Tarixə yazılan günlər
2
noyabr 2020-ci ilə olan məlumata görə, dövlət sərhədi
istiqamətində düşmənin təxribat cəhdlərinə
layiqli cavab verən şanlı Ordumuzun bölmələri tərəfindən
əməliyyat şəraitinə tam nəzarət edilirdi. Şəxsi heyətin mənəvi-psixoloji,
fiziki və döyüş hazırlığı
yüksək səviyyədə olan bölmələrimiz düşmənin
istənilən təxribatının
qarşısını alır və qətiyyətli
adekvat tədbirlərlə
onlara cavab verirdilər. Düşmənin
daimi dislokasiya məntəqəsi, səngər
və atəş mövqelərində yerləşən
canlı qüvvəsi
dəqiq zərbələrlə
məhv edilmişdi. Rəşadətli Azərbaycan Ordusunun
cəbhədəki uğurlu
əməliyyatları, torpaqlarımızın
ard-arda işğaldan
azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə
də bir sıra dost ölkələrin vətəndaşlarında böyük
sevinc hissi yaradırdı. Hamılıqla bu sevinc hisslərini bölüşürdülər. Bildirirdilər ki, Vətənimiz Azərbaycanın
ərazi bütövlüyünün
bərpası üçün
görülən işlərdən
qürur duyuruq. Şanlı tarix yazılır, inanırıq
ki, zəfər çalacağıq. Səbirsizliklə
üçrəngli bayrağımızın
zəfər qalası
Şuşada dalğalanmasını
gözləyirik.
Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi,
Ordumuzun əzmkarlığı
sayəsində erməni
mifi dağıdılıb,
artıq işğal olunmuş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarında üçrəngli bayraqlarımız
dalğalanır. Daha bir qürurlu xoş xəbər alırıq: "Azərbaycan
Ordusu Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük
Gilətağ, Qubadlı
rayonunun İşıqlı,
Muradxanlı, Milanlı
kəndlərini işğaldan
azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev özünün
"Twitter" hesabında
bildirib.
Bununla da rəşadətli
ordumuz ağır döyüşlərdə düşmənə
sarsıdıcı zərbələr
endirməklə 27 sentyabr
tarixindən noyabrın
2-dək Füzuli rayonunun
Füzuli şəhəri
və 30 yaşayış
məntəqəsi, Cəbrayıl
rayonunun Cəbrayıl
şəhəri, Xudafərin,
Xələfli qəsəbələri
və 72 yaşayış
məntəqəsi, Xocavəndin
Hadrut qəsəbəsi
və 20 yaşayış
məntəqəsi, Zəngilan
rayonunun Zəngilan şəhəri, Həkəri,
Mincivan, Ağbənd qəsəbələri və
44 yaşayış məntəqəsi,
Qubadlı rayonunun Qubadlı şəhəri və 17 yaşayış məntəqəsi,
Tərtərin 3 yaşayış
məntəqəsi və
Kəlbəcərin Murovdağ
yüksəkliyini işğalçılardan
azad etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə
Respublikasının keçmiş
Baş naziri Binəli Yıldırımın
rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edərkən demişdi:
"Çox sağ olun ki, gəlmisiniz.
Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik
təzahürüdür. Əziz
qardaşım, cənab
Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi.
Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr
var, bir çox şəhərlər,
kəndlər işğalçılardan
azad edilib. Demək olar ki, hər həftə
Azərbaycan xalqına
bu haqda məlumat verirəm. Bu gün də
yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq
ilkin məlumatlar gəlibdir. İnşallah,
sona qədər bu haqlı davamızı
davam etdirəcəyik,
işğalçıları torpaqlarımızdan qovacağıq.
Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu
bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır
və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə
əlavə mənəvi
dəstəyin göstərilməsi
bir daha Türkiyə-Azərbaycan birliyinin
təzahürüdür." Türkiyənin keçmiş
Baş naziri Binəli Yıldırım
cavab nitqində vurğulayıb:
"Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində
əvvəldən bəri
daim onun yanındayıq. Heydər
Əliyev cənablarının
"Bir millət, iki dövlət" şüarını o gündən
bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq
Qarabağ məsələsində
Siz yerdən göyə qədər haqlısınız. Çünki
Azərbaycan bu müharibədə öz
torpaqlarını işğalçılardan
təmizləyir. Azərbaycan
27 ildir davam edən bu işğala
son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz
böyük vətənpərvərlik
nümunəsi göstərərək
hər gün qəhrəmanlıq dastanları
yazır".
Həmin gün
sutka ərzində döyüş əməliyyatları cəbhənin əsasən Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam
edib. Düşmən bölməsi Ermənistanın
Hoyemberyan, Berd və Vardenis rayonlarından Qazax, Tovuz və Daşkəsəndə,
o cümlədən cəbhənin
müxtəlif istiqamətlərində
yerləşən mövqelərimizi,
həmçinin Goranboy,
Tərtər, Ağdam
və Ağcabədi rayonlarının kəndləri
daxil olmaqla bir sıra yaşayış
məntəqələrimizi atıcı silahlardan, raket və artilleriya
vasitələrindən atəşə
tutub. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın
2-də Hərbi İnformasiya
Mərkəzində keçirilən brifinqdə deyib.
Müdafiə olunan düşmən bölmələri cəbhənin
bəzi istiqamətlərində
şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur
edilib. Düşmənin
silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir.
Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır. Sutka ərzində
cəbhənin müxtəlif
istiqamətlərində düşmənin
xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad"
yaylım atəşli
reaktiv sistemi, 10 ədəd müxtəlif
tipli topu, 3 ədəd sursatla dolu yük maşını
və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Gün ərzində
Ermənistan-Azərbaycan dövlət
sərhədinin Zəngilan
rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri
hücum etməyə
cəhd göstərib.
Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ
keçirmək məqsədilə
minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini
atəşə tutub.
Düşmənin hücuma
keçmək niyyəti
bölmələrimiz tərəfindən
vaxtında aşkar edilib və həyata keçirilən
uğurlu əməliyyat
nəticəsində qarşı
tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı
qüvvə sarıdan
30-dək itki verən
düşmən, Ermənistan
ərazisinə çəkilməyə
məcbur edilib. Bölmələrimizin şəxsi
heyətinin sayıqlığı
nəticəsində mövqelərimizə
havadan hücum edən düşmənin
"Su-25" döyüş təyyarəsi də məhv edilib. Düşmən Tərtər
və Goranboy rayonlarının ərazisini
intensiv atəşə
tutur. Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan
və Qapanlı kəndləri, Goranboy rayonunun Yenikənd kəndi intensiv artilleriya atəşinə
məruz qalıb.
Döyüş əməliyyatları əsasən
cəbhənin Ağdərə,
Xocavənd, Zəngilan
və Qubadlı istiqamətlərində davam
edib. Düşmən
cəbhənin bəzi
sahələrində şəxsi
heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə
məcbur edilib. Sutka ərzində düşmənin
xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad"
yaylım atəşli
reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını
məhv edilib və sıradan çıxarılıb.
Uğurlu əməliyyatlarını
davam etdirən qoşunlarımız əməliyyat
şəraitinə nəzarət
edirdilər.
Respublika.- 2021.- 2 noyabr.- S.12.