Nizami Gəncəvi – 880: Hikmət və fəlsəfə şairi

 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, simvolik yaradıcılığı ilə məşhurlaşan görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın məvəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilinNizami Gəncəvi ilielan edilməsi haqqında sərəncam imzalamışdır.

 

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

 

Dövlətimizin başçısı qüdrətli sözfikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu il ölkəmizdə “Nizami Gəncəvi ilielan edib.

 

Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

 

Bu ilinNizami Gəncəvi ili” olması ilə bağlı qərar təkcə ədəbiyyatımıza, şair-yazıçılara verilən önəm deyil, həm də bunun dərin siyasi mənaları var. 2021-ci il həm də Nizami Gəncəvinin yubileyidir. Bu, həm də ətrafımız, ümumilikdə bütün dünya üçün bir mesajdır ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Gəncədə doğulub, yaşayıb və burada dünyasını dəyişib. Bu il dünyanın diqqəti Azərbaycan mədəniyyəti və ədəbiyyatına yönələcək. Həm dahi Nizaminin irsi təbliğ ediləcək, həm də bütün dünyada onun qüdrətli Azərbaycan şairi olması təlqin olunacaq.

 

Nizami elə bir xəzinədir ki, hər zaman araşdırılmalı və bu ardıcıl şəkildə davam etdirilməlidir. Azərbaycan cəmiyyəti Nizami Gəncəvini yaxşı tanıyır, orta məktəblərdən tutmuş, bütün səviyyələrdə tədris və təbliğ edilir.

 

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, yaxın və orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə” si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair bir çox davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına təkan verir.

 

Yaradıcılığı zəngin olan müdrik Nizami Gəncəvi hikmət və fəlsəfə şairi olmuşdur onun yaradıcılığı çoxşaxəlidir və yeniyetmələrin tərbiyəsindən tutmuş dövlət idarəçiliyinə qədər müxtəlif sahələri əhatə edir.

 

Nizami Gəncəvi yaradıcılığının təbliği baxımından onun daha bir əhəmiyyətli tərəfi odur ki, son yüz əlli ildə Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Avropada və Şərq ölkələrində də çoxsaylı alimlər var ki, onun yaradıcılığına yaxşı bələddirlər.

 

Nizaminin bütün hikmətli fikirləri, fəlsəfi düşüncələri nəzmə çəkilmiş hekayələr, dastanlar içində yerləşdirilib. Nizami rəvayətlər, hekayətlər və hadisələr xəzinəsidir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 880 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Dahi sənətkarın 1981-ci ildə ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubileyi mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib, ictimaiyyət tərəfindən razılıqla qarşılanıb.

 

 

 

Aytac ASLANLI,

İstanbul universitetinin

magistri.

 

Respublika.- 2021.- 27 yanvar.- S.6.