Türkiyə Respublikasının yaranmasının
98-ci ildönümü qeyd
olunub
Gəncədə Türkiyə Respublikasının
elan olunmasının
98-ci ildönümü münasibətilə
Məhsəti Gəncəvi
Mərkəzində tədbir
təşkil olunub. Tədbirdə Gəncənin,
Şəmkir və Samux rayonlarının icra hakimiyyəti başçıları, Türkiyənin
və Gürcüstanın
Gəncədəki baş
konsulları, şəhər
ictimaiyyətinin nümayəndələri
və ziyalılar iştirak ediblər. Tədbirdə şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
və Türkiyə respublikalarının Dövlət
himnləri səsləndirilib.
Gəncədəki Baş konsul
Zeki Öztürk Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 98-ci ildönümü
münasibətilə Türkiyənin
xarici ölkələrdəki
diplomatik nümayəndəliklərinə
göndərdiyi məktubu
oxuyub. O bildirib ki, builki
bayram digərlərindən
fərqli olaraq Azərbaycanın işğal
altında olan torpaqlarını azad etməsindən sonra qeyd edilən ilk bayramdır . "İkinci Qarabağ müharibəsində Azərbaycanın
yanında olduq,torpaqların
azad olunmasına birlikdə sevindik, şəhidlər üçün
birlikdə kədərləndik, 44 gündən sonra Azərbaycanın tarixi zəfərini də birlikdə qeyd etdik.
Ölkə prezidentləri 2021-ci il iyunun 15-də türk dünyasının
mədəniyyət paytaxtı
olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin
daha da inkişafına
səbəb olacaq Şuşa Bəyannaməsini
imzaladılar. Əlavə
olaraq, Türkiyə Prezidentinin Azərbaycana
bu günlərdə etdiyi səfər bir daha göstərdi ki, bizim birliyimiz
əbədi və sarsılmazdır. Çünki
bu birliyin hədəfində hansısa
üçüncü xalqlar
və dövlətlər
yox, sülh, sabitlik, təhlükəsizlik
və rifah dayanır", – deyə
o əlavə edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Niyazi Bayramov Türkiyə Cümhuriyyətinin
elan olunmasının
98-ci ildönümü münasibətilə
tədbir iştirakçılarını
və qardaş Türkiyə xalqını
təbrik edib. O, qardaş Türkiyə xalqına firavanlıq və yeni nailiyyətlər
arzulayıb. "Ölkələrimiz
arasında münasibətlər
M.K. Atatürkün və
ulu öndər Heydər Əliyevin ifadə etdikləri "Azərbaycanın kədəri
kədərimiz, sevinci
sevincimizdir" və
“Bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.
İstər 44 günlük Vətən müharibəsi dövründə,
istərsə də ondan əvvəlki dövrdə Türkiyə
daim Azərbaycanın
yanında olub. Hər iki ölkənin
birliyi artıq qardaşlıq və əsl tərəfdaşlıq
simvoluna çevrilib.
İnanırıq ki,
bu birlik və qardaşlıq əlaqələri sarsılmaz
və əbədi olacaqdır", – deyə
Niyazi Bayramov qeyd edib.
Zabit Xəlilov
Respublika.- 2021.- 2 noyabr.- S.12