Xalqımızın tarixi nailiyyəti
Müstəqillik xalqımızın böyük
tarixi nailiyyəti və milli sərvətidir.
Müstəqilliyin Bərpası Gününün
ölkəmizdə hər
il təntənəli
şəkildə bayram
edilməsi Azərbaycanın
dövlət müstəqilliyinin
möhkəm təməllər
üzərində qurulduğunu
və əbədi olduğunu bir daha sübut edir. Tarix dəfələrlə sübut
edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan
qat-qat çətindir.
Azərbaycan bir əsrdə
iki dəfə müstəqillik əldə
etmək, özünün
suveren dövlətini
yaratmaq imkanı qazandı. Təəssüf
ki, birinci imkan xarici müdaxilə,
daxili çəkişmələr
səbəbindən itirildi.
1918-ci ildə qurulmuş
Azərbaycan Xalq Cümhuriyyəti cəmi
23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra
yarandı. Sovet İmperiyasının dağılması
Azərbaycan xalqına
öz milli müstəqilliyini bərpa
etmək imkanı verdi.
1991-ci il oktyabrın
18-də Azərbaycan Respublikası
Ali Soveti tərəfindən Azərbaycanın
istiqlaliyyəti barədə
qəbul edilmiş Konstitusiya Aktına əsasən həmin tarixdən başlayaraq 30 ildir ki, 18 oktyabr
- Müstəqillik Günü
kimi qeyd edilir.
1991-1993-cü illərdə
hakimiyyətdə olan
iqtidar Azərbaycanı
dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə,
təcrid olunmasına
imkan yaratdı. Hakimiyyət çəkişmələrinin
məntiqi nəticəsi
kimi, cəbhədəki
uğursuzluqlar və daxildə separatçı
meyillərin güclənməsi
dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsini
qaçılmaz edirdi.
Belə bir ağır
və mürəkkəb
dövrdə xalqın
təkidli tələbi
ilə böyük siyasi təcrübəyə
malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanın
dövlət müstəqilliyinin
qorunub saxlanmasına və möhkəmləndirilməsinə
xidmət edən
başlıca amil oldu. Xalqımızın dahi rəhbərinin hakimiyyətə dönüşü
ilə respublikamızın
1920-ci ildəki aqibətinin
təkrarlanması təhlükəsi
sovuşdu.
1993-cü ilin iyununda parlamentin sədri, oktyabrında isə ölkə Prezidenti seçilən Heydər Əliyev tezliklə ölkədə
yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun
aradan qaldırılmasına
nail oldu. Hərc-mərclik, özbaşınalıq
hallarına, zorakılıq,
silah işlətmək
yolu ilə hakimiyyətə gəlmək
praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.
Heydər Əliyev ölkəmizi
məhvolma təhlükəsindən
qurtararaq davamlı inkişaf yoluna çıxardı. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövr ərzində dövlət idarəçiliyi
mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı
siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. İqtisadiyyatın
dinamik inkişafı təmin edildi. Ölkəmiz üçün böyük
əhəmiyyət kəsb
edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlanıldı. Nəticə
etibarilə Azərbaycanda
hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin
bərqərar edilməsi
istiqamətində ciddi
addımlar atıldı,
dövlətimiz dünya
birliyində layiqli yer tutdu, bölgədə
geosiyasi mövqelərini
möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı, xalqımızın milli birliyi və həmrəyliyi təmin edildi. Bakıda Dünya Azərbaycanlılarının
I Qurultayı keçirildi.
Beləliklə, "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında
Konstitusiya Aktı"nda
nəzərdə tutulan
bütün müddəalar
məhz ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində
real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə
qovuşdu. Bu mənada Azərbaycanın
həqiqi müstəqilliyi
1993-cü ildən başlayır.
Heydər Əliyevin qətiyyəti
sayəsində Azərbaycan
dövlət müstəqilliyini
itirmək təhlükəsindən
xilas oldu, hakimiyyətsizliyə son qoyuldu, dövlət aparatının iflic olmuş fəaliyyəti bərpa edildi, bütün sahələrdə
inkişafın əsası
qoyuldu, hüquqi və sosial-iqtisadi islahatların həyata
keçirilməsinə başlanıldı,
cəmiyyətimizdə demokratik
dəyərlər bərqərar
edildi. Heydər Əliyev ölkəmizin müstəqilliyi barədə
deyirdi: "Azərbaycanın
dövlət müstəqilliyi
əbədi olacaqdır
və Azərbaycanın
bugünkü gənc
nəsli gələcək
Azərbaycanı daha da yüksəklərə
qaldıracaqdır".
Ötən illər
Ümummilli Liderin bu sözlərinin real həyatda öz təsdiqini tapdığını sübut
etdi. Ulu Öndərin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin
siyasi və iqtisadi sütunları daha da möhkəmləndi.
Azərbaycanın bütün sahələrdə
yüksək sürətlə
inkişaf etməsi, dünya dövlətləri
arasında öz yerini daha da
möhkəmləndirməsi, siyasi, iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən
birinə çevrilməsi
inkarolunmaz reallıqdır.
Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli
dövlətə çevrilməsinin
fonunda müstəqilliyimizin
möhkəm olması
daha aydın görünür. Bu qüdrətin göstəriciləri
Azərbaycanın tam müstəqil siyasət yürütməsi, beynəlxalq
enerji təhlükəsizliyi,
terrorizmlə mübarizə
və digər qlobal məsələlərdə
öz sözünü
deməsi kimi amillərdir. Azərbaycan Prezidenti İlham
Əliyevin qətiyyəti
sayəsində ulu öndərin neft strategiyasının uğurla
reallaşması, iri enerji layihələrinin işə düşməsi
və yeni iqtisadi layihələrə
start verilməsi Azərbaycanın müstəqilliyinin
daha da möhkəmlənməsinə,
dövlətimizin daha
da qüdrətlənməsinə xidmət
edir.
Ulu Öndərin siyasətini
bütün sahələrdə
inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Ölkə
rəhbəri Azərbyacanı
müasir və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə
deklorativ bəyanatlarla
ifadə etmir, onun konkret icra
mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində də
konkret addımlar atır. Dövlət başçısının təsdiq
etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir.
Hazırda Azərbaycan yeni
inkişaf mərhələsinə
qədəm qoyub. Əsas hədəf çoxşaxəli, səmərəli
və innovasiyayönümlü
iqtisadiyyatın, ən
əsası qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının
layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai
həyatın bütün
istiqamətlərində yeni
nailiyyətlərin əldə
olunmasıdır.
Qürur hissi ilə
vurğulamaq lazımdır
ki, Prezident, Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, məqsədyönlü
fəaliyyəti sayəsində
30 ilə yaxın erməni daşnaklarının
işğalı altında
olan torpaqlarımız
müzəffər Azərbaycan
Ordusu tərəfindən
geri qaytarılmış, düşmənə
döyüşlərdə sarsıdıcı zərbələr
endirilmişdir.
Bu gün
Şuşada, Zəngilanda,
Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş
bərpa və quruculuq işləri aparılır.
Ağacan ABİYEV
Əməkdar Elm xadimi, professor
Respublika.-
2021.- 17 oktyabr.- S.6.