Son 10 ildə həyata keçirilən uğurlu sosial islahatlar

 

Ölkəmizdə müasir çağırışlara cavab verən, maliyyə dayanıqlığına malik sığorta-pensiya sistemi formalaşıb

 

 

 

 

 

Ümummilli lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Ötən illər, xüsusən, son 10 il ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunmuşdur. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah durumu əhəmiyyətli şəkildə yaxşılaşmış bu təbəqədə yoxsulluq, demək olar ki, tam olaraq aradan qaldırılmışdır.

 

 

 

Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə beləliklə bu göstərici üzrə ölkəmizin postsovet coğrafi məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir.

 

Azərbaycan Respublikasında pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılmışdır. Aparılan islahatlarla ilk növbədə əvvəlki pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlər aradan qaldırılmış, həmin sistemlə əhatə olunmuş insanların məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır.

 

Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Fərdi uçot sistemi 2006-cı ildə Azərbaycanda qəbul edilənFərdi uçot haqqındaQanunla həyata keçirilməyə başlayıb. Ondan əvvəl daha çox həmrəylik prinsipinə uyğun bir pensiya sistemi var idi. Gənc nəsil yaşlı nəsillərin pensiyasını ödəyirdi, həmin gənclər yaşlandıqca onların yerinə gələn gənclər onların pensiyasını ödəyirdi. Pensiya məbləğləri vətəndaşların işlədikləri ödədikləri sosial sığorta haqlarına əsaslanmırdı. Yeni qanuna əsasən, ölkədə fərdi uçot sistemi yaradıldı pensiya sosial sığorta prinsiplərinə uyğunlaşdırıldı. Hazırda vətəndaşın alacağı pensiya onun əmək bazarında olduğu dövr ərzində öz rəsmi əməkhaqqından - maaşından, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən, torpaq pay mülkiyyətindən əldə etdiyi gəlirdən, vəkillik, sərbəst mühasiblik fəaliyyətindən əldə etdiyi gəlirdən s. Dövlət Sosial Müdafiə Fonduna ödədiyi sosial sığorta haqlarının müqabilində təyin olunur. Bu, hər şəxsə aid fərdi hesabda saxlanılır. Bu hesab hər bir vətəndaş üçün açıqdır. Hazırda ölkənin vahid sosial reyestri (e-sosial.gov.az) yaradılıb. Hər bir şəxs həmin portaldan öz fərdi hesabına daxil olaraq orada olan məbləği onun artım templərini, indeksasiyasını digər göstəricilərini görə bilir. Bununla belə, pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə bu gün yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycanda mövcud pensiya təminatı modelinin beynəlxalq təcrübədə əldə olunmuş qabaqcıl təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi zərurəti ilk növbədə ölkəmizdə bazar iqtisadiyyatına keçidin uğurla başa vurulması yeni reallıqlar müstəvisində vətəndaşların pensiya təminatının daha yetkin mexanizmlər vasitəsilə həyata keçirilməsinə imkan verən sistemin yaradılması ilə bağlıdır.

 

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyasıəhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial təminat sisteminin gücləndirilməsinə xüsusi qayğısı bu sistemin mühüm komponentini təşkil edən pensiya təminatının da mütəmadi artırılmasına şərait yaradır. Xüsusilə son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. 2019-cu ildə reallaşan inqilabi sosial islahatlar 4,2 milyon vətəndaşın gəlirlərinin ciddi şəkildə artması, o cümlədən minimum pensiyanın 72,4% (650 min pensiyaçı) artırılması ilə nəticələndi. 2019-cu ildə həmçinin əməkhaqlarının artımı ilə bağlı bir sıra kateqoriyadan olanların (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəlilər b.) da pensiyaları artırıldı (91 min şəxs). Yəni reallaşan həmin inqilabi sosial islahatların tərkib hissəsi kimi, 750 min pensiyaçının pensiyalarında ciddi artım baş verdi. 2020-ci ilin əvvəlindən ilk dəfə olaraq ən yüksək səviyyədə -16,6 faizlik indeksasiya (2019-cu ilin orta əməkhaqqı artımı o qədər olmuşdu) ilə pensiyalar artırıldı.

 

Dövlət başçısının müvafiq Fərmanları ilə sosial ödənişlərdə artım 2021-ci ilin əvvəlindən davam etdirildi. 2021-ci il yanvarın 1-dən Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olundu. Eyni zamanda, Prezident İlham ƏliyevinƏmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addım oldu. Sərəncamla 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırıldı. Pensiyalarda bu növbəti artım ümumilikdə 1 milyon 140 min pensiyaçını ya pensiyaçıların 93%-ni əhatə edib (digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir). Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldilməsi nəzərdə tutulub. Ötən il pensiya təminatı sahəsində aparılan islahatlar nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 364,4 milyon manat artaraq 4 milyard 116 milyon 700 min manat təşkil etmiş, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 256 manatdan 295 manata yüksəlmiş, başqa sözlə, 15,3% artmışdır. Əmək pensiyalarının minimum məbləği isə 119 manatdan 200 manata, başqa sözlə, 72% artmışdır. Bu artım 600 min nəfər pensiyaçının həyat səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. İslahatlar nəticəsində minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında 1-ci yerə yüksəlmişdir.

 

Beləliklə, son 3 il ərzində Azərbaycanda orta aylıq pensiya 60% artaraq 1 aprel 2021-ci il tarixə 332 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb. 2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36% artaraq 4,5 milyard manat təşkil edib.

 

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır. Bu Sərəncamla 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir. 2020-ci ildə də pensiya, Prezident təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldildi. Minimumorta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxladı. Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

 

2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Sonrakı dövrdə 24 növ müavinət və təqaüd təyinatları da elektronlaşdırılıb. Nəticədə pensiya, müavinət, təqaüd hüququ yaranmış şəxslərə özləri müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan, tam şəffaf şəkildə bu sosial təminat növləri təyin edilirelektron qaydada onlara bu barədə məlumat verilir. Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub. Ümumilikdə isə bu ilin 1 aprelinə kimi 33,5 min pensiya təyinatı, 110 min müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb. Bu e-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə, müharibə əlillərinə sosial ödənişlərin operativproaktiv qaydada təyinatına imkan verib.

 

Möhtərəm Prezidentimiz vurğulayır: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”. Bununla əminliklə demək olar ki, dünyada proqnozlaşdırılması mümkün olmayan maliyyə, iqtisadisosial proseslərin baş verdiyi hazırkı şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərin qürurunu yaşayan ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu gün ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən, müasir çağırışlara cavab verən sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdirbunu ötən dövrdəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir.

 

Mustafa KAMAL

 

Respublika.- 2021.- 23 may.- S.2.