial-iqtisadi
inkişafı şəraitində
əhalinin hüquqi yardıma tələbatının
ödənilməsi üçün
regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin
yaradılması, vətəndaşların
narazılıqlarına səbəb
olan sui-istifadəyə,
süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət
mühakiməsinin səmərəliliyinin,
məhkəmə qərarlarının
icra vəziyyətinin
yaxşılaşdırılması və vətəndaşların
məhkəmələrə inamının artırılması,
məhkəmələrə müraciət imkanlarının
asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq
edilməsi, məhkəmə
aparatlarının strukturunun
və işinin daha optimal şəkildə
qurulması, texniki təchizatının yüksəldilməsi,
habelə digər mühüm məsələlərin
həll olunmasıdır.
Dövlət adından çıxarılmış
məhkəmə qərarlarının
icrası isə “Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları haqqında”
Qanuna uyğun olaraq təmin edilir. Məhkəmə qərarlarının, həmçinin cinayət
işləri üzrə
azadlıqdan məhrumetmə
ilə əlaqədar
olmayan cəzaların
icrasını təmin
edən məhkəmə
icraçıları xidməti
yaradılır.
İcra işinin səmərəliliyinin
yüksəldilməsində müasir İKT-nin, innovativ xidmətlərin rolu da danılmazdır. Bu mənada
məhkəmə fəaliyyətinin
elektronlaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 13 fevral tarixli sərəncamına
əsasən, “Elektron
məhkəmə” informasiya
sisteminin yaradılması
və bu sistemin mühüm tərkib hissəsi olan “Elektron icra”nın tətbiqi xüsusilə qeyd olunmalıdır.
“Elektron icra”, ən sadə şəkildə ifadə
etsək, kağız
üzərindəki icraatın
elektron formata köçürülməsi, zəruri
icra hərəkətlərinin
onlayn rejimdə, avtomatlaşdırılmış qaydada aparılması deməkdir. Bu sistemin
tətbiqi məqsədilə
icra qurumları zəruri texniki avadanlıqlarla təmin edilib, icra xidməti
əməkdaşlarının informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının
artırılması ilə
bağlı təlimlər
keçirilib.
2017-ci ildən icra
qurumlarına daxil olan icra sənədlərinin
qeydiyyatı “Elektron icra” sistemi vasitəsilə
aparılır. Həmçinin
bu sistemin tətbiqi ilə icra işlərinə vahid qeydiyyat nömrəsinin verilməsi,
işlərin icra məmurları arasında
avtomatlaşdırılmış qaydada bölgüsünün
aparılması, tərəflərə
məlumatların elektron
qaydada (elektron poçt, SMS məlumatlandırma
və s.) çatdırılması,
işlər üzrə
prosessual müddətlərə
riayət olunmasına
nəzarət edilməsi
və müddətlərin
bitməsi ilə bağlı xəbərdaredici
funksiyalara malik olunması, borcluların əmlak vəziyyətinin
elektron icra xidmətinə inteqrasiya olunmuş dövlət qurumlarının elektron bazası vasitəsilə yoxlanılması, icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq hüququndan yararlanması,
statistik hesabatların
səhih və avtomatlaşdırılmış şəkildə tərtib
edilməsi, icra icraatı prosesində, eləcə də cəzaların icrası və məhkəmələrin
müəyyən olunmuş
fəaliyyət qaydasının
təmin edilməsi ilə bağlı icra məmurları tərəfindən istifadə
olunan prosessual sənədlərin avtomatlaşdırılmış
şəkildə tərtib
olunması, icra məmurlarının fəaliyyətinin
fərdi qaydada qiymətləndirilməsi, elektron
imzanın tətbiq edilməsi, habelə icra məmurlarının fəaliyyətinə nəzarətin
gücləndirilməsi imkanı
yaranıb.
Hazırda Prezident İlham Əliyevin ölkəmizə
bacarıqla rəhbərlik
etməsi, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan naminə amallarını böyük məharətlə
həyata keçirməsi
hər birimizin qəlbini iftixar hissi ilə döyündürür. Onun rəhbərliyi ilə bütün istiqamətlərdə
aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz
qarşıya qoyulan məqsədə inamla irəlilədi və bizi Qarabağa apardı! İşğalçı
Ermənistan silahlı
qüvvələrinin təxribatlarına
cavab olaraq Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi
ilə nəticələnən
Vətən müharibəsinin
əhəmiyyəti, mahiyyəti,
nəticələri uzun
illər təhlil ediləcək, bu qələbənin şəninə
dastanlar, romanlar, elmi əsərlər yazılacaq.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir.
Ceyhun
MUSTAFAYEV,
Bakı
şəhəri, Nizami
rayon
İcra
Şöbəsinin rəis
müavini,
kiçik ədliyyə
müşaviri.
Respublika.- 2021.- 9 may.-S.6.