Gəncədə II
Azərbaycan Beynəlxalq vokalçılar festivalı
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər
Əliyev Sarayının, Gəncə Şəhər İcra
Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət
İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının təşkilatçılığı
ilə II Beynəlxalq Vokalçılar Festivalı
keçirilib. Konsert proqramında Gəncə
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Adil Tağıyev, Gəncə
Regional Mədəniyyət
İdarəsinin rəisi
Vasif Cənnətov, Türkiyənin Gəncədəki
baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyəti iştirak ediblər. İlk öncə torpaqlarımızın bütövlüyü
uğrunda canlarından
keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konserti giriş
sözü ilə açan Gəncə Regional Mədəniyyət
İdarəsinin rəisi
Vasif Cənnətov tədbir iştirakçılarını
18 Oktyabr --Müstəqilliyimizin
Bərpası Günü
münasibətilə təbrik
edib. O qeyd edib ki, II Beynəlxalq
Vokalçılar Festivalında
Gəncə şəhərindən,
Samux, Tovuz, Ağstafa rayonlarından olan 22 vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri,
eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin sözlərinə
yazılmış mahnı
və romansları da təqdim ediləcəyini vurğulayıb.
O, eyni zamanda bildirib ki, bu
festivala 2021-ci ildən
beynəlxalq status verilib və bu da Azərbaycanın
vokal musiqisinə verilən ən böyük töhfədir.
Konsertdə Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının
Kamera Orkestri çıxış edib. Proqramda dünya şöhrətli
bəstəkarlar Ü.Hacıbəyli,
F. Əmirov, Niyazi, M. Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqalarının
əsərləri səsləndirilib. Xalq artisti Sevinc
İbrahimova, Əməkdar
artist Kəmalə Tağızadə, Əməkdar
mədəniyyət işçisi
Mehparə Cəfərova,
beynəlxalq müsabiqələr
laureatı Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov
və digər peşəkar səhnə
ustalarının ifası
tədbir iştirakçılarına
xoş ovqat bəxş edib. Festival Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında
Müslüm Maqomayevin
“Azərbaycan” mahnısı
ilə sona çatıb.
Zabit XƏLİLOV
Respublika.- 2021.- 20
oktyabr.- S.12