Erməni faşizmi və vəhşilikləri

 

 

“Ermənistan faşist vandalları təkcə insanlığa deyil, bütün canlı aləmə, təbiətə də qənim kəsiliblər”.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

 

 

“Faşizm” italyanca “faşi-de kembatı” sözündən olub, hərfi, lüğəti mənası “döyüş dəstəsi” deməkdir. Lakin həmin söz erməni dilçiliyi baxımından “işğalçı, talançı”, “dağıdıcı”, “qırıcı”, “terrorçu”, “vandal” kimi məkrli, xəbis mürtəce məna, məzmun və mündəricə kəsb edir. Erməni faşizminin mürtəce mahiyyətini aşağıdakı mülahizələr, fikirlər və konkret, inandırıcı faktlar, misallar da bir daha sübut və təsdiq edir. Bu münasibətlə müqayisəli bir fikir söyləmək istərdik.

 

Əgər alman-Hitler faşizminin 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində keçmiş SSRİ-də törətdiyi vəhşiliklərlə erməni faşist vandallarının son 30 ildə müstəqil Azərbaycanda həyata keçirdikləri çoxsaylı amansız, ağlasığmaz qırğınlar və talançılığı müqayisə etsək, belə bir məntiqi qənaətə gəlmək olar ki, alman faşistləri erməni faşist vandallarının yanında toya-bayrama getməlidir. Yəni alman faşistlərinin məqsədi əsasən keçmiş SSRİ-ni məhv etmək idisə, erməni faşist vandalları daha məkrli, xəbis, iyrənc... niyyətlər güdüblər. Həm də erməni faşist vandalları təkcə müstəqil Azərbaycanı deyil, bölgəni, bütövlükdə mütərəqqi bəşəriyyəti məhv etməyi qarşılarına məqsəd qoymuşlar. Erməni faşist vandallarının digər bir məkrli niyyəti türk-müsəlman - islam aləminə ağır, sarsıdıcı zərbə vurmaqdır. Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə bağlı konfessiyalararası birgə bəyanat qəbul edib. Həmin bəyanatda deyilir: “Digər xalqlara qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mənəvi - mədəni irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününküləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıb”.

 

Göründüyü kimi, burada belə bir doğru, düzgün məntiqi nəticəyə gəlmək olar ki, erməni faşist vandallarının bundan sonra insanlıqda payı yoxdur, onların dünyada yaşamağa haqqı çatmır. Yeri gəlmişkən, burada bir haşiyə çıxmaq istərdik. İctimai, humanitaryönlü elmlərə aid lüğətdə Allah əsasən dini təsəvvürlərin məcmusu kimi qeyd olunur. Müasir dinlərdə, o cümlədən dünya dini olan İslamda bu bir qayda olaraq ali zəkanın mütləq və kamilliyin, qadiriliyin aid edildiyi, dünyanı yaradan və onu idarə edən ali mahiyyətdir. Allah, nə üçün ermənini canlı və cansız bütün aləmə qarşı düşmən yaratdı?! Ondan ötrümü ki, yaratdığı bu erməni Gəncədə, Bərdədə, Tərtərdə gecə şirin yuxuda olan körpə, məsum uşağı, hamilə qadını, ahıl kişini atdığı ölümsaçan mərmilərlə qətlə yetirsin. Ondan ötrümü ki, erməni faşist vandalları 1992-ci ilin fevralında Xocalıda, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə... dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını qanına qəltan eləsin.

 

...Erməni faşist vandalları, cəlladları tarixin heç bir mərhələsində öz çirkin əməllərinə sərhəd tanımamışlar. Erməni faşistləri təkcə insanlığa deyil, dünyadakı bütün canlı aləmə qarşı kütləvi qırğınlar, soyqırımları, terror aktları törətməkdən zaman-zaman zövq almışlar. Onlar, yəni erməni faşist vandalları kainatdakı heç bir canlıya xas, mənsub, aid olmayan vəhşiliklər etdikcə daha da azğınlaşmışlar.

 

Müəllifi olduqları ağlasığmaz terrorların cəzasız qalması isə onların daha da quduzlaşmasına münbit şərait yaratmışdır. Ölkəmizdə müstəqillik illərinin əvvəllərində erməni faşist vandallarının törətdikləri 30-dan çox terror aktları, bunun nəticəsində 2 mindən artıq dinc Azərbaycan vətəndaşının öldürülməsinə görə erməni faşist terrorçuları heç olmasa aidiyyəti beynəlxalq məhkəmələr, hüquq- mühafizə orqanları tərəfindən layiqli cəzalarını almalı idilər. Çox-çox təəssüflər olsun ki, bu, olmadı. Yenə də çox-çox təəssüflər olsun ki, bu cür qaniçən, qudurğan, azğın düşmənlə qonşuluqda yaşamaq və zaman-zaman bu vəhşilərin olmazın zülmünə sinə gərmək kimi taleyüklü məsələ qədirbilən xalqımızın bəxtinə qismət olmuşdur. Azərbaycan xalqı illər boyu erməni quldur dəstələrinin törətdikləri bəşəri faciələrin qurbanına çevrilmişdir. Tarixi, əzəli dədə-babalarının doğma yurdlarından qovularaq məcburi köçkün, qaçqın, didərgin həyatı yaşamışdır. Dünyada nahaq qan tökmək kimi, sərsəm missiya ilə yaşayan, qatı, məkrli, faşist ideologiyalı ermənilər Azərbaycanda törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı bəşəri faciəsi, 2020-ci il Gəncə, Bərdə, Tərtər, Ağdam qətliamları, əsir, girov götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yaddaşından çıxa, silinə bilməz. Amma sözügedən məsələ ilə əlaqədar olaraq dəfələrlə vurğulandığı kimi, erməni faşistləri, vandalları Azərbaycanda törətdikləri dəhşətli müsibətlər zamanı təkcə insanları hədəf almamış, bütün canlı və cansız aləmə qənim kəsilmişlər. Yaşıl, əsrarəngli meşələrimizi, bolsulu dağ çaylarımızı, büllur bulaqlarımızı qurudub, bərəkətli münbit torpaqlarımızı səhralaşdırmış, zəngin yeraltı sərvətlərimizi talan etmiş, yerüstü bəşəri dəyərlərimizi məhv etmiş, min illərin formalaşdırdığı füsunkar ekologiyamıza çox ağır zərbələr vurmuşlar. Məzarlarımıza, tarixi, dini, mədəni abidələrimizə də düşmən kəsilmişlər. Nə qədər acınacaqlı da olsa, bir misal çəkmək istərdik. Məsələn, dünyanın musiqi beşiyi olan Şuşadakı muzeydə şairə, rəssam Xan qızı Xurşidbanu Nətavanın, dahi sənətkar, SSRİ Xalq artisti Bülbülün, Şərqdə ilk operanın banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmişlər.

 

Yaxud başqa bir misal. Dünya dini olan islama və onun əsasını təşkil edən müqəddəs Qurana görə Şuşada, Ağdamda, Qubadlıda, Zəngilanda yerləşən Allahın evi sayılan məscidləri donuz tövlələrinə çevirmişlər. Əlbəttə, bu qəbildən olan misalların sayı yüzlərlədir.

 

...Kəlbəcərdə ona aid olmayan evin daşınar-daşınmaz hər bir əşyasına, hətta süpürgəyə qədər götürüb aparandan sonra mənzilin quru divarlarına od vuran, meşələr bir yana qalsın, kol-kosu da yandıran, işıq dirəklərini sökən və başqa ağlasığmaz vəhşiliklər törədən erməni faşistləri bununla da öz çirkin, xəbis, məkrli xislətlərini büruzə verdilər. Məktəbi, uşaq bağçasını, kitabxananı... yandıran, müəllimi, körpə, məsum uşağı, hamilə qadını, ixtiyar qocanı öldürən, məscidi donuz tövləsinə çevirən... bütün bunları təsəvvür etmək belə ağlasığmazdır, təsəvvürə gəlməzdir. Əlbəttə, bu qəbildən olan digər qeyri-insani hərəkətləri yalnız və yalnız erməni faşist vandalları edə bilərlər.

 

44 günlük erməni faşist vandalları ilə xalqımızın haqq savaşı Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu.

 

Ermənilərin məzarlıqlarımızı, qəbiristanlıqlarımızı belə dağıdıb talamaqdan çəkinməyən, erməni faşist vandallarının, hətta qəbirlərdəkilərin sümüklərini silib çıxarmalarının görüntülərinin nümayiş etdirilməsini hər birimiz çox böyük kədərlə seyr etdik. İnsanlıqda payı olmayan erməni faşistlərinə nə ad vermək olar?!

 

Ümumiyyətlə, erməni faşist vandallarının məzarlıqlarımıza qarşı vəhşilikləri bir başqa mövzunun söhbətidir. Nə diriyə, nə də ölüyə hörmət qoymayan bu cəmi ünsürlərin 2020-ci ilin 15 sentyabrında Tərtər rayonunda yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atmaları və mülki şəxsləri öldürmələri də erməni faşist quldurlarının imza atdıqları növbəti terrorçuluq aktı idi.

 

Qloballaşan hazırkı dünyanı dəhşətə salan erməni-faşistlərinə beynəlxalq aləm çoxdan bələddir. Bütün dünya erməni faşistlərinin 30 ilə yaxın bir müddət ərzində qeyri-qanuni məskunlaşdıqları işğal altındakı torpaqlarımızdan, o cümlədən gözəl Kəlbəcər rayonundan son gedişlərində qəsdən yaşıl ormanlara - meşələrə, evlərə, məktəblərə, tibb müəssisələrinə və başqa təyinatlı obyektlərə od vurmalarına, çoxəsrlik məbədlərimizi vəhşicəsinə talan etmələrinə, ev heyvanlarını kəsərək içalatlarını çölə tökmələrinə dəhşətlə tamaşa etdi.

 

Kəlbəcər rayonundakı bəd əməllərini Ağdam rayonunda da təkrarlamaqlarının bir daha canlı şahidi oldu. Həqiqət, ədalət naminə qeyd etmək istərdik ki, hazırda dünyanın hədsiz dərəcədə təəccübləndiyi çox gərgin, xəbis, məkrli... erməni faşistlərinin vəhşi, bəd əməllərinə biz çoxdan bələdik. Bütün bunlar cilddən-cildə, dondan-dona bürünən, min-min yalanlarla, saxtakarlıqlarla həyat tərzi keçirən erməni faşistlərinin vəhşiliyi, qəddarlığı, həyasızlıqları onların qeyri-insani əməllərinin təzahürüdür. Əsli-kökü bilinməyən bu vandal zümrənin, məxluqatın davranışlarında insan anlayışı, məfhumu yoxdur.

 

2020-ci ilin 16 noyabrında silahlı qüvvələrimizin müzəffər Ali Baş Komandanı, tarixi şəxsiyyət, yenilməz sərkərdə, möhtərəm Prezidentimiz İlham Əliyev işğaldan azad olunan Füzuli, Cəbrayıl, noyabrın 23-də Ağdamda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə yuxarıda qeyd olunan cinayətlərə bir daha diqqət çəkdilər. “Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə bizim bu günə qədər işğal altında olan torpaqlarımız Azərbaycana qayıdır. Amma, baxın görün erməni faşistləri hansı vəhşilikləri törədir - evləri yandırırlar, məktəbləri oda-alova bürüyürlər, elektrik xətlərini qırır, söküb aparırlar. Bütün dünya bunu görür, əksər beynəlxalq kanallar bunun şahidi olurlar. Onlarda nə vicdan var, nə utanmaq, xəcalət çəkmək, nə əxlaq, nə mənəviyyat, nə də peşmançılıq hissi keçirmək”.

 

Qarabağda hünər, zəfər, qalibiyyət əldə edən dahi müzəffər sərkərdəmiz, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev erməni faşistlərinin qeyri-insani hərəkətlərə görə mütləq cavab verəcəklərini də dəfələrlə bəyan etmişdir: “Mən demişəm, bir daha demək istəyirəm, nüfuzlu beynəlxalq təşkilatlar, məşhur tanınmış ekspertlər, mütəxəssislər gələcək, bütün ziyan, zərərlər hesablanacaq, 30 il ərzində Azərbaycana vurulmuş, dəymiş itkilər hesablanacaq, onlara, yəni erməni faşistlərinə qarşı təminat iddiası mütləq qaldırılacaqdır. Çox yaxın zamanlarda gözəl Kəlbəcəri yerlə-yeksan edən, yaşıl meşələri qıran, onlara od vuran, binaları, məktəbləri, mədəniyyət ocaqlarını, tarixi-dini abidələri məhv edən yağı düşmən bunun da cavabını verəcəkdir”.

 

Dövlətimizin rəhbəri Ali Baş Komandan, möhtərəm Prezidentimizin aşağıdakı kəlamlarını xatırlamaqla yekunlaşdırmaq istərdik. Dövlət başçısı təxminən 30 illik erməni faşistləri ilə haqlı savaşda tarixi qələbəmiz münasibətilə xalqımıza təbrikində demişdir: “Biz təkcə Azərbaycanı, bölgəni deyil, bütövlükdə dünyanı erməni faşizmindən azad etdik”.

 

Amma haqq və ədalət vaxtı, zamanı, günü gəlib çatdı və Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin möhtəşəm rəhbərliyi ilə qüdrətli, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində işğal olunmuş torpaqlarımızın azad olunmasına nail olduq.

 

2020-ci il noyabr ayının 8-i, 9-u və 10-u ölkəmizdə bayram-bayrama qovuşdu.

 

2020-ci ilin 8 noyabrında Qarabağın tacı olan Şuşanın erməni işğalından azad olmasını bütün xalqımız bayram etdi.

 

2020-ci ilin 9 noyabrında Dövlət Bayrağı Günü əsl ümumxalq bayramı kimi yüksək səviyyədə qeyd olundu.

 

2020-ci ilin 10 noyabrında Qarabağın erməni işğalından azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıb.

 

Bu, Azərbaycanın tarixində ən Böyük Qələbə idi.

 

Əsədulla QURBANOV,

Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat

Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor.

 

Respublika.- 2021.- 22 may.- S.14.