Mədəniyyətimiz şanlı tarixi olan dünənimiz, bu günümüz və sabahımızdır

 

 

Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi və iqtisadi siyasətinin ana xətlərindən biri olmuşdur. Bu xətt indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin mədəniyyət və incəsənət işçilərinin əməyinə dövlətimiz tərəfindən yüksək dəyər verilib layiqincə qiymətləndirilməsi bu qayğı və diqqətin bariz nümunəsidir. Bizimlə söhbətinə bu fikirlərlə başlayan Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova daha sonra qeyd etdi:

 

—Bəli, Azərbaycan mədəniyyəti daim inkişafdadır. Amma nə qədər inkişafuğurlar olsa da, mədəniyyətimizin də həsrətli, qayğılı, yaralı bir yeri vardı. O da Qarabağ torpaqlarının erməni vandallarının işğalında olması, Azərbaycanımızın mədəniyyət beşiyi sayılan Şuşamızın öz doğmalarının, əzizlərinin isti qucağına, azərbaycanlı nəfəsinə qovuşmaq dərdiydi. Artıq bu dərdin də əlacı tapıldı. Ali Baş Komandamız İlham Əliyevin qətiyyəti, böyük siyasi uzaqgörənliyi və ordumuzun rəşadəti sayəsində Qarabağımız, bütünlükdə Azərbaycanımız özünün otuzillik arzularına qırx dörd günlük müharibədə qazandığımız qələbəylə qovuşdu. Elə bu günlərdə Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” festivalı, orada Azərbaycanın mədəniyyət və incəsənət ustalarının ürəkləri riqqətə gətirən çıxışları milli mədəniyyətimizin ən uca zirvələrə inamla getdiyini bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin festivalın açılışı zamanı etdiyi çıxışında qarşıya qoyduğu vəzifələr, mədəni həyatımız üçün yeni möhtəşəm proqramdır.

 

Şəki Regional Mədəniyyət İdarəsi respublikamızın Şimal-Qərb bölgəsində yerləşən beş rayonu - Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edir. Həmin rayonların hər birinin özünəxas zəngin mədəniyyəti və adət-ənənəsi var. Amma ümumilikdə hamının məqsədi Azərbaycan mədəniyyətini daha da inkişaf etdirmək, onun dünya mədəniyyətinin inkişaf səviyyəsi ilə bir sırada addımlamasını təmin etməkdir.

 

Bu gün hər bir mədəniyyət işçisi böyük qürurla deyir ki, milli mədəniyyətimiz onun hamisi olan Heydər Əliyevin ideyalarından güc alır. Bu gücün işığı ilə gedərək biz hər ayı, hər ili yeni-yeni uğurlarla tarixə qovuşdururuq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Nizami Gəncəvi ili elan olunmuşdur. Bununla əlaqədar müxtəlif istiqamətli geniş əhəmiyyətli tədbirlər keçirmişik. Belə ki, ilin birinci dörd ayında bu istiqamətdə ərazimizdə olan 5 rayondaNizami Gəncəvi irsi bəşəriyyətə əvəzsiz töhfədir”, “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi”, “Nizamimusiqi”, “Nizami Gəncəvi əsrlərin şairi” və digər onlarla mövzularda videoçarxlar hazırlanıb təqdim olunmuşdur. Rəşadətli Ordumuzun gücü ilə bu gün adı dünyanın aparıcı liderləri ilə bir sırada çəkilən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qüdrəti, qətiyyəti sayəsində Qarabağ torpaqlarından erməni işğalçılarının qovulması, Vətən müharibəsində minlərlə igidlərimizin şəhidlik zirvəsinə ucalması, bir sözlə, Azərbaycan oğullarının Babəklərin, Cavanşirlərin övladları olmalarını öz mübarizlikləri ilə bir daha təsdiqləmələrini xalqa çatdırmaqda əbədiləşdirməkdə, gələcək nəsillərə ötürməkdə mədəniyyət işçilərinin də üzərinə çox böyük məsuliyyət düşür. Biz bütün digər işlərimizlə yanaşı, bu mövzunu fəaliyyətimizin əsas istiqamətinə çevirmişik. Məsələn, Zaqatala rayonunda qırx dörd günlük Vətən müharibəsində iştirak etmiş şəhidlər və qazilər haqqında fotostendlər və sərgilər təşkil olunmuş, şəhidlik zirvəsinə ucalan zaqatalalı igidlərin qəhrəmanlığından, şücaətindən bəhs edən “Kəndimizin fəxri”, “Cəsur əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlik uca bir zirvədir”, “Əgər torpaq uğrunda ölən varsa, vətəndir” və digər mövzularda 110 videoçarx hazırlanmışdır. İkinci Qarabağ savaşında öz canından, qanından keçən Qaxın 29, Balakənin 30 şəhidi haqqında təşkil olunan videoçarxlar, Oğuz və Şəki mədəniyyət mərkəzində bu mövzuya həsr olunan çoxlu sayda buya digər tədbirlər, sərgilər də diqqəti cəlb edir. Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların bütün müəssisələrində Vətən müharibəsi mövzusu qırx dörd günlük müharibənin dünyaya səs salan əfsanəviliyinin təbliği bir gün olsun gündəmdən düşmür. Bu il fevral ayının 2-də Gənclər Günü ilə əlaqədar regional idarənin rəhbərliyi ilə videokonfrans formatında görüş təşkil edilmiş və elə həmin gün idarə rəisi Balakən rayonundakı 1 saylı şəhər sənətkarlıq klubunun müdiri, Qarabağ döyüşlərində iştirak edən və yaralanan Turan Musayevlə həmsöhbət olmuşdur. Görüşdə qazi Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən danışmışdır. Döyüşlərdə şəhid olmuş və yaralanmış mədəniyyət işçilərinin ailə üzvlərindən 3 nəfəri müxtəlif mədəniyyət müəssisələrində işlə təmin edilmişdir.

 

Şəki rayonununTuran” qəsəbəsindəki uşaq musiqi məktəbində şəhid olanlar üçün xüsusi guşənin yaradılması, Füzuli uğrunda döyüşlərdə qazi olmuş həmin qəsəbənin sakinləri Hikmət Əbdurrəhmanov və Sarıca kəndinin sakini qazi Yelmar Cavadovla görüş təşkil olunmuş, Balakən rayonunun bütün mədəniyyət işçilərinin şəxsi təşəbbüsü və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin dəstəyi ilə qazi və şəhid ailələrinə dəstək göstərilmişdir. Bu cür xoşniyyətli tədbirlər Qax, Zaqatala, Oğuz rayonlarında da çox olmuşdur və hazırda da davam etməkdədir. Vətən müharibəsi günlərində pensiyasını alıb orduya bağışlayan Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevi, şübhəsiz, heç kim unutmayıb. Regional Mədəniyyət İdarəsinin və 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində, Od çərşənbəsi günü Hikmət babanı ziyarət etmiş, onun bu qayğıkeşliyinin gənc nəsil üçün böyük örnək olduğundan geniş söhbət açmışlar.

 

Mədəniyyətimiz bizim şanlı tariximizi yaşadan dünənimiz, hamının ürəyindən soraq verən bu günümüz, bizi bundan da gözəl çağlara aparan firavan sabahımızdır. Bu gün hansı mədəniyyət ocağından yolunu salsan orada Azərbaycan ordusunun rəşadətindən, doğma Qarabağımıza Böyük Qayıdışın təntənəli addımlarından, Azərbaycanımızın mədəniyyət beşiyi adlanan Şuşamızda aparılan bərpa və quruculuq işlərindən, burada keçirilən “Xarıbülbül” festivalının böyük əks-sədasından danışıldığını görərsən.

 

Qeyd edək ki, “Xarıbülbül” festivalında Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin 5 folklor kollektivi - Balakən rayon İtitala kənd Folklor Evinin “Nənələr” folklor qrupu, Balakən Mədəniyyət Mərkəzinin “Cahanfolklor xalq kollektivi, Zaqatala rayon Dardoqqaz kənd Folklor klubununTamburçularqrupu, Zaqatala rayon Suvagil kənd Folklor EvininSaxurfolklor kollektivi, Qax rayon Qax-İnqiloy kənd Mədəniyyət EvininŞvidkasagürcü xalq xoru iştirak etmişdir.

 

Mədəniyyətin ictimai-siyasi, hətta iqtisadi həyatımızdakı rolunun artırılmasında muzeylərin də fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki muzeylər tarixin güzgüsüdür. Sözügedən regionun əhatə etdiyi rayonların hamısında tarix-diyarşünaslıq muzeyləri varbu ünvanlarda bölgənin zəngin potensiallı tarixini, milli mədəniyyətini, adət-ənənələrini əks etdirən bir-birindən maraqlı minlərlə eksponat toplanıb və onlar daha da artırılır. Şəki şəhərindəki M.F.Axundzadənin, Bəxtiyar Vahabzadənin, Sabit Rəhmanın, Rəşid bəy Əfəndiyevin ev-muzeylərinin fəaliyyəti də bu baxımdan diqqəti cəlb edir.

 

Azərbaycan qalib dövlət kimi bu gün dünya pəncərəsindən daha əzəmətli, daha vüqarlı və mətin görünür. Bax, bütün bunları qoruyub daha da artırmaq üçün gərək hər kəs xalq qarşısında özünün vətəndaşlıq və insani borcunu həmişə yadda saxlasın, sözlə işi möhkəm tellərlə bir-birinə bağlamağı bacarsın. Ata vəsiyyətinə sadiq qalan dövlət başçımızın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu siyasiiqtisadi strategiyanın ana xətti məhz bu notlar üstündə köklənib. Respublikamızın mədəniyyət işçilərinin bugünkü fəaliyyəti həmin istiqamətdə qurulub. Haqqında söhbət gedən regionda da işlərin rəvanlığı bunu aydın göstərir.

 

 

 

Rasim AMANOV

 

Respublika.- 2021.- 21 may.- S.9.