Polis ictimai asayişi, təhlükəsiziyi və qanunauyğun davranışları təmin edir

 

Azərbaycan dünyanın çox mühüm cografi məkanında yerləşir. Böyük güclərin ölkəmizə maraqlarını və iştahlarını da nəzərə alsaq, regionumuzun nə qədər həssas bölgədə olduğunu və sabitliyə nə qədər ehtiyacı olduğunu anlayarıq. Heç çəkinmədən “bu sabitliyə nail olmuşuq” deyə bilərik və məmləkətimiz stabil ölkə kimi dünyada öz imicini təsdiq edib. Bu nailiyyət isə Azərbaycanın güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğunhüququn qorunmasını təmin edən peşəkar polis sisteminin fəaliyyəti ilə qazanılıb. Ölkəmizdəki sabitliyin, əmin-amanlığın, ictimai asayişin qorunub saxlanmasında Azərbaycan polisinin üzərinə böyük məsuliyyət düşür. Polislərimiz də bu məsuliyyətin, ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Etiraf edək ki, bəzən Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv fikirlər irəli sürənlər, asayiş keşikçilərinin fəaliyyətinə kölgə salmağa çalışanlar olur. Əlbəttə, bu istisnalar da var. Amma unutmayaq ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanunauyğun davranışlarını təmin edir. İnanın, kimsə onlar haqqında narazı bir ifadə işlədəndə hər kəlmə qəlbimə toxunur. İstər-istəməz ulu öndərin bu sözlərini xatırlayıram. “Siz bilin, polisi danlamaq da olar, ondan narazı qalmaq da olar... Amma polisi sevmək lazımdır. Polis olmasa sizin heç biriniz rahat yaşaya bilməyəcəksiniz”.

 

Vətənimizin hər yerində olduğu kimi, Yevlax rayonunda da 27 sentyabr tarixindən başlayaraq ölkəmizdə elan olunmuş həm hərbi vəziyyət, həm də koronavirusla mübarizədə polis işçilərimiz arxa cəbhədə böyük fədakarlıq göstərmişlər və xidmətlərinə davam edirlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin həyata keçirilməsi üçün rayon polis şöbəsinin əməkdaşları ictimai qaydaların qorunması, təhlükəsizliyin təmin edilməsi, vətəndaşların evdən çıxmaması tələbinə riayət olunmasına nəzarəti həyata keçirirlər. Onlar hər bir küçə və prospektlərdə rayon sakinləri ilə izahedici profilaktiki söhbətlər aparır, infeksiyanın ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə, tənəffüs yollarını qoruyan maskalardanbaşqa gigiyenik qaydalara əməl olunmasının vacibliyi barədə tövsiyələr verir, insanları maarifləndirirlər. Polis maşınları prospekt və küçələrdə səsgücləndiricilər vasitəsilə bir an belə təbliğatı unutmurlar. Hələ sərtləşdirilməmiş rejim olanda marketlərdə, digər alış-veriş yerlərində, bankomatların qarşısında insanlar arasında ara məsafələrin saxlanmasını təşkil edirdilər. Bəzən küçədə, ictimai nəqliyyat vasitələrində maskalardan istifadə etməyən insanlar arasında maarifləndirmə aparsalar da onların sözünü dinləməyib, “özüm bilərəm” üsulundan istifadə edənlər də olur. Əlbəttə, belə hallarda polis əməkdaşı qanunun ona verdiyi hüququ, səlahiyyəti tətbiq etməyə məcbur olur.

 

Qeyd etmək yerinə düşər ki, koronavirus pandemiyası ilə mübarizədən nisbətən qalib çıxan dövlətlərdən biri də Azərbaycandır ki, bu uğurun əldə olunmasında ölkə başçısı cənab İlham Əliyevin qabaqlayıcı tədbirlər görməsi ilə yanaşı, polislərimizin də rolu danılmazdır. Vətəndaşlar evdə oturmağa məcbur edilsə də, onlar əhalinin maksimum bu bəladan qorumaq üçün gecə-gündüz başındadırlar.

 

Belə gərgin bir dönəmdə rayonumuzun polisləri vəzifə öhdəliklərini əsas tutub, bəzən həyatlarını və sağlamlıqlarını təhlükəyə ataraq, hər birimiz üçün məsuliyyət daşıyırlar. İnsanların rifahı üçün günlərlə evlərinə, ailələrinə gedə bilmirlər. Stasionar postlarda piyadaavtopatrul marşrutlarda xidmətdə cəlb edilən əməkdaşlar tələb olunan hər şeyin qaydasında olması üçün səylərini səfərbərliyə alırlar, hər biri vicdanla və məsuliyyətlə çalışır.

 

Şəhər rəhbərliyi, həmçinin Polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev, baş ədliyyə müşaviri, rayon prokuroru Ceyhun Almasov keçirilən reydlərdə şəxsən iştirak edir, vəzifələrini kabinetlərdə deyil, cəmiyyətin içində, gərgin şəraitdə icra edirlər. Gerçəkdən bir cəbhədə savaşır kimi mübarizə aparırlar. Təki insanlar az yoluxsun, rayon əhalisi rifah içində yaşasın, xəstəlik yayılmasın. Polislər vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində öhdələrinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq onlara bəslənən inam və etimadı doğruldurlar.

 

Bir sözlə, polislərimiz hər zaman rayon sakinlərinin yanındadır. Cəmiyyətlə polis arasında sədd aradan götürülüb, münasibətləri zədələyən heçyoxdur, güvən, inam, sevgi yaranıb. Həm də unutmayaq ki, bir xoşagəlməz hadisə baş verəndə birinci polisə müraciət edirik. Çünki polisin vəzifəsi asayişin keşiyində dayanmaq, vətəndaşın təhlükəsizliyini təmin etməkdir.

 

Həftənin 7 gününü, günün 24 saatını, bir sözlə, bütün həyatımızı sabitlik, dinclik içərisində keçirmək hər birimizin arzusudur. Arzumuz həqiqətə çevriləndə isə içimizdə bir minnətdarlıq etmək duyğusu yaranır. Bax, elə məndə də bu hiss baş qaldırıb: polislərə minnətdarlıq etmək. Bəli, nə polisin yaranma tarixidir, nə də onlarla bağlı hansısa hadisə baş verib. Sadəcə, polis əməkdaşlarının gərgin zəhmətləri, yuxusuz gecələri, Vətən üçün hər an canlarından keçməyə hazır olmaları məni bu yazını qələmə almağa sövq etdi. Və belə vaxtlarda “Mənim polisim, məni qoruduğun üçün sağ ol” demək, məni, səni, bizi hər cür təhlükələrdən qoruyan polis üçün ən böyük mükafatdır.

 

 

 

Əminə YUSİFQIZI,

 

respublikanın əməkdar jurnalisti.

 

Respublika.- 2021.- 22 yanvar.- S.6.