AZƏRBAYCAN
ELMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ
...Siz də, elə bizlər də bəlkə də heç zaman torpağımızla, xalqımızla, ordumuzla, bu qədər qürur duyduğumuz olmamışdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalan gözəl Qarabağımızı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edən, böyük qələbəyə imza atan Ordumuz indi hər kəsin qürur mənbəyidir.
...Hər zaman dəyanəti, səxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən, qüdrətli və vüqarlı olan Azərbaycanımız - Qarabağımız milli qəhrəmanlarla yanaşı, həm də müdrik tarixi şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, pedaqoqlar yetişdirib. O torpağın belə parlaq ziyalı insanlarından biri də fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, əməkdar elm xadimi Hətəm Hidayət oğlu Quliyevdir.
2021-ci il yanvarın
6-da onun 74 yaşı
tamam oldu. Ötən il
nə qədər böyük Qələbələr
ili olsa da çətinliklərimiz
və itkilərimiz də az olmadı.
Bu, həm koronavirus
səbəbindən, həm
də səhhətindəki
kiçik narahatlıqdan
dolayı onun ad gününü lazımi
səviyyədə qeyd
edə bilmədik.
Hətəm Quliyevin 75 illik yubiley yaşını qeyd etməyə hazırlaşmaq üçün
sanki bir il də
vaxt qalırdı. Qarabağda daha yaxşı işləmək, onu dirçəltmək, təzə
yaralarımızı sağaltmaq
və yubileyi doğma Füzulidə, Şuşada keçirmək
arzusu yaranmışdı
hamımızda. Elə
onun özündə də!
...AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri,
akademik Hətəm Quliyev 1947-ci il
yanvarın 6-da Füzuli
rayonunda dünyaya göz açmış,
1969-cu ildə BDU-nun mexanika-riyaziyyat
fakültəsini bitirərək
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə başlamışdır.
O, 1972-ci ildə fizika-riyaziyyat
üzrə fəlsəfə
doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini,
1986-cı ildə isə
professor elmi adını
almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü,
2014-cü ildə AMEA-nın
həqiqi üzvü seçilmişdir. 2001-2013-cü
illərdə AMEA Yer Elmləri Bölməsinin
akademik-katibinin müavini
və AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.
H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən
mexanikası, deformasiyaya
uğrayan bərk cisim mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri
üzrə görkəmli
alimdir. Dünyanın əksər ölkələrində
olub, elmi məruzələrlə çoxlu
sayda çıxışlar
edibdir.
Hətəm müəllimin elmi həyatı bir müddət Kiyev şəhəri ilə bağlı olub. 1990-cı ildə akademik Midhət Abbasovun dəvəti ilə vətənə qayıdıb
və elmi fəaliyyətini AMEA Dərin
Neft Quyuları İnstitutunda davam etdirib.
Geofiziki tədqiqatların əsasını
fundamental fiziki sahələrin
müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında yer, günəş sistemi və kainatın konkret problemlərinin çözülməsi üsulları,
tədqiqat texnikasının
və texnologiyalarının
hazırlanması, ayrı-ayrı
məsələlərin həlli
və nəticələrin
şərhi təşkil
edir. Son illər müasir informasiya texnologiyalarının geniş
tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olmuşdur. Bu istiqamətdə
aparılan tədqiqatlarda,
alınmış nəticələrdə
və əldə olunmuş uğurlarda AMEA-nın Geologiya İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri
akademik Hətəm Quliyevin əvəzolunmaz xidmətləri vardır.
Akademik Hətəm Quliyevin əsas elmi nəticələrinə yerin
təkamülünün qeyri-dayanıqsızlıq
konsepsiyasının yaradılması,
bu təkamülün
öyrənilməsi üçün
qeyri-klassik xətləşdirilmiş
yanaşmanın işlənib
hazırlanması, yer
təkinin struktur inkişafının riyazi-geodinamik
modelinin nəzəri əsasları, yer təkində qırışların
və yarıqların
əmələ gəlməsi
mexanizmləri və onların üçölçülü
qeyri-klassik nəzəriyyəsi,
yer təkində mühitin sıxlığının
dərinlik üzrə
paylanmasının tam qeyri-xətti
məsələsinin dəqiq
həlli, bu həllin müxtəlif süxurlar üçün
dayanıqsız olduğunun
isbatı, sıxlıqdan
asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin
başvermə ardıcıllıqları
probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi,
seysmikanın qeyri-klassik
nəzəri baza modelinin yaradılması, yer təkini təşkil edən süxurların dağılmasının
dayanıqsızlıq konsepsiyası,
quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturunda dayanıqlıq
vəziyyətinin itirilməsinin
üçölçülü riyazi nəzəriyyəsi,
deformasiyaya uğrayan bərk cisimlərin dayanıqlığı, möhkəmliyi,
dinamikası və dağılması mexanikası
üzrə qeyri-xətti
məsələlərin həlli
və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.
Hətəm Quliyev yüzlərlə elmi əsərin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda
əsərlərinə çoxlu
sayda istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 20-dən çox fəlsəfə doktoru yetişdirilmiş dünyanın
aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra
respublika təşkilatlarının
(ARDNŞ, Respublika Seysmoloji
Xidmət Mərkəzi,
SHİRVAN OİL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir.
O, Ukrayna Elmi-Texniki Mərkəzinin və
ARDNŞ-in Elm Fondunun qrantlarının
rəhbəri olmuşdur.
Hətəm müəllim Beynəlxalq
Geofizika İttifaqının
Azərbaycan bölməsinin
vitse-prezidenti, “Amerika neftçi mühəndislər
cəmiyyəti”nin üzvü,
“Amerika neftçi geoloqlar cəmiyyəti”nin
Azərbaycan bölməsinin
üzvü, Mühəndis
geoloqlar və geofiziklərin Avropa Assosiasiyasının üzvü,
İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın üzvü,
Azərbaycan geoloqlarının
və geofiziklərinin
milli komitələrinin
üzvü, Beynəlxalq
Geofiziki jurnalın beynəlxalq redaksiya heyətinin üzvü, T.Şevçenko adına
Kiyev Milli Universitetinin “Vestnik” jurnalının, “Geodinamika”
jurnalının redaksiya
heyətinin üzvü
olub.
Onun elmi nailiyyətləri dünyanın
bir sıra aparıcı alim və mütəxəssisləri
tərəfindən qəbul
olunur və bəyənilir. Keçən il AZƏRTAC-ın yaydığı rəsmi bir məlumat hamımızı
sevindirdi. Məlumatda deyilirdi: “...Son illər akademik, professor Hətəm
Quliyev digər alimlərimizlə birgə
Azərbaycanın geologiya
və geofizika elmi sahəsində “Yer səthinin qabarması və Yerin formalarının dəyişimi” kimi elmi yanaşma və tədqiqat modellərini ortaya çıxarmaqla elmimizin inkişafında böyük
uğurlara imza atıb. Belə uğurlardan biri də Hətəm Quliyevin bu yaxınlarda
ərsəyə gətirdiyi,
elm sahəsində yeni
bir irəliləyiş
kimi dəyərləndirilən
“Bir daha Yerin ilkin etalon modeli (YİEM) haqqında”
böyük həcmli
elmi məqaləsinin Amerika Geofiziklər İttifaqının nüfuzlu
jurnallarından olan
“Earth and Space Science” jurnalında dərc olunmasıdır”.
Bəli,
professor Hətəm Quliyev Qarabağın sayılan ziyalılarından,
qeyrətli, qayğıkeş,
mərd vətəndaş
idi. Qarabağı, Azərbaycanı öz canından da artıq sevirdi.
Füzuli ziyalılarının ağsaqqalı kimi 44 günlük İkinci Qarabağ müharibəsinin
ilk günlərində Ali Baş
Komandana müraciət
ünvanladı. 8 oktyabr
2020-ci ildə President.az saytında
dərc olunan müraciətdə deyilirdi:
“Hörmətli cənab
Ali Baş Komandan!
İndiki
mürəkkəb və
şərəfli dövrdə
Sizə bildirməyi özümüzə borc bilirik ki, biz Füzuli ziyalıları bütün xalqımız
kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili
və xarici siyasətinizi tam olaraq dəstəkləyirik.
Ali Baş Komandan kimi Sizin
əmrinizlə işğalçı
Ermənistana qarşı
artıq bütün cəbhəboyu genişmiqyaslı
əks-hücum əməliyyatına
başlanılmışdır. Qəhrəman Azərbaycan Ordusunun
əzmi və şücaəti nəticəsində
bir çox ərazilərimiz, o cümlədən
Füzuli rayonunun işğal altında olan bir çox
kəndləri də erməni qəsbkarlarından
təmizlənmişdir. Bu parlaq qələbə heç şübhəsiz
ki, Sizin
yürütdüyünüz qətiyyətli siyasətin
və nail olduğunuz
yüksək ordu quruculuğunun nəticəsidir.
Azərbaycan Silahlı Qüvvələri
həqiqətən də
bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz
qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa
etməyə, işğalçılara
tutarlı cavab verməyə qadirdir.
Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi, bizlərdə də böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi biz də əminik. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, o günün uzaqda olmadığına bütün varlığımızla inanırıq. Biz həmişə Sizinləyik, cənab Prezident!
Biz Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan! Biz Sizin arxa cəbhədə əmrinizə hazır olan əsgərlərinizik! Var olsun Azərbaycan, var olsun Qarabağ! Qarabağ Azərbaycandır!”
Təəssüf ki, azad olmuş torpaqlarımızı görmək ona qismət olmadı, 2021-ci il aprelin 21-də Hətəm müəllim haqq dünyasına qovuşdu.
Biz onun 75 illik yubileyini həmin torpaqlarda - Şuşada, Füzulidə onsuz da olsa belə keçirəcəyik!
Biz, bu gün, qürurla deyə bilərik ki, Hətəm müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alim idi! Onun elmi-ictimai fəaliyyəti, həyatı ilə bağlı xoş xatirələr Hətəm müəllimi yaxından tanıyan, onu sevən insanların qəlbində daim yaşayacaq.
Akif
MUSAYEV,
AMEA-nın müxbir
üzvü, professor.
Əlövsət Qaraca ƏLİYEV,
Azərbaycan İnformasiya və
Cəmiyyət İctimai Birliyinin
rəhbəri.
Respublika.- 2021.- 22 may.- S.11.