Ecazkarfüsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

 

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Parkqoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla parkqoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Milli parklar seriyasından Şahdağ Milli Parkı haqqında yazını dərc edirik.

 

"Respublika".

 

Şahdağ Milli Parkı

 

Şahdağ Milli Parkı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 8 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Ərazisi 115895 hektar olan milli parkın 2007-ci ildə xəritəsi təsdiq olunmuş və əsasnaməsi işlənib hazırlanmışdır. Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək 130508,1 hektara çatdırılmışdır.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd endemik və nəsli kəsilməkdə olan növlərin, transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli  dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması, idarə edilməsi, torpağın münbit qatının ərazi üçün xarakterik olan faunaflora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin təbii kompleksin sabitliyinin tənzimlənməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələri ilə məşhurdur. Meşələr əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən yaranmışdır. Meşələrdə, həmçinin qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud ağacları, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləridə yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və qarğaya, məməlilərdən isə cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, ayı, təkə, vaşaqporsuğa təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş qonur ayı, nəcib maral, Avropa cüyürü, Qafqaz köpgəri, vaşaq, bərqud qartalı, məzar qartalı,  Qafqaz tetrası, Qafqaz uları və s. qorunur.

2020-ci ildə Şahdağ Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə əsasında Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmuşdur. Belə ki, Qafqazda sonuncu zubr (meşə kəli) 1927-ci ildə ovlanmışdır.

İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə Avropadan Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə 2019-cu ildə 12 baş, 2020-ci ildə isə 5 baş zubr gətirilərək təbiətə buraxılmışdır.

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər NazirliyiWWF-in  Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində zubr balalarının sayı 6-ya çatıb. Bunlardan 4-ü erkək, 2-si dişi fərddir. Bu da heyvanların populyasiyasının artımına müsbət təsir göstərəcək.

Milli Parkın yüksək dağlıq ərazilərində turizm fəaliyyətinin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar hazırlanmışdır. Mövcud qaydalara əsasən, parkın yüksək dağlıq ərazilərinə səfər edən turistlər müvafiq giriş və çıxış məntəqələrində qeydiyyatdan keçməli və onların əraziyə birdəfəlik girişi zamanı müvafiq sənədlər təqdim olunmalıdır.

Şahdağ Milli Parkı nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən böyük əraziyə malikdirbu park əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. Təbiət gözəlliyinin rəngarəngliyi, bitkiheyvanlar aləminin zənginliyi əraziyə böyük sayda yerlixarici turistləri cəlb edəcək.

 

Kamil İSMAYIL

 

Respublika.- 2022.- 10 avqust.- S.11.