Ümumdünya Qida Gününə həsr olunan tədbir
Azərbaycan Dövlət Aqrar
Universitetində (ADAU) BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) və
Kənd Təsərrüfatı
Nazirliyi (KTN) yanında
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə 16 oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş “Qlobal ərzaq təhlükəsizliyində
aqrar təhsilin və təlimin rolunun gücləndirilməsi” mövzunda
tədbir keçirilib.
Tədbir torpaqlarımızın
bütövlüyü uğrunda
canından keçən
şəhidlərin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov
çıxış edərək,
Ümumdünya Qida Gününün təsis
olunmasında əsas məqsədin dünyada aclıqdan və qida çatışmazlığından
əziyyət çəkən
insanlara diqqətin
ayrılması, ərzaq
itkisi və tullantısının azaldılmasına
dair qlobal maarifləndirmənin aparılması
və hər kəs üçün sağlam qidalanmanın təmin edilməsinin vacibliyini vurğulamaq olduğunu bildirib.
Aqrar Kredit və
İnkişaf Agentliyinin
(AKİA) Beynəlxalq təşkilatlar
və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun
müdiri Teymur Nağıbəyli AKİA tərəfindən
icra olunan “Aqrar Məşğulluğun
Artırılması - AMAL” və “Qadınların iqtisadi gücünün artırılması - WEP” layihələri,
FAO-nun Azərbaycan Ofisinin Əməliyyatlar
üzrə mütəxəssisi
Elməddin Namazov FAO-Azərbaycan tərəfdaşlıq
proqramı çərçivəsındə
icra olunan layihələr barədə,
Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar
Departamentinin rəhbəri
Pərviz Əliyev “Dayanıqlı ərzaq sistemləri”, Türkiyənin
Ege Universitetinin professoru İsmail Türkan “Post-genom dövründə
bitki biologiyasının
inkişafı”, ADAU-nun
Bağçılıq kafedrasının
dosenti Abbas İsmayılov “Biomüxtəlifliyin
qorunmasının qida
təhlükəsizliyində rolu” mövzusunda çıxışlar ediblər.
Sonra tələbələrin
sualları mütəxəssislər
tərəfindən cavablandırılıb.
Z. Cəmşidoğlu
Respublika.- 2021.- 20
oktyabr.- S.12