QƏDİM AZƏRBAYCAN TORPAĞI ZƏNGƏZUR VƏ ERMƏNİLƏRİN XƏYANƏTİ

 

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazandı. Artıq Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yarandı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 ilə yaxın işğal altında olan torpaqlarımızı hərbi yolla yanaşı, apardığı qətiyyətli siyasi, informasiya, iqtisadi qələbələri və nailiyyətləri nəticəsində tamamilə heç bir dövlətdən kömək istəmədən azad etdi. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı, xalqın Prezidentinə inamı, Ali Baş Komandanın xalqa güvəni hesabına Ermənistan Ordusu döyüş meydanında 44 gün ərzində darmadağın olundu. Ermənilər 200 ildə görmədikləri ən ağır zərbəni ilk dəfə aldılar, erməni ordusu yerlə-yeksan oldu. Ali Baş Komandanın dəmir yumruğu onlara ilk dəfə olaraq son iki əsrdə kim olduqlarını anlatdı, dünya birliyində layiqli yerlərini onlara göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünyanın aparıcı informasiya kanallarına müxtəlif dillərdə verdiyi 30 müsahibəsi ilə həm də düşməni informasiya savaşında ifşa edib, məğlub etdi.

 

Ermənistanın Baş naziri Paşinyan məğlub olduqlarını etiraf edərək kapitulyasiya aktına imza atdı. Amma Azərbaycan xalqı 30 il ərzində erməni faşistlərinin ərazilərimizdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeylərin dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb aparılmasını və iki əsr ərzində ona vurduğu mənəvi zərbəni heç vaxt yadından çıxarmayacaqdır.

 

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin dediyi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.

 

Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı yeddi rayondan ibarət olub, onun dörd rayonu: Qafan, Gorus, Qarakilsə (Sisiyan), Meğri hazırda Ermənistan ərazisində, üç rayon Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir. Zəngəzurun ümumi sahəsi 7 892 kvadratkilometr olub, 2020-ci il Vətən müharibəsində Zəngilan, Qubadlı, Laçın rayonları işğaldan azad olunandan sonra onun 4505,5 kvadratkilometr sahəsini əhatə edən Qafan, Gorus, Qarakilsə (Sisiyan), Meğri rayonları 100 ildən artıqdır ki, yenə erməni işgalı altındadır. 1920-ci ildə Zəngəzurdan qoparılıb daşnaklara verilən bu ərazi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 kvadratkilometr çoxdur.

 

1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz ), 91-i kürd kəndi (27,8 faiz) və 1813-1828-ci illər müqavilələrindən sonra bura köçürülən yalnız 81 erməni kəndi (24,8 faiz) təşkil olunmuşdur.

 

Zəngəzur adındakı “zəngi” leksik vahidi tədqiqatçılara görə, türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın bir çox yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır: Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə 24 Oğuz tayfasından biri olan “zəngi”nin adı keçir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub.

 

Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında (s.26, 42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi.... Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsaonun nahiyələrinə hakim təyin etdi...”.

 

Digər tədqiqatçıların fikrincə isə, Zəngəzur sözündəki ikinci leksem ərəbcə “surdağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib). Bu ad ərazinin relyefini düzgün səciyyələndirir - yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor ifadələri daşlaşıb qalıb. Eyni zamandazorsözü QafqazAnadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da gen-bol işlənməkdədir; zor yer, zor kişi, zor adams. Zəngəzur sözünün sonundakı “zurtürk dilində “dərə”, “yarğan” mənasını da daşıyır.

 

Zəngəzurun digər bölgələri Laçın, Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs ziyarətgahını da tədqiqatçılar Babəkin adı ilə əlaqələndirirlər.

 

Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərkibində 1918-1920-ci illərdə Zəngəzur qəzası da daxil olmaqla Şuşa, Cavanşir, Cəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar. Amma faktik olaraq o vaxt daşnak general Andranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmizləyib, orada qubernatorluq elan etmişdi. Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan sonra 1922-də ABŞ-a sığınmış, 27-ci ildə ölmüş, Kaliforniya ştatının Fresno şəhərində basdırılmış, cəsədi 28-ci ildə Parisə, 2000-ci ildə isə Yerevana gətirilmişdir.

 

O vaxt sovet Azərbaycanının rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər.

 

O vaxt təzə sona çatmış Birinci Dünya müharibəsindən sonra ən ağır zərbələrdən biri də Azərbaycana dəydi. Müttəfiq dövlətlər, ardınca da bolşevik Rusiyası Anadoluda itirdiklərinin əvəzini Azərbaycandan çıxaraq, Azərbaycan torpaqlarında yox yerdən Ermənistan adlı dövlət yaratdılar. 200 ildən artıq bir zamanda müstəqil dövlətçilik ənənələrini itirmiş, xanlıqlara parçalanmış, rusla farsın əlində oyun meydanına çevrilmiş binəva Azərbaycan torpaqlarının bir hissəsi bu dəfə Rusiyaya (Dağıstan MR), Ermənistana və Gürcüstana bəxşiş edildi.

 

Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırımı və deportasiya siyasətinin ən qanlı səhifələrindən biri də 1919-cu ilin dekabr, 1920-ci ilin yanvarında yazılmışdır. Əfsuslar olsun ki, bu hadisələrdən bir əsrə yaxın vaxt keçsə də, Azərbaycan xalqı bu qanlı faciələrin əsl mahiyyətindən, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyillər.

 

1920-ci il noyabrın 29-da Ermənistanda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olunanda, hələ bölgələrdə daşnak hökuməti tam süqut etməmişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu... Qərarda Zəngəzurun Ermənistana verilməsi üçün Azərbaycanın Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə - Kürdüstan qəzasına bölmək təklif edilirdi. Bu birgə iclasın qəbul etdiyitarixi” qərara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibini də bilmək maraqlı olardı: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov.

 

Ümummilli lider Heydər Əliyev demişdir: “ ...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

 

Tarixə nəzər saldıqda görürük ki, XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, Çar Rusiyası dövründə isə o, Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olubdur.

 

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulandan sonra isə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.

 

Daha qədim tarixə getsək, görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanına çevrilibdir. Ərəblər məhz Cənubi Azərbaycan - Naxçıvan-Biçənək -Gorus - Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

 

Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisiyan) və Gorus bölgələrini əhatə edib.

 

1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuş, 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirib, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşmışdır.

 

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutub, bu yerləri xarabazara çevirib, 10 min ailəni buradan imperiyasının şərqinə - Əfqanıstana köçürdüblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salmışdır. Yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırmışlar ki, sonralar bu ad fonetik dəyişimə uğrayaraq “əfqan”a çevrilib.

 

Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşüb. I Şah Abbasın (1571 -1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar zamanı müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində onun verdiyi köç fərmanına əsasən hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişlər.

 

Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdu. 1748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlü sayəsində Zəngəzur ellərini - Bərgüşad, Tatev, Sisiyan, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatdı və bu ərazilər Qaraçorlu mahalı adlandırıldı. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır.

 

QafqazZaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol (Gəncə) quberniyası yaradılmışdı. 1861-ci ildə yaradılmış Zəngəzur qəzası, Bakı quberniyasından ŞuşaNuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı - Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu.

 

1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Bu gün bunlardan heç biri mövcud deyildir, erməni vandalları, terrorçuları tərəfindən yerlə-yeksan edilmişdir. Amma indi tarixə Fateh sərkərdə kimi düşəcək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olduqdan sonra ermənilər dünyaya səs salaraq, yalvararaq öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxın yaşadıqları Qarabağın Dağlıq hissəsində onların nə tarixi abidələri ola bilər?.. Əgər varsa belə, o da onların saxtalaşdırdığı qədim Alban məbədləridir... Ermənilər yenə də unudurlar ki, onlardan fərqli olaraq azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxır. Xalqının daxili xislətini yaxşı bilən öz şairləri Ovanes Tumanyanın yazdığı kimi onlar daxildən xəstədirlər: “ həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”.

 

Ermənilər yenə də bilmək istəmirlər ki, Azərbaycan tolerant xalqdır. Onlardan fərqli olaraq 30 ildə işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstündə qoymasalar belə, Azərbaycan xalqına bir trilyon 300 milyard ABŞ dollarından çox zərər vursalar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib ... heyvanlar saxlasalar da, qacarkən dağıtsalar da, körpülərimizi partlatsalar da, Azərbaycan xalqı Bakı şəhərində, hətta onların kilsələrini, kilsədə saxlanılan 5 mindən artıq kitabı qoruyur. Onlar işğal etdikləri torpaqlarımızdan qorxaqcasına qaçarkən ağaclarımızı kəsib, meşələrimizi, evlərimizi yandırsalar da, biz onların kilsələrini qaz ilə isidirik. Ermənistanda bir nəfər olsa belə kənar millətin nümayəndəsinin olmamasına baxmayaraq, Azərbaycanda 30 mindən artıq erməni sərbəst gəzir, arxayın, təhlükəsiz yaşayır. Ermənilər unudurlar ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır...

 

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir : “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

 

Həqiqətən də 1800-cü illərin əvvəllərinə qədər Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə, hətta bir adam da yaşamayıb. Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən - əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir.

 

Bu gün dünyaya zəhərli həşarət kimi yayılmış ermənilər qırxa yaxın böyük həcmli lirik povestlər və gərgin sujetli romanlar, dedektiv əsərlərin müəllifi olan Tahir Kazımovun “Talelərini özləri yazanlar” roman-epopeyasında yazdığı kimi “ ...bu millətin nə torpağı, nə də dövləti olmayıb, İrəvan xalqı da, indi Ermənistan Respublikası adlanan ərazi də hamısı Azərbaycanın ərazisi olub, XX əsrin iyirminci illərində bolşeviklər, başda Lenin, Stalin, Mikoyan olmaqla, o torpaqları ermənilərə güzəşt ediblər... Onlar Hindistanın qaraçı nəslindəndirlər...yersiz, yurdsuz, yuvasız ... hər yerdə də sakit oturmur, qan -qan deyirlər...”.

 

Bu misraları bir oxucu kimi mən də oxuyanda, Sovet dövrü orta məktəbdə oxuyarkən 26-ların liderlərindən biri kimi təbliğ olunan, azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı Stepan Şaumyanın niyə məhz Hindistana - əcdadlarının yanına qaçdığı, ömrünü orada sona vurduğu - ermənilərin Hindistanın qaraçı nəslindən olduqlarını bir daha təsdiq edir. Yeri gəlmişkən bu dəyərli 6 kitabda ermənilərin üzünü, “... sən kimsən...sən oğru, fırıldaqçı, casus, xəyanətkar, ümumiyyətlə ermənisən” -publisist Tahir Kazımovun dahilərin dilindən ermənilər haqqında deyilən yazdığı bəzi fikirləri də oxucuların diqqətinə çatdırmaq istəyirəm:

 

Sədi Şirazi deyib ki, ermənilər yer üzünün əhri-məri, insanlığın düşmənidir, düşməni...

 

Fransız səyyahı Qraf de-Qöle yazırdı: “Erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.

 

V.Veliçko: “Həmişə dəyişkən sərhədləri olan, şübhəli erməni çarları hər vaxt güclü qonşu ölkələrdən asılı olub və həmişə sistematik olaraq onlara xəyanət edib. Hara ona sərfəlidir, ora onun vətənidir”.

 

İsveçrə şərqşünası Adam Mete yaxşı təsvir etmişdir: “Ermənilər ağdərili qulların ən pisidir. Onlar dəyənək və qorxu altında yaxşı işləyirlər”.

 

Bu da İtalyan alimi Tasitin dediyi kimi “...ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar” - yazdığının bir daha sübutudur.

 

Alman səyyahı Alfred Kyortedin erməni milləti haqqında dediyibir yunanın iki yəhudini, bir erməninin isə iki yunanı aldada bilməsi haqqında” zərbi-məsəli bir daha onların kim olmalarının təzahürüdür.

 

Rusiyanın vaxtı ilə Van və Ərzurumda baş konsulu Mayevski isə “Xatirələr”ində yazırdı “... həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar...”.

 

....Erməninin dilindən “...bizlər satılmış hind qaraçılarıyıq...Yaxın Şərqdə, kiçik Asiyaya yayılmışıq, güclülərə qul olsaq da, ərəblərlə, bizanslarla, türklərlə və bir çox dövlətin insanları ilə yola getməmişik... həmişə torpaq üstündə üsyanlar etmişik”. “Ermənilər qul mənşəli olublar”.

 

Məşhur Polyak tarixçisi və hüquqşünası Adam Mixnik “...Keçmişdə Azərbaycan torpaqlarının qoparılması uğrunda mübarizədə olduğu kimi siyasi yalan, böhtan, ikiüzlülük, yaltaqlıq, alçaqlıq və məkrə əl atan erməni şovinistləri elə indi də himayədarlarına arxalanaraq tarixin yeni mərhələsində köhnə naftalin iyi verən səbəblərdən Azərbaycana qarşı misli görünməmiş münaqişəni genişləndirmişlər”.

 

1795-ci il yanvarın 4-də Moskvada, zabitlər ailəsində dünyaya gəlmiş,1818-ci ilin iyul ayında rus missiyasının katibi kimi, 1821-ci ildə isə yenə də İranda Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsində işləmiş, 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış etmiş, 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak etmiş, sonra isə İranda rəsmi səfir təyin edilib, elə həmin ildə Tehranda səfirlik binasında qətlə yetirilib, meyiti Tiflisə aparılmış, ermənilərin Qafqaza köçürülməsinin səbəbkarı və təşəbbüskarından biri olan A.S.Qriboyedovun rus imperatoruna məktubundan: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına imkan, icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə 10 il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar, “bura bizim dədə-baba torpaqlarımızdır”, deyəcəklər.

 

Gevork Aslan erməni tarixçisi: “ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”.

 

Dünya Birliyi ermənilərin qayıdıb Qarabağın dağlıq hissəsində yaşamasına canfəşanlıq edirlər. Görəsən onları son 115 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən cox azərbaycanlının - indi 400 mindən çox (Qarabağa qayıtması arzu etdikləri 40 min ermənidən 10 dəfə çox olan) azərbaycanlıların taleyi niyə maraqlandırmır?..

 

Biz də əzəli torpaqlarımıza nəyin bahasına olursa-olsun qayıtmaq istəyirik!!!

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.

 

Respublika.- 2021.- 15 yanvar.- S.5;6.