FƏXR VƏ QÜRUR MƏNBƏYİ

 

 Vətən müharibəsindəki parlaq qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idibiz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır.

 

                                                                  İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

Vətən müharibəsinin hər günü Azərbaycan xalqının tarixinə şanlı zəfər kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əsgərləri, bu millətin qəhrəman övladları 30 ilə yaxın davam edən işğala son qoydular. Onlar öz qanları, canları ilə yeni tarix yazdılar. Qan yaddaşımız təzələndi zəfər yaddaşı oldu.

 

Torpaq uğrunda ölən varsa Vətəndir!  Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi. İndi Azərbaycan xalqı Zəfər gününə hazırlaşır, bu şanlı tarixi bizə yaşadanlara dərin hörmət və ehtiram göstərərək.  Bəli, Vətən uğrunda şəhid olanlar ölmürlər, onların ömür yolları qısa olsa da, daim nümunəyə çevrilir. Onlar bir məslək, bir əqidə, bir inam uğrunda vuruşub, qəhrəmancasına həlak olub, əbədiyyətə qovuşurömürlük gənclərə  mayak və örnək olurlar. Azərbaycanda vətənin  ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə  dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Ölkə Prezidenti  İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuşitkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuşitkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Onlara  dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.  Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Gəncədə    daim diqqət mərkəzində saxlanılır.  Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə əlaqədar olaraq anım mərasimləri təşkil edilir.  Bu mərasimlərdə şəhər rəhbərliyi iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, ruhuna dərin ehtiram bildirilir.

 

Bununla yanaşı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçmiş Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin inşası davam etdirilir. Şəhər rəhbərliyi mütəmadi şəkildə İstiqlal parkına baş çəkərək, işlərin gedişatı ilə yerində tanış olur. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən abidə kompleksinin Zəfər günü ərəfəsində təhvil verilməsi nəzərdə tutulub.

 

            Zabit XƏLİLOV

 

      Respublika .- 2021.- 5 noyabr.- S.9.