Mənəvi qəhrəmanlığın
fəlsəfəsi
Tahir
Şirin oğlu Kazımov: Yazıçı, “Kino xadimi”,
“Əməkdar Mədəniyyət işçisi” 1969-1997-ci
illərdə Azərbaycan Dövlət Daxili İşlər
Nazirliyində müxtəlif rəhbər vəzifələrdə,
2000-2004-cü illər Azərbaycan Milli Aerokosmik Agentliyində
institut direktorunun müavini, 2004-2018-ci illər Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasında şöbə müdiri olaraq dövlət
qulluğunda çalışmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələri, Qarabağ müharibəsi və Daxili İşlər Orqanının veteranıdır.
Dağın böyüklüyünü, ucalığını və əzəmətini dağlar bilər... -demiş ulu babalar. Müdrik əcdadlarımız bu qəbildən olan insanları taleyin bəxtəvərləri sanmışlar. Bu nadir sənətkarları dərin dənizlərin qaranlıq dibində sədəf içindəki inciyə bənzətmişlər. Və demişlər ki, nə qədər ki, sədəf dənizin dibindədir və nə qədər ki, inci sədəfin içində qapalıdır, onun qiyməti-dəyəri bilinməz... Nə zaman ki, sədəf dənizin dibindəki zülmətlərdən çıxarılar, onun içindəki incilər ən dəyərli və qiymətli daş-qaş kimi hökmdarların taclarını süslər... Və tacların dəyərini daha da artırar...
Bu müdrik düşüncələr Azərbaycanımızın elm və təhsil, müsiqi və rəssamlıq, ictimai fikir və ədəbiyyat tarixində möcüzələr yaradan sənətkarlara keçmiş zamanlarda şahidi olmuşuq, bugünki dünyamızda da şahidi olmaqdayıq.
Avropa alimləri belə şəxsiyyətlərin böyüklüyünü kəmiyyətlə deyil, keyfiyyətlə ölçürlər.
Belə dəyərli sənətkarlarımızdan biri də yazıçı Tahir Şirin oğlu Kazımovdur. Amma bu çox mahir müasir Azərbaycan ədəbiyyatı tarixində bənzəri olmayan sənətkarın ədəbi yaradıcılığı elə geniş və əhatəli, elə çox şaxəli və elə dərin mənalıdır ki, bir qəzet məqaləsinə sığacaq mahiyyətdə olmasa da yazıçının özü haqda təsəvvür yaratmaq cəsarətini nümayiş etdirəcəyik. Özəlliklə tarixi romanları (epopeyalar) barədə...
Tahir Kazımovun monumental tarixi bədii əsərlərində yalnız Azərbaycan türklərinin keçmişi deyil, bir çox Şərq xalqlarının tarixləri də qələmə alınmışdır. Yazıçının yazdığı bədii tarixi əsərlər iftixar ediləcək qədər, daha doğrusu, Türkiyə Cümhuriyyəti dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi: “ Tarixi yazmaq tarixi yaratmaq qədər şərəflidir”. Çünki millətin tarixini yazanlar, özəlliklə xalqın şanlı keçmişini, qüdrətini, qəhrəmanlığını millətin özünə yenidən yaşadır. Bundan böyük şərəf ola bilərmi?
Tahir Kazımov tarixi bədii əsərlərində yalnız bir yazıçı kimi deyil, həm də bir dövlət xadimi kimi düşünür, bəzən də bir filosof kimi qarşımıza çıxır: əsrlərdən, min illərdən, milyon illərdən bəri maddi güclər-dövlətlər, imperiyalar, ictimai quruluşlar, sivilizasiyalar yaranır, inkişaf edir güclənir, dağılır, məhv olur və sonunda tarixin zülmətlərində qərq olurlar. Bütün varlıq, kainat, əbədiyyət bu dialektik qanuna, yaradılışın bu əbədi gərdişinə məhkumdur. Və bizim dünyamızın sonunadək bu oyun davam edəcəkdir. Yazıçı onu da təsdiq edir ki, xalq üçün, millət üçün, vətən üçün əbədi qalacaq bir şey varsa, yalnız tarix və mədəniyyətdir. Yəni qılınc deyil, qələmdir! Zülm deyil, haqq-ədalətdir! Haqqın zülm üzərində zəfəri, xeyrin şər üzərində qələbəsidir! Yəni bir millət qəhrəman bir keçmişə və güclü bir mədəniyyətə, sarsılmaz, güclü bir mənəviyyata sahibdirsə, o xalqı diz çökdürmək olmaz! Yəni son nəticə etibarilə milləti tarixdən silə bilməzsən.
Böyük mədəniyyət mənəvi güc deməkdir. Mənəvi gücü olmayan bir millət ümidsizliyə, ümidsizlik isə ölümə məhkumdur. ümidsizlik ölməkdən də betər bir fəlakətdir. Bir milləti diz çökdürmək üçün onun daxili bədxahları və xarici düşmənləri ilk növbədə millətin mənəvi gücünə, yəni mübarizə ruhuna, öz inamına, öz qüdrətinə, sarsılmazlığına, böyüklüyünə, əyilməzliyinə, yəni dahilərinə və tarixi qəhrəmanlarına təcavüz edirlər. Onları yox etmək üçün yalnız dağıdıcı gücdən (silahdan) deyil, ən alcaq vasitələrdən: satqınlıqdan, xəyanətlərdən, məkr və fitnə-fəsadlardan istifadə edirlər.
Çünki bir millətin mənəviyyatı cürüməyincə, yəni onun mənəvi müqavimət gücü ölməyincə, onu məhv edib, tarix səhnəsindən silmək qeyri-mümkündür. Bir millət pozğunluğa uğramayınca, yəni hakimiyyət zirvəsində olanlar, hakimiyyət və paradan başqa korrupsiya yolu ilə Allah tanımayan yırtıcı canavarlara dönməyincə; aşağıdakılar isə, yəni xalq kütləsi bir-biri ilə boğuşan pozğun əyyaşlar sürüsünə çevrilməyincə, o millətə baş əydirmək, diz çökdürmək olmaz. Və nəhayət bir millət haqq-ədaləti, şərəf və qəhrəmanlığı ruhunda bəslədikcə, yəni vətən əsir olduqdan sonra həyat mənim nəyimə gərəkdir” və ya “azadlıq zəncirə vurulsa, vətən mənə zindan olar”-fəlsəfəsi və mənəvi gücü ilə vətən, azadlıq uğruna mübarizəyə qalxmayınca, o milləti tarix səhnəsindən yox etmək xəyalı bir əfsanədir. Böyük türk şairi Tofiq Fikrətin şeirində olduğu kimi:
Zülmün topu var, gülləsi var, qalası varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Üz döndərmə günəşdən nə qədər üzü qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
“Haqqın bükülməz qolu, dönməz üzü vardır”-elə qüdrətli mənəviyyat deməkdir. Güclü mənəviyyat bir xalqın ölüm-qalım anında hər şeydirsə, mənəviyyatsızlıq dəhşətli bir bəla, bir xalqın diz çökümü, bir millətin məhvi deməkdir. Mənəvi yoxsulluq dələduzları qəhrəmanlıq zirvəsinə qaldırıb, qarşısında baş əyməkdir. Surət Hüseynov kimiləri “Şöhrət” ordeni ilə şərəfləndirib yüksəklərə qaldırdıqları kimi... Mənəviyyatsızlıq xalqın sərvətini dağıdıb, ehtiyac zəncirləri ilə onun qüdrətini fəlc etməkdir. Mənəviyyatsızlıq yazıçıları, tarix yazan alimləri orden və mükafatlarla “şərəfləndirməkdir”, hakimiyyət taxtlarında oturan şərəfsizlər millətin qəhrəmanlıq tarixini xalqa unutdurub, yalan uydurma tarixlər yazdırmaqdır, millətə aşağılıq duyğusunu və düşüncəsini aşılamaqdır. Əslində Qarbaçov-Yazov qaragürühunun Ulu Öndər, Heydər Əliyevi yüksək hakimiyyət zirvəsindən endirmələr və silahsız xalqın üzərinə tank ordusu yeritmələr bu məqsədə xidmət edirdi... Yəni Moskvanın məqsədi xalqı böyüklüyündən, qüdrətindən, dahisindən məhrum etmək idi. Fəlsəfi mənada bu o demək idi ki, ey bədbəxt biçarə xalq, sən dahilər, qəhrəmanlar yaratmaq qüdrətində deyilsən... Amma tarix göstərdi ki, Qorbaçovlar Heydər Əliyevi hakimiyyət zirvəsindən endirsələr də, yüksək şərəf və dahilər zirvələrindən endirə bilmədilər. Həmin o şərəf və uca mənəviyyat zirvəsi idi ki, Ulu Öndəri yenidən hakimiyyət olimpinə ucaltdı və xalqın qəlbindəəbədi taxt qurdu... Qorbaçovlar isə... 15 müstəmləkədən ibarət olan və SSRİ adlanan bir imperiyanın xarabələri altında tarixin zülmətinə qarışdı.
***
Taleyin qəribə təsadüflərimi, mütləq bir qanunauyğunluğun təntənəsimi, qeyri adi qorxmazlıqmı, qarşısı alınmaz cəsarətmi Tahir Kazımovu həyatın ən ağır keşməkeşlərindən şərəfləçıxarmışdır.
Ölüm dəfələrlə buz qanadlarını Tahirin üzərinə gərmiş, o dəfələrlə ən qorxunc, ölüm-qalım əməliyyatlarına rəhbərlik etmiş, hakimiyyət tərəfindən haqsız təzyiqlərə məruz qalmış, amma haqqın zülm üzərində, xeyrin şər üzərində qələbəsindən vaz keçməmişdir...
Ölümə
meydan oxuyanlara tale yar olur! Yeddi qapı
arxasında gizlənən qorxaqlarıölüm özü cənginə
keçirir.
Bu nəydi? Ədalətin gücüylə
övladlarını qoruduğu və xilas etdiyi yüzlərcə,
minlərcə anaların xeyir-duasımı? Yoxsa bütün qüdrətlərin üzərində
qüdrət əli olan Tanrıydımı onu qoruyan?
Göydəki görünməz mələklərmi
qanadlarını gərirdi haqq uğrunda
çarpışanların üzərinə?..
Bəlkə Allah haqsızlığın və
ölümün gözünün içinə baxmaqdan
qorxmayan sevimli bəndələrini gələcəkdə daha
böyük və xeyirxah əməllər üçün
qoruyub saxlayır?
Bəlkə gəncliyindən bəri vəzifəsinə,
içdiyi sədaqət andına və ona möhtac
olanları heç vaxt darda qoymadığına görə
tanrının Tahirə bir lütfü və kəraməti
idi? Bəlkə Allah haqqı və ədaləti qoruyan
bu nəcib cəsarətin və mənəvi qəhrəmanlığın
məhv olmasına rəva görmürdü? Bütün bu bəlkələrin hər birində
haqqın gücü vardı. Bu hər nə idisə
ilahi bir ədalətin təcəlləsi idi...
...
Sonralar, illər keçdikcə, dövlət vəzifələrində
geniş miqyaslı ideyaları maddiləşdirmək
gücünə və zəkasına, böyük kollektivləri
idarə edəcək məharətinə, ona tabe olanların
gücünü və enerjisini bir axına yönəldib
istiqamətləndirmək qüdrətinə, yəni əsl
idarəçilik və rəhbərlik istedadına malik
olduğunu görərək vətənə və dövlətə
daha böyük faydalar vermək üçün tale onu layiq
olduğu yüksəklərə qaldırırdı.Və
harada olursa-olsun, hansı vəzifələri
daşıyırsa-daşısın, tabeçiliyində
olanların arasında səmimiyyət, doğmalıq atmosferi
yaradırdı.
Amma o, Tahir nə qədər insanpərvərdisə,
onun qanadları altında olanları bağrına basacaq qədər
rəğbət bəsləyirdisə, nizam-intizam və
qanunlara riayət məsələsində son dərəcə
ciddi və barışmaz idi. Çünki Tahir
Kazımova görə, yalnız dövlət nizam-intizamı
deyil, ümumiyyətlə fəlsəfi mənada da dünya,
bütün aləm, kainat nizam-intizam üzərində bərqərar
olmuşdur. Amma əllərinə güc
verdiyimiz (hakimiyyət) adamlar qanuna xəyanət edəndə,
yəni qanunların gücündən öz şəxsi maddi
maraqlarıüçün sui-istifadə edəndə, bu,
Tahirə görə heç bir ölçüyə
sığmaz və bağışlanmaz bir haqsızlıq idi
Burada yersiz mərhəmətə, zərif insanlıq
duyğularına yol vermək olmazdı. Bu
yerdə o, Nitsşenin təbiriylə hərəkət edərdi.
Yəni
alman filosofu Fridrix Nitsşe deyirdi: “Mərhəmət dar
ağacına gedən yoldur”.
Bu fikir xüsusən siyasətdə və güc
strukturlarında daha böyük və ciddi mənəviəhəmiyyət
kəsb edir.
Qanun adamları da bir insan olduğu üçün - deyə
münasibətini bildirirdi Tahir Kazımov səhv edə bilər,
günah işlədə bilər. Yəni, mərhəmət
nümayiş etdirmək mümkündür. Amma qanuna xəyanət edəndə bu, Tahir
üçün heç bir ölçüyə
sığmaz, bağışlanmaz günah, hətta cinayət
idi.
***
Tahir müəllim güləndə, daha doğrusu
üzünə təbəssüm çökəndə
gözləri nur saçırdı. Bu nurdan sanki on illərin
əziz dostu kimi bir doğmalıq yaranırdı. Ciddi, zabitəli çöhrəsində, mərd
gözlərin nəvazişli baxışlarında elə bir
doğmalıq vardı ki, orada sanki həyatda nə zamansa
itirdiyi əziz bir insanı xatırladırdı. Və onun üzü birdən-birə elə cazib bir
təbəssümlə işıqlanırdı ki, zabitəli
gözlərin baxışlarındakı soyuq ciddiyət bir
anda yox olurdu. Amma gözlərinə diqqətlə
baxanda sanki baxışlarında ürəyi riqqətə gətirəcək
bir həzinlik vardı. Bu həzinlik bir
zamanlar itirdikləri əzizlərinin həsrətimi idi, dərdimi?
Bəlkə qəlbində inləyən
Xocalı fəlakəti idi? Bəlkə 27 il əsarətdə fəryad qoparan ata yurdu Cəbrayılın
iztirabıydı? Bəlkə illərcə hər birimizin
içində yıxılan, tarı-mar olan Şuşa
dağımızdı? Axı dövlət
adamlarıüçün bu yaralar daha ağır olur. Çünki onlar ürəklərinin dərinliklərində
özləri üçün vicdan məhkəməsi qururlar
və özlərini qınayırlar ki, görəsən vəzifə
başında olanda hansı məqamda hansı səhvlərə
yol verilmişdi ki, bəşəriyyətin üz qarası
olan ermənilər vətənimizdə,
torpağımızda meydan sulayırdılar? Bu onların böyük vicdanlarının əzab
dolu fəryadıydı. Axı Xalq Cəbhəsinin
hakimiyyəti və Xalq Cəbhəsindən əvvəlki
iqtidarlar dövründə Azərbaycanın mərd
oğullarının güclü potensialından, yəni
dövləti idarə etmək istedadından və məharətindən
düzgün istifadə olunsaydı, yəni o zamanlar güc
nazirliklərinin başında vicdan şərəfindən məhrum
olanlar deyil, yəni Rəhim Qazıyevlər, İsgəndər
Həmidovlar, Surət Hüseynovlar deyil, mənəviyyatca
qüdrətli, şərəfli vətən
oğullarımız olsaydı, emənilər 8 Noyabr 2020-ci ilə
qədər yəni “Dəmir yumruq” əməliyyatına
ehtiyac qalmazdı. Azərbaycan torpaqlarında bəşəriyyətin
üz qarası, vandal erməni vəhşiləri meydan
sulamazdı. Amma Xalq Cəbhəsinin
hakimiyyətinin dağıdıcı missiyalarından biri də
o idi ki, Azərbaycanın ləyaqətli və şərəfli
oğullarını hakimiyyət strukturlarından
uzaqlaşdırdılar. Onların yerinə
dövlət və hökumət təcrübəsindən xəbərsiz,
yalnız AXC-li olduqlarıüçün olanları hakimiyyət
tacı iləşərəfləndirdilər. Amma AXC-çilər şərəfli
oğullarımızı hakimiyyət taxtından endirsələr
də vicdan və ləyaqət zirvələrindən endirə
bilmədilər.
Tahir
Kazımov xalqın dərdinə yanmayan, böyük ləyaqət
sahibi dövlət adamlarına qiymət verə bilməyən
bir hökumətdən heç nə ummurdu, gözləmirdi...
Ona görə ki, Bakıda hakimiyyət
kürsüləri üçün özlərini
didib-dağıdan siyasət oyunbazları başlarını
itirmişdilər. Elə itirmişdilər
ki, nə qaranı ağdan, nə də ağı qaradan
seçmək iqtidarında idilər. Ona
görə gözləmirdi ki, hakimiyyət ehtirasları
tüğyan edən Bakıda susdurulmuş vicdanlar daşa
dönmüşdü. Hakimiyyət hərisliyi
ilə parlayan gözlər şöhrət tozları ilə
dolmuşdu. Və bu şöhrət tozlarının
arxasında nə qana susamış Ermənistanı nə də
fəryad qoparan Azərbaycanı görə bilirdilər...
***
Tahir Şirin oğlu Kazımovun əsərlərindəki qəhrəmanlar kürədən tökülmüş saf bir külçə idi. Onlar həyatın haqq uğrunda mübarizə kürəsində bərkimişdi. Allah mərdi namərdə möhtac eləməsin! Bu fikir yazıçının əziz vətənindən və canı-qanı ilə qoruduğu dövlətindən sonra ən böyük həyat fəlsəfəsi idi. Amma o görürdü ki, həyat və dünya bəzən tamamilə tərsinə dövran edir. Mərdi namərdə möhtac edir. Hakimiyyət hərisləri yüksəklərdəşan və şərəflə parlayanların” dünyalarını onlara zindan kəsdirir. Şərəfsizlər hər yerdə at oynadır. Yazıçı Tahir Kazımov Yüksəklərdə-hakimiyyət zirvələrində mənsəb ölüsüşöhrət divanələrini görürdü. Və bunları gördükcəürəyindən qara qanlar axırdı. Qara qanlar axırdı ki, axı bu hakimiyyət zirvələrində nə var ki, aləmonların gözündə başqalaşır? Axı o yüksəklərdə nə var ki, onlar qapıları vicdan üzünəçırpır? Qəhrəmanlar ehtiyac pəncəsində qula çevrilir.. Bu məmləkət tac olan ariflər nadanlara möhtac kəsilir. Gədalar şərəf kürsülərində ariflərə meydan oxuyur. Hünər meydanlarında aslanlar olmadısa, neyçün aslanlar zəncirə vurulur?.. Qartal!.. O məğrur qartal yüksəklərdə qanad çalmalıdırsa, zirvələr başına ilan necə yüksəlir?
Dünyanın, həyatın bu acı oyunları, taleyin bu müəmmalı sirləri, fələyin bu amansız dönüklüyü yazıçını dərin-dərin düşündürürdü və o düşündüklərini tarixi əsərlərində əks etdirirdi. O düşünürdü ki, yəqin ilanı caynağında zirvələrə qaldıran da elə qartal özü olub. Amma nədənsə, qartal şərəfinə görəmi, ilanı dəmir caynaqları ilə əzməyi, parçalamağı rəva görməyib. O, düşünürdü ki, zəncirə vurulan aslanların günahı da elə aslanların özündədir, öz qüdrətinə arxayın olub ehtiyyatıəldən verməsindədir. Yəni ermənilər Azərbaycanın cənnət guşələrinə 30 ilə yaxın at oynatmalarının bir səbəbi də Azərbaycanın başıboş başçıları ermənilərə güzəştə getməsindəydi (əlbəttə ki, Moskvanın təhrikiylə). Yəni Azərbaycanın dövlət başçıları Heydər Əliyev kimi ermənilərə lazımı yerdə və lazımı məqamda göz dağıçəkdirsəydilər, ermənilər heç vaxt Azərbaycan torpaqlarında at oynatmazdılar.
Tahir Kazımovun gün kimi yadındaydı: Surət Hüseynovun “quldur”larının vahiməsi, özbaşınalığı, qudurğanlığı ilə Azərbaycanda (xüsusən bölgələrdə) dizlər çökdürülmüş, qollar bükülmüş, başlar əydirilmiş, ruhlar söndürülmüşdü. Yalan yüksək mənsəb kürsülərində müqəddəslər kimi danışırdı. Qanunlar susdurulmuş, haqsızlıq harın bir müstəbid kimi hər yerdə at oynadırdı. Hakimiyyətsizlik hökm sürür, vəzifə və para divanələri puldan başqa Allah tanımayan yırtıcı canavarlara dönmüşdü.
Tahirin keçdiyi həyat yolu göstərirdi ki, o, dövlət və qanun uğruna bütün təhlükələri gözə almağa razı olmuş, bunun uğruna içindəki vicdan səsini bir kərə olsun susdurmamışdı.
O dövlətini və qanunları başında bir tac kimi gəzdirən dövlət adamı idi. Onun üçün o möhtəşəm sarayların ki, təməlində bir damla haqsızlıq və göz yaşı vardır, gec-tez yerlə-yeksan olacaqdır. Bu Tahirin həyat fəlsəfəsi, yəni ömrünün mənası idi. Onun əsas məqsədi dövləti və vətəni üçün təhlükə yaradacaq adamları ilk növbədə psixoloji cəhətdən tərk-silah etməkdi. Onun üçün kim olursan-ol, harada olursan-ol, dövlətini göz bəbəyi kimi qorumalısan. Dövləti qorumaq isə bütövlükdə vətəni qorumaqdır. Vətəndə isə... Adama dağçəkdirən vətəndəki şərəfsizlərdi, vicdansızlardı ki, tamahkarlığın qaranlıq girdabları vicdanlarını tarımar etmişdi. Tahir acı-acı düşünürdü ki, doğrudanmışərəf və ləyaqət o qədər ağır yükdür ki, onu daşımaq üçün hər kəsin mənəvi gücüçatmır. O heyrətə gəlirdi ki, korrupsiya nə qədər güclüdür ki, insan qəlbindəki vicdan səsini susdura bilsin?
Qanunların aça bilmədiyi vicdan qapılarını kim açacaq? - deyə acı-acı yazıçı düşünürdü. Kim? Hansı qüdrət? Məgər bu xalqın övladları saflıqdan, qüdsiyyətdən yoğrulmadımı? Bir zamanlar “Mən Azərbaycanlıyam!-deyəndə” bütün yalanlar susardı. Dillərdə həqiqət, yalnız qızıl həqiqət hökmran idi. Korrupsiya qapıları döyməzdi. Rüşvət açmazdı qapıları. Haqsızlıq vəzifə kürsülərindən müqəddəslər kimi danışmazdı və bir iblis olub oturmazdı vicdanların başında...
Amma korrupsiya elə bir zəhərdir ki, ona qarşı bütün xalq mübarizəyə qalxmalıdır deyər, əsərləri ilə car çəkirdi yazıçı Tahir Kazımov və görəndə ki, yüksək hakimiyyət dairələrində korrupsiya hökm sürür, onlara qarşı son dərəcə amansız olurdu. Çünki Tahir bir dövlət adamı kimi bilirdi ki, korrupsiyanın dəhşətləri böyükdür. Korrupsiya haqsızlıq, haqsızlıq qanunsuzluq, qanunsuzluq müstəbidlər doğurur. Korrupsiya bir cəmiyyətin xərçəng xəstəliyidir. Və dövlətin qanunlarını işləməz hala gətirir və dövlətin bünövrəsini sarsıdır. Məhz ona görə də Prezidenr İlham Əliyev bu dəhşətləri bildiyi üçün illərdir rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparır.
Tahir Kazımov üçün həm böyük Heydər Əliyevin yetişdirdiyi qvardiyanın mübariz və sədaqətli davamçısı kimi, həm də müstəqil və azad Azərbaycanın vətəndaşı kimi haqsızlıqları görəndə, dövlətin gücünü, qüdrətini nümayiş etdirirdi.
Axı necə ola bilər? Məgər bu adamlar vətən övladı deyilmi? Vətənə qarşı bu qədər biganəlik, laqeyidlik haradandır onlarda? Haradandır onlarda dövlətə qarşı bu ilan soyuqluğu? Bu əqrəb dönüklüyü? Bu dəhşətli nankorluq, qədirbilməzlik haradandır? Qəlblərində öz dövlətinə və millətinə qarşı bu məzar qaranlığını hansı işıq, hansı günəş parlada bilər? Ən müqəddəs dəyərləri, yəni dövlət və vətən sevgisini pula-paraya, mənsəb kürsülərinə qurban verənlərin damarlarında hansı zəhərlər, hansıçirkablar axır?
Bu fikirlər Tahirin qızmar oxlar kimi beynini, ürəyini dəlib deşirdi. O, bu qaynar əzablı düşüncələrin, bu odların içində alışıb yanırdı və bu dəhşətləri əsərlərinə köçürürdü.
-Aman
Allah:—deyirdi,—bu ölü kabusları kim
dirildəcək? Bu rüşvət bütlərini kim yıxıb yerlə-yeksan edəcək? Kim onların vicdanlarında taxt quran iblisləri
taxtından endirəcək?
Tahir üçün dövlətin təhlükəsizliyi sadəcə vəzifə deyil, böyük bir qayədir, özü də müqəddəs bir qayə. Yəni hərbçilərin dili ilə desək, taktika deyil, strategiyadır. Çünki böylə olmasa, yəni insan qəlbində böyük, müqəddəs ideallar yaşatmasa, insan korrupsiya girdabına asanlıqla qərq ola bilər. Tahir Kərimovun diliylə desək insanların vəzifə başında şərəfdən və ləyaqətdən yoğrulan elə vicdanlar olmalıdır ki, onları korrupsiya uçurumuna aparmasın. Yəni vəzifəsinə və dövlətə xəyanət etməsin. Bəzən insan təbiətin ona verdiyi fiziki güclə və qeyri-adi bir cəsarətlə qəhrəmanlığa ucala bilər, amma, ən böyük qəhrəmanlıq mənəvi qəhrəmanlıqdır, vicdan qəhrəmanlığıdır.
Ulu öndər ikinci dəfə hakimiyyət başına gələndə ictimai-siyasi vəziyyət, mənəvi abu-hava qorxunc idi. Uzun illərdi ki, keçmiş hakimiyyətlər dövründə hakimiyyətin cilovları elə boşalmış, dövlətin bünövrəsi elə sarsılmışdı ki, qanunlar öz gücünü itirmək üzrə idi. Meydanı boş görüb dövlət və xalq malını talan etmək adi bir hal olmuşdu. Tamahkarlıq, var-dövlətə hərislik, korrupsiya cəmiyyəti cənginə almışdı. Azərbaycanda mütəşəkkil cinayətkarlıq, iqtisadi talançılıq baş alıb gedirdi. Pul-para divanələrinin ehtirasları elə coşmuşdu ki, qarşısı alınmaz bir sel olmuşdu. Amma sərvətin göz qamaşdıran parıltısı Tahir Kazımovu dövlətinə və vəzifəsinə sədaqət borcundan və özünün “paklıq siyasəti”ndən sapdıra bilmədiyi kimi, tabeçiliyində olanlara da dönə-dönə təlqin edirdi ki, Korrupsiya elə bir ilandır ki, o ilanın bir damla zəhəri qanınıza keçdimi, ömür boyu ö zəhərdən qurtula bilməyəcəksiz. Yazıçı xəbərdarlıq edirdi ki, amanın günüdür, içinizdəki tamah ilanlarınıöldürün. Çünki onlar, elə bir məqamda qarşınıza çıxıb, boğazınıza sarılar ki, qan və çirkabla yoğrulan bu zəhər dünyanızı zindana çevirər və qanunlara və dövlətə nə vaxt xəyanət etdiyinizi unudarsınız. O zaman ömür boyu insan ləyaqətini alçaldan bu rüsvayçılıqdan xilas ola bilməzsiniz.
İnanın- deyirdi yazıçı- bir qanun adamı kimi insan üçün ən böyük qəhrəmanlıq qəlbindəki korrupsiya iblislərinə, qələbəçalmaqdır.
Sonralar Azərbaycanın başına gələn fəlakətlərdən gördük ki, Tahir müəllim nə qədər haqlı imiş... Çünki həmin o korrupsiya, tamahkarlıq və hakimiyyət hərisliyi idi ki, Azərbaycanı fəlakət uçurumlarına, Şuşa işğalına, Kəlbəcər faciəsinə, Xocalı dəhşətinə apardı. Xalq hələ bu gün də bu fəlakətli hadisələrdən illər keçsə də, “Şuşanı satdılar”, “Laçını pul-paraya qurban verdilər” - deyə fəryad qoparırlar.
Yazıçı Tahir Kazımov polkovnik -leytenant rütbəsində ikən İmişli rayonu polis şöbəsinin rəisi olduğu zaman Respublikadakı mənəvi düşgünlüyü böylə təsvir edirdi: “Respublikada güclənməkdə olan ictimai-siyasi oyunlar bəzi nazirlərin özbaşınalığı və hakimiyyət zirvələrində başlarını itirmiş”Rəhbərlər” xalqına biganədirsə onlardan nə gözləyəsən?..
Bir çoxları gizlənərək gözləmə mövqei sərgiləyir; vəziyyət bir balaca nizamlanıb sabitlik yaranan kimi hakimiyyət kreslolarında şirə, pələngə dönüb, vəhşiləşir, zəli kimi xalqın qanını sorurlar...
Məni qorxudan respublikada mənəvi düşgünlüyün dəhşətindən yarana biləcək sonrakı faciədir”. (“Müsibət” romanı. Səh. 369-397. 2008-ci il)
Yəni Azərbaycanın beşdə biri (vətən torpaqlarının 20%) düşmən pəncəsində, bir milyon iki yüz min qaçqın-köçkünü, didərgini, iyirmi min şəhidi, yüzlərcə qız-gəlini, Ulu öndər Heydər Əliyevdən əvvəlki hakimiyyətlər dövründən qalan saysın-hesabsız problemləri, dərdləri, xəyanətləri, susdurulmuş vicdanları, söndürülmüşümidləri, öldürülmüş inamları, üç tərəfdən qatı, məkrli güclü düşmənlərlə sarılı bir Azərbaycanın və bu düşmənlərin Azərbaycana diz çökdürmək üçün onun başında oynadıqları fəlakətli oyunları olan bir dövlətin sonrakı faciəsi...
Mənəvi faciə elə bir dəhşətfir ki, sonralar xalqın taleyində fəlakətkər zənciri yaradır.
Yazıçı Tahir Şirin oğlu Kazımov müqəddəs qayəsini, ali düşüncələrini əsərlərində əks etdirmişdir, istər tarixi romanlarında olsun, istər müasir ictimai-psixoloji əsərlərində... Özəlliklə üç kitabdan ibarət “Müsibət” sənədli romanında Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr qanunun, aliliyi, dövlətçiliyin qorunması, torpaqlarımızın bütövlüyü və Ulu öndər Heydər Əliyevin siyasi kursu. Yəni dövləti dövlət edən bir tarixin səlnaməsi.
Dörd kitabdan ibarət olan epopeya “Hiylə və zəka, “Qardaşlar: Əqidə mübarizəsi”, “Həsən Paşa Bayandur”və “İmperiyanın süqutu” yazıçının şah əsəri adlandırmaq olar. XV əsrdə Qaraqoyunlu ilə Ağqoyunlu Əmirlikləri arasında cərəyan edən ölüm-qalım savaşları, şərqin ilk qadın diplomatıSaray xatunun şərin xeyrə, zlmün haqqa çevirə biləcək diplomatiyası, Ağqoyunlu hökmdarı Uzun Həsənin bütöv Azərbaycan dövləti uğruna apardığı müharibələr bu günkü müstəqil Azərbaycanın azadlığı uğrunda gedən mübarizələrin Azərbaycan Prezidenti Ali Baş komandıİlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə necə də həmahəng səslənir.
***
Tahir Kazımovun ədəbi həyatı daşlı-kəsəkli olmuşdur. Sovet Azərbaycanının son, müstəqil Azərbaycanın ilk illərindəhakimiyyət qucağında xumarlanan saray məddahları Tahiri tənqid atəşinə tutmuşdular. Polis olduğuna görə... Bəzi müxalifət qəzetlərində (“Azadlıq”, “Müsavat”) Azərbaycan ordusunu “ac əsgərlər və tox generallar” ordusuna bənzədirdilər. “Hara tüpürsən hər daşın alrından bir polis çıxır”- deyə Azərbaycan polisini düşməncəsinə təhqir edirdilər. Bu təbliğat xalqı mənəvi pozğunluğa uğratmaq təşəbbüsüləri idi.
Elementar jurnalistika mədəniyyətindən və etikasından məhrum olan o qaranlıq günlərin azğın müxalifət mediası nə qədər təhlükəli oyunlara girdiklərindən xəbərləri vardımı?
Yazıçı Tahir Kazımov da o şərəfsiz karvanın nişangahına çevrilmişdi. “Azərbaycan ədəbiyyatı gör nə günə qalıb ki, bu müqəddəs məbədgaha polis məmurları da ayaq açmaq cəsarətini nümayiş etdirirlər. Polisdən də yazıçı olar?”- deyə Tahir müəllimin ətrafında həqarət rüzgarlarıəsdirirdilər.
O zamanlar bu bədbəxt yazarların arasında bir ağıllı Allah bəndəsi bulunmadı ki, Azərbaycan ədəbiyyatı göylərində yeni bir ulduzun doğuşunu görsünlər.
Amma bu ədəbiyyat sevdalıları Tahir Kazımovun o zaman bircə “Qisas” romanını və ya orta əsr Aəzrbaycan dövlətinin qəhrəmanlıq tarixinin (Azərbaycan hökmdarı Padşah uzun Həsənin həyatı) haqqında dörd cildlik epopeytası ilə tanış olsaydılar Tahir müəllimin hüzurunda üzr diləmək məcburiyyətində qalacaqdılar. Və sonralar belə də oldu...
Azərbaycan siyasi təlatümlərlə çağlayan o qaranlıq illərdə (1988-1994-1995-ci illər) bir çox Azərbaycan ziyalıları, (yazıçıları, alimlər, ictimai-fikir fədailəri) öz siyasi platformalarını müəyyən edə bilmədilər. Tarixi-siyasi romanlar müəllifi Tahir Kazımov isə dövlətimizin siyasi-hərbi fırtınalar burulğanında belə öz şərəfli mövqeyindən, dövlətinə sədaqət yolundan dönmədi. Siyasətin qaranlıq labirintlərindən üzüağ çıxdı. Sədaqət siyasi əxlaqın çövhəridir. Bəşəriyyətin dahiləri insanlarda ən çox təqdir etdikləri bu keyfiyyətdir. Tahir Şirin oğlu Kazımovun bu cövhərlə yoğrulmuş əxlaqı ilə, həm dövlət təhlükəsizliyi vəzifələrinin icraatında, həm dəədəbi-ictimai fəaliyyətində şərəfli yolundan üz döndərmədi. Onun bu dönməz fəaliyyəti Azərbaycanın sovetlər dönəmində də, müstəqillik illərində də bu günə qədər hələ də Sovet imperializminin zülmət saçan ideologiyasından və mənəvi düşüncə köləliyinin əsarətindən xilas ola bilməyən və xilas olmağa təşəbbüs göstərməyən yazıçıların, alimlərin, beyinlərində, hətta ruhlarında kirəclənmiş, daşlaşmış sovet düşüncə təzini söküb atmağa yönəlmişdi.
İdeal ruhlu yazıçı Tahir Şirin oğlu Kazımov isə qəlbinin, ruhunun aşıb-daşan enerjisinin gücü ilə işiqlı dünyasını tarixi-siyasi romanlarına köçürmüş, tarixə şərəf verən əcdadlarımızın qəhrəmanlıqlarına məşəl tutaraq, həm xalqımızın şərəf tarixini işıqlandırmış, həm də böyük qəlbin sevgisi ilə bir yazıçı olaraq yalnız ona məxsus qələmin gücü ilə ulu əcdadlarımızın ölməz ruhu qarşısında öz şərəf borcünü yerinə yetirmişdir.
Epiloq
XVIII əsr böyük Fransız mütəfəkkiri Deni Didro: “Dühanın yaranması üçün əsas şərtlər zəkanın dərinliyi, xəyalın gücü, ruhun qüdrətidir. Böyük və qüdrətli mənəviyyat sahibləri öz xalqının şərəf tacıdır. Gec-tez onlara abidələr, heykəllər ucaldılar. Və insanlıq onlarla iftixar edər” - deyirdi.
Tahir Şirin oğlu Kazımovun Azərbaycan ədəbiyyatı tarixindəki şərəfli yerini də hər şeyə hökmran olan zaman müəyyən edəcəkdir.
Oqtay ALTUNBAY
Yazıçı. Publisis
Respublika.- 2021.- 28 yanvar.- S.6.