Dərələyəz mahalında erməni vandalizmi

 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

 

Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərində olduğu kimi, qədim oğuz yurdu olan Dərələyəz mahalında da faşist xislətli, daşnak erməni quldurları terror hadisələri törətmiş, azərbaycanlıları işgəncə ilə qətlə yetirmiş, çalışmışlar ki, Dərələyəz mahalında say tərkibinə görə ermənilər üstünlük təşkil etsin, azərbaycanlılar ata-baba yurdlarından ayrılsınlar.

 

Dərələyəz Ermənistanın ərazisində inzibati rayon olmuş, bu ərazi 1931-1956-cı illərdə Soylan, 1956-1991-ci illərdə Əzizbəyov rayonu olmuşdur. 1991-ci ildən isə millətçi erməni şovinistləri buranı Vayk adlandırmışlar. Əzizbəyov rayonunun ərazisi 1173 kv.km idi.

 

1920-ci ilə kimi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının 1920-1930-cu illərdə Ermənistan SSR-in Dərələyəz qəzasının tərkibində olmuşdur.

 

Arpa çayının yuxarı axarında yerləşən Dərələyəz mahalı Şərqdən Zəngəzur dağları, şimaldan Göyçə ilə-Basarkeçər dağları ilə əhatə olunmuşdur. Arpa çayının Pişonk, Dərb, Herher qolları Əzizbəyov rayonunun ərazisindən axırdı. Bura müxtəlif filiz yataqları və bazalt daşı ehtiyatları ilə zəngin idi. CermuxHerher çayları arasında ən böyük qoruq salınmışdır. 1831-ci ildə Əzizbəyovda azərbaycanlılar 1903 nəfər, ermənilər isə 872 nəfər təşkil edirdi. 1940-cı illərin sonunda Azərbaycan əhalisinin sayı 60 faizi ötmüşdü.

 

Azğınlaşmış, vəhşi ermənilər Dərələyəz mahalından hansı terror hadisələrini törətmişlər? 1918-ci ildə S.Şaumyanın Andranikin quldur dəstələri Göyçə mahalı ilə həmsərhəd olan Əzizbəyov rayonunda azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, günahsız insanları qəddarcasına qətlə yetirmişlər.

 

Novruz bayramı günlərində daşnaklar daha da azğınlaşmış, bir-birinin ardınca terror hadisələri törətmişlər. Hətta ermənilər böyük bir kənddə hiylə işlədərək barışıq bəhanəsi ilə azərbaycanlıları iri mal tövləsinə yığmış, sonra isə od vurub yandırmışdır.

 

Ağır itkilərə məruz qalan insanlar zülmdən yaxa qurtarmaq üçün qarda-çovğunda çətin dağ aşırımları ilə min bir müsibətlə Dərələyəzi tərk edib Azərbaycana üz tutmuşlar.

 

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Dərələyəzdən olan insanların bir qismi yenidən doğma ata-baba yurdlarına qayıtmışlar. Dağlar qoynunda yaşayan azərbaycanlıların illər keçdikcə, həyat tərzi yaxşılaşmış, ancaq onlar həmişə erməni xəyanəti ilə üzləşmişlər.

 

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistandakı ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olmuşlar. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiyası qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşdur.

 

1948-1953-cü illərdə Ermənistan ərazisindən Dərələyəz rayonunun bir çox sakinləri də deportasiyaya məruz qalmış və bu hadisələrə hüquqi-siyasi qiymət verilmişdir. Köçürülmə dövründə Dərələyəz sakinləri isti ərazilərdə məskunlaşmışlar ki, bu da acı nəticələrə gətirib çıxarmışdır.

 

“Dənizdən-dənizə”, “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni daşnakları 1988-ci ildə daha da azğınlaşmış, Mixail Qorbaçov kimi satqın, ermənipərəst qüvvələrin köməyi ilə Qərbi Azərbaycandakı azərbaycanlılar yenidən deportasiyaya məruz qalmış, ata-baba yurdlarından zorla qovulmuşonlar Azərbaycana pənah gətirmişlər.

 

Dərələyəz sakinləri köçürülmə zamanı yenə də çətinliklərlə üzləşmiş, onların Moskvaya vurduqları teleqramlara məhəl qoyulmamış, bu ədalətsizliyə Moskva gözlərini yummuşdur.

 

Artıq 30 ilə yaxın idi ki, Azərbaycanın 20 faizindən çox ərazisi ermənilərin işğalı altında idi. Nəhayət, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu işğala son qoyuldu. Müzəffər Azərbaycan Ordusu Paşinyanın ordusunu darmadağın etdi, əsgər və zabitlərimiz dəmir yumruqları ilə erməni quldurlarının başını əzdi.

 

Bu gün qürbətdə, erməni tapdağında qalan qədim oğuz ellərini, Məkkəm, qibləgahım hesab etdiyim Dərələyəz mahalını hayların tapdağında qoya bilmərik. İnanıram ki, gün gələcək, biz Dərələyəzi və Qərbi Azərbaycanda qalan digər ərazilərimizi də geriyə qaytarmaq uğrunda ölüm-dirim savaşına başlayacaq, türk qılıncı ermənilərin başına enəcəkdir. Ermənilər bilməlidir ki, İrəvan, Zəngəzur, Zəngibasar, Göyçə, Amasiya və digər ərazilər də əzəli Azərbaycan torpaqlarıdır!

 

 

 

Rəsul BAYRAMOV,

 

“Səyyar-A” MMC-nin direktoru

 

Respublika.- 2021.- 12 yanvar.- S.6.