Ətraf mühitin mühafizəsi həmişə aktualdır

 

 

Azərbaycan zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Ölkəmizdə bütün sahələrlə yanaşı, ekoloji tarazlığın qorunması da dövlət siyasətinin prioriteti olmuşdur. Son illər ətraf mühitin mühafizəsi sahəsində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ekoloji siyasət yeni vüsət almışdır. Ölkəmizdə yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsidir.

 

Bu sahədə mövcud vəziyyət və perspektivlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərovla söhbətimizdə dedi: “İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirini minimuma endirilməsi tələb olunur. Tullantıların, o cümlədən polietilenplastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə əsas prioritet istiqamətlərdən biridir.

 

Plastikpolietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə maarifləndirici xarakterli çapvideomateriallar hazırlanmış, kütləvi informasiya vasitələrində, televiziya kanallarında davamlı olaraq proqramlar və təbliğat-təşviqat tədbirləri həyata keçirilmişdir. Təkrar istifadəyə yararlı qablaşdırma materiallarının və onların komponentlərinin tələb olunan təhlükəsizlik, gigiyenas. tələblərə uyğunluğunu təmin etmək məqsədilə standartlara dair təkliflər hazırlanmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Azərbaycanda təkrar emal təcrübəsini tətbiq edərək məişət tullantılarının həcminin azaldılması məqsədilə Sumqayıt şəhərində pilot layihənin həyata keçirilməsinə başlanmışdır. “Təmiz Sumqayıt” adlanan layihənin məqsədi əhalini məişət tullantılarını toplayıb çeşidləyərək təkrar emala yönəltməyə cəlb etməkdir.

 

Hazırda dünya ölkələrinin də narahatlığına səbəb ekoloji tarazlığa mənfi təsiri ilə ciddi fəsadlar törədən Qlobal istiləşmə problemidir. Ondan çıxış yollarının birgə fəaliyyətlə axtarılması vacibaktual məsələ kimi qarşıda durur. İqlim dəyişmələrinə təsirlərin yumşaldılması məqsədilə bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının tərkibi müəyyən edilmişETSN-in koordinasiyası altında aidiyyəti təşkilatların nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Bu sahədə zəruri addımlar atılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Koreya hökumətinin KOİCA təşkilatı ilə birlikdə “İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı Milli Strategiya” sənədinin hazırlanması işlərinə başlanmışdır. Bu məqsədlə Koreya Respublikasının istilik effekti yaradan qaz (İEYQ) emissiyaları proqnozlarının və bu emissiyaların azalma modellərinin hazırlanması sahəsində yüksək səviyyəli texnoloji  təcrübəsindən yararlanmaq üçünİstilik effekti yaradan qaz emissiyalarının inventarlaşma sistemini təkmilləşdirməklə İqlim Dəyişikliyi üzrə Potensialın Gücləndirilməsi” layihəsi hazırlanmışdır. Bu sahədə işlər davam edir.

 

Ekoloji tarazlığın qorunmasında meşələr xüsusi rol oynayır. Bu ölkəmizdə də diqqət mərkəzindədir. Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi, meşələrin inventarlaşdırılması işləri davam etdirilmişdir. Bu məsələdə kosmik texnologiyaların imkanlarından istifadə edilir. Meşəsalma fəaliyyəti ilə bərabər, meşələrin mühafizəsi tədbirləri də gücləndirilmişdir. Regionların qazlaşdırılması və ictimaiyyət arasında aparılan təbliğat hesabına ağacların qanunsuz qırılması halları azalmışdır. 2020-ci il ərzində 68 min 740 kubmetr həcmində oduncaq tədarük olunmuş və 10 min 382 hektar sahədə meşəbərpa tədbirləri aparılmışdır. Görülmüş meşəbərpa tədbirləri 9 min 660 hektar sahədə təbii bərpa, 722 hektar sahədə isə əkin və səpin üsulu ilə aparılmışdır. Bu tədbirlərdə 875 min 533 ədəd ting və 2 ton 683 kiloqram palıd toxumu istifadə olunmuşdur. Tinglik sahələrində 1 milyon 388 min 770 ədəd ting yetişdirilmiş, 9 hektar sahədə səpin işləri aparılmış və 7 hektar sahədə böyütmə və kökləndirmə şöbələri yaradılmışdır. Həmçinin 51 ton 829 kiloqram toxum tədarük olunmuşdur. Dövriyyədə olan 11 min 467,3 hektar meşə əkinlərindən 2 min 83 hektar sahə örtülü meşəyə keçirilmişdir. Aqrobağların salınması məqsədilə 1358,23 hektar ərazi müqavilə əsasında icarəyə verilmişdir.

 

Onu da qeyd edək ki, qeyri-meşə fondu torpaqlarında 125 hektar sahədə yaşıllıqlar salınmış, 38 min 28 ədəd ağac əkilmişdir. 1004 kiloqram qiymətli ağackol cinslərinin toxumları (badam, zeytun, Eldar şamı, sərv, tuya, oleandr, tut, arizona sərvi və s.) tədarük edilərək səpilmiş, kökləndirmə sahələrində zeytun, nar, oleandr olmaqla cəmi 350 min ədəd çilik basdırılmışdır.

 

Əlavə olaraq bildirim ki, tingliklərdə il ərzində səpilmiş müxtəlifcinsli ağackol toxumlarından və basdırılmış çiliklərdən müxtəlif meyvə, dekorativ və meşə cinslərinin ting və toxmacarları, o cümlədən badam, nar, zeytun, Eldar şamı, sərv, tuts. yetişdirilmişdir. Ümumilikdə, rayon icra hakimiyyətlərinə 650 min 24 ədəd tut tingləri, yaşıllaşdırma və bağsalma məqsədilə vətəndaşlara və digər qurumlara 353 mindən çox müxtəlifcinsli əkin materialı əvəzsiz olaraq verilmişdir. Qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğunintroduksiya olunmuş ağackol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması istiqamətində yaşıllıq ərazilərinin sahəsi 4 min 373 hektara çatdırılmışdır.

 

Salınmış yaşıllıqların suvarılmasını dayanıqlı şəkildə təmin etmək məqsədilə tullantı sularından istifadə olunması genişləndirilir. Hazırda Hövsan aerasiya qurğusundan, Badamdar qəsəbəsindən keçən magistral kanalizasiya kəmərinin üzərində qurulmuş təmizləyici qurğudan istifadə etməklə suvarılır.

 

Bir məsələyə də diqqət çəkmək lazımdır ki, şəhərsalma sahəsində dövlət siyasətinin tərkib hissəsi olaraq, yaşayış məntəqələrinin yaşıllaşdırma normalarını müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2018-ci il tarixli 1 nömrəli Qərarı ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiq edilmişdir. Bu normalara əsasən “yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq sahəsi ayrılmış ərazinin minimum 40 faizini” və “əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələnərkən yaşıllıq sahəsi həmin ərazinin minimum 25 faizini təşkil etməsi” qəbul edilmişdir. Bu baxımdan, Abşeron yarımadasında 2013-2020-ci illər üzrə yaşıllaşdırma dinamikası orta hesabla illik 0.02% artımla aparılmışdır ki, bu göstərici müəyyən olunan normalara çatmaq üçün kifayət etmir.

 

Bakı şəhərində son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, artan məişət tullantıları və atmosferə buraxılan zərərli qazlar, buna bənzər digər amillər ekoloji təhlükəsizliyin təmin olunması baxımından yaşıllıq sahələrinin genişləndirilməsi öz aktuallığını saxlayır. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektarya adambaşına 6.64 kvadratmetr təşkil edir.

 

Bakı və ətraf ərazilərin torpaqiqlim şəraitini, ərazilərin sürüşməyə meyilliyini və əhalinin sıxlığını nəzərə alaraq, 8 min 400 hektar ərazidə əlavə yaşıllıqlar salınaraq 10%-dən çox artırılması məqsədilə boş və istifadəsiz ərazilərdə yerli torpaq-iqlim şəraitinə uyğun, iqtisadi baxımdan səmərəli ağackol bitkilərindən ibarət yaşıllıq massivlərinin salınması və bu ərazilərdə müvafiq suvarma sistemlərinin qurulması nəzərdə tutulur.

 

Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir. Hazırda ölkəmizdə ümumi sahəsi 892 min 874.7 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

 

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində təsdiq edilmiş fərman və sərəncamların, eləcə də qəbul edilmiş proqramlarının icrası Azərbaycanın gələcəkdə də bu istiqamətdə yeni uğurların qazanılmasına təminat verir.

 

 

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 27 may.- S.7.