Dünyaya açılan qapılar

 

Beynəlxalq qurumlarla əməkdaşlıq Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir

 

 

 

Xalqların tarixdəki yerini onun qarşısında “ilk” kəlməsini yaza bildiyi fakt və hadisələr müəyyən edir. İlkinlik bir yolun başlanğıcı, tarixilikdirson illər imza atdığımız bu ilklər dünya çapında Azərbaycanın mövqeyini daha da aydınlaşdırır. Əslində vaxtilə mövcud olan ənənələrə uzun illərdən sonra qayıdışın özübir başlanğıcdır. Sovet dönəmində bir vaxtlar Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı da ittifaq respublikaları arasında təşkil olunan ən möhtəşəm tədbirlərdən biri idi...

 

 

 

İndi uzun illərdən sonra dünyanın gözü yenə qədim Şuşamıza dikildi: “Xarıbülbül” musiqi festivalı möhtəşəm qələbəmizdən sonra bu torpaqlarda keçirilən ilk təntənəli tədbir kimi tarixə yazıldı. “Xarıbülbül” musiqi bayramı o gün çox şeyləri anlatdı bizə. Bir daha anladıq ki, “Muğamsız Azərbaycan-Azərbaycansız muğam”, “Şuşasız Azərbaycan-Azərbaycansız Şuşayoxdur.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalı bu qurumun milli-mənəvi dəyərlərimizin qorunması, onun dünyaya tanıdılması istiqamətində gerçəkləşdirdiyi layihələrin məntiqi davamı, uğurlu nəticəsidir. “Xarıbülbül” özümüzə, kimliyimizə, tariximizə qayıdışdır. O gün daha bir qapı açıldı dünyaya...

 

Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev Fondunun həyata keçirdiyiMuğam-İrs” layihəsinin ilkQarabağ xanəndələri” albomunun YUNESKO-nun xətti ilə hazırlanması o zaman Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu nümayiş etdirməklə, həm də Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından da son dərəcə böyük əhəmiyyət kəsb edirdi.

 

Azərbaycanda mövcud olan muğam məktəbləri arasında Qarabağ muğam məktəbinin təhlükə qarşısında qaldığını, bu janrın gənc ifaçılarının sayının xeyli azaldığını narahatlıqla vurğulayan Heydər Əliyev Fondunun prezidenti, layihə rəhbəri Mehriban xanım Əliyeva təqdimat mərasimində demişdir: “Balaca muğam ifaçılarını, adətən, “Qarabağ bülbülləri” adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır...”.

 

Bəli, bu gün Qarabağ azaddır, oraya böyük qayıdışa hazırlaşırıq. Bu, muğamlarımıza qayıdışdır, Azərbaycan muğamlarının dünyaya tanıdılması istiqamətində həyata keçirilən layihələrin uğuru isə, Şərqə qayıdışın ilk addımlarıdır və bu addımların qloballaşan dünyamızın mərkəzinədək irəliləyəcəyinə indi heç kimin şübhəsi yoxdur. Bu mənada Heydər Əliyev Fondunun YUNESKO-nun xətti ilə ilk olaraq məhz muğamlarımızın təbliğinə başlaması da çox təbiidir.

 

Ümumiyyətlə, Heydər Əliyev Fondu dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq əlaqələrini ildən-ilə inkişaf etdirir. Fond BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, YUNESKO, İSESKO, ABŞ-ın “Vital Voice” qeyri-hökumət humanitar təşkilatı, “Save the children” (“Uşaqların xilası”) təşkilatı və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir. YUNESKO ilə əməkdaşlıq əlaqələri isə bu baxımdan xüsusi maraq kəsb edir.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci il iyul ayının 3-dən YUNESKO-nun üzvüdür. Bu qurumla Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Görüşdə YUNESKO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri müzakirə edilmiş, Azərbaycanda gedən müharibə, qaçqınların problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır. Onu da qeyd edək ki, Heydər Əliyev və Federiko Mayor ilk dəfə 1983-cü ildə YUNESKO-nun xətti ilə Bakıda keçirilmiş və Şərq xalçalarına həsr edilmiş birinci beynəlxalq simpoziumda tanış olmuşdular.

 

Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini görürbu sahəyə hər zaman nəzarət edirdi. Bu istiqamətdə ilk mühüm addım 1996-cı ildə atıldı. Həmin il klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan “Məhəmməd Füzuli ilielan olundu və dünyanın bir çox ölkələrində dahi şairin 500 illik yubileyi ilə bağlı tədbirlər keçirildi. YUNESKO-nun vasitəçiliyi ilə Füzuli kimi nəhəng elm və sənət xadiminin əsərləri bir daha dünyaya nümayiş etdirildi.

 

Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım isə “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi ilə bağlı oldu. 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində tədbirlər təşkil olundu, 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısı keçirildi. 2003-cü il iyunun 21-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini bir daha vurğuladı.

 

Bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Ölkə başçısının 2005-ci il 15 sentyabr tarixli sərəncamı ilə YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsi nəzərə alınaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı tədbirlər planı imzalanmış, Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirilmişdir.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində isə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatmışdır. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri, konsertlər təşkil etməklə, Mehriban xanım Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milliregional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmiş və 2004-cü ilin sentyabrında bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür. Məhz bundan sonra əməkdaşlıq əlaqələri daha da genişlənmişdir.

 

Mehriban xanım həmçinin 2010-cu il iyulun 30-da YUNESKO-nun “Qızıl Motsart” medalı ilə təltif edilib.

 

Ötən illərdə YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı - rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri və digər tədbirlər keçirilmişdir. 2008-ci ilin mayında Parisdə YUNESKO-nun mənzil qərargahında gənc istedadların çıxışlarından ibarət “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim olunmuş, 2009-cu ilin mart ayında Bakıda Heydər Əliyev Fondu ilə YUNESKO arasında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Niyyət protokolu imzalanmışdır.

 

Məhz bu birgə əməkdaşlığın nəticəsidir ki, Azərbaycanın bir neçə mədəniyyət nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə siyahısına daxil edilmişdir.

 

Heydər Əliyev Fondu BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2008-ci ilin yanvarından “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə adlı layihə həyata keçirir. Fond həmçinin dünyanın 150-dən çox ölkəsinin 5 milyondan artıq qadınını öz ətrafında birləşdirən ABŞ-ın “Vital Voice” qeyri-hökumət humanitar təşkilatı və “Uşaqların xilası” (“Save the children”) təşkilatı ilə də sıx əməkdaşlıq edir.

 

Heydər Əliyev Fondunun İslam Konfransı Təşkilatının İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) ilə əlaqələri də yüksək səviyyədə inkişaf etməkdədir. Son illər bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı il 19-21 iyun tarixlərində Bakıda İKT Xarici İşlər nazirlərinin növbəti 33-cü Konfransının keçirilməsi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı konfransı və s. tədbirlər gələcək inkişafa təkan baxımından böyük əhəmiyyətə malikdir. Bu əlaqələrin inkişafında xüsusi xidmətləri olan Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri seçilib.

 

2007-ci ildə Heydər Əliyev Fondu ilə İSESKO arasında yeni əməkdaşlıq sənədi imzalandı və bundan sonra əlaqələr daha da genişləndi.

 

Heydər Əliyev Fondu mədəni dəyərlərin mühafizəsi və təbliği istiqamətində fəaliyyətini ölkə sərhədlərindən kənarlara doğru genişləndirir. Məsələn, YUNESKO ilə əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi, görkəmli alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, YUNESKO-nun 60 illiyi münasibətilə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.

 

Dünyaşöhrətli musiqiçilər Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmış, Mstislav Rostropoviçin, məşhur bəstəkar Dmitri Şostakoviçin, görkəmli vokal ustası Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir.

 

2009-cu ilin avqust ayında isə artıq paytaxtda yox, Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalı keçirildi. Festivala dünyanın ən tanınmış musiqiçiləri gəlmişdilər. Əsl musiqi bayramına çevrilən bu tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri təşkil olundu. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir.

 

Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalı ikinci dəfə 2013-cü ildə də təşkil olundu.

 

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq 2009-cu il 18-25 mart tarixlərində “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi də böyük hadisə idi. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Tarixi Muzeyində təşkil edilən Beynəlxalq elmi simpozium, Azərbaycan Dövlət Kukla Teatrında düzənlənən Beynəlxalq muğam müsabiqəsi də yaddaqalan oldu. Qədim, zəngin tarixə malik muğam sənətinin qorunub-saxlanması, onun gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi daşıyan bu cür festivallar 2011 və 2013-cü illərdə də təşkil olunub.

 

Fondun təşkilati dəstəyi ilə 2010-cu ilin oktyabrında I Beynəlxalq Aşıq Festivalı, “2012 - Avroviziya Mahnı Müsabiqəsi” də keçirildibu da böyük marağa səbəb oldu. 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş “Arşın mal alanfilmi dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilib rəngli formatda hazırlanaraq 2013-cü il dekabrın 10-da Heydər Əliyev Mərkəzində tamaşaçılara təqdim olundu.

 

2010-2014-cü illərdə keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı, yenə də 2010-2014-cü illərdə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində keçirilən Qala Festivalı, 2011-ci ildə BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi, 2012-ci ilin martında Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunanFransa inciləri” sərgisi və s. eyni məqsədə xidmət edir.

 

2012-ci ilin sentyabrında dünyanın məşhur “Christie’s” hərrac evi, Heydər Əliyev Fondu və “Yarat!” Müasir İncəsənət Məkanı ilə birgə təşkil etdiyi sərgidə “Christie’sin kolleksiyasına daxil olan XVIII əsrə aid Qarabağ xalçası da nümayiş etdirilib.

 

Son illərdə Parisdə keçirilən “Odlar yurdu Azərbaycanın müasir əsərləri”, Fransanın San-Trope şəhərində keçirilən “Azərbaycanın mədəni zənginlikləri”, Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən sərgi və konsertlərin də bir məqsədi var: Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq!.. Təbii ki, bu işdə dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlığın rolu əvəzsizdir. Bu qurumlarla birgə həyata keçirilən hər bir layihə Azərbaycanın dünyaya açılan bir qapısıdır. İnanırıq ki, azadlığına qovuşan Qarabağ torpağında hələ çox festivallar, tədbirlər keçiriləcək, dünyaya mesajlar veriləcəkdir...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 23 may.- S.2.