Tofiq  Əmirlinin  ev muzeyinin  açılışı

 

şərəflə  yazılan    işğalçı  Ermənistanı  ağır  məğlubiyyətə   uğradan  44  gün  davam  edən  Vətən   müharibəsində  yüzlərlə  soydaşımız şücaət     igidlik  nümayiş  etdirib.   Şəhidlər  Vətənimizi,  xalqımızı,  onun  qürurunu,  haqqını,  bayrağını  ucaltdılar    ən  ali  məqama  yüksəltdilər. Bizim   Qarabağı  azad   edən   oğullarla  fəxr  etməyə  haqqımız  var.   Qarabağ  azaddır,  doğma  yurd  yerləri  indi  yolumuzu  gözləyir. Cəlilabad rayonunda  Vətən   müharibəsi   şəhidi   Əmirli  Tofiq  Şəmsəddin  oğlunun ildönümü  münasibətilə  ailə üzvləri  ziyarət  edildi.  Sonra  Vətən  müharibəsi   şəhidinin Göytəpə  şəhərində ev muzeyinin  açılışı  oldu.   Açılışda RİH-in başçısı  Rafiq   Cəlilov,  hüquq-mühafizə  orqanlarının   rəhbərləri,  şəhidin  ailə  üzvləri, yaxın  qohumları    ictimaiyyət  nümayəndələri iştirak etdilər. Tədbir  iştirakçıları muzeydə Tofiq  Əmirlinin  həyat  döyüş  yoluna  işıqsaçan fotolar  fəaliyyəti ilə bağlı müxtəlif  məlumatlarla  tanış oldular.  Ev  muzeyinin  açılışında igid  döyüşçünün  Vətən müharibəsində qəhrəmanlığından, Cəlilabadın  müharibə  iştirakçılarının  düşmənə  qarşı savaşda göstərdikləri  igidliklərdən söz  açıldı.

Tofiq Əmirli 1992-ci il  fevralın 27-də Cəlilabad  rayonunun  Fətullaqışlaq  kəndində anadan  olub.  Çevik  Hərəkat  Dəstəsinin  giziri  olan Tofiq Əmirli 2020-ci il sentyabrın  27-də  Azərbaycan Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi    Azərbaycanın ərazi  bütövlüyünün  bərpa  olunması  üçün  başlanan  Vətən  müharibəsi  zamanı  Xocavənd    Cəbrayıl rayonlarının  azadlığı uğrunda  gedən  döyüşlərdə iştirak  edib,  oktyabrın  13-də Cəbrayıl  döyüşləri zamanı qəhrəmanlıq  göstərərək   şəhid  olub. Azərbaycan   Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün təmin  edilməsi uğrunda  döyüş  əməliyyatlarında iştirakına     hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  şücaət  nümayiş  etdirdiyinə  görə   Əmirli  Tofiq   Şəmsəddin  oğlu  ölümündən  sonra  3-cü dərəcəli "Vətənə  xidmətə görə" ordeni, "Vətən  uğrunda"    "Cəbrayılın  azad  olunmasına  görə" medalları  ilə təltif  edilmişdir.

 

Ərəstun ABDULOV

 

Respublika.- 2021.- 21 oktyabr.- S.-5.