status olacaq, nə də hansısa xüsusi imtiyaz

 

Son iki yüz ilin xronikasına nəzər salanda bir daha aydın olur ki, əzəli və əbədi torpaqlarımıza köçürülən ermənilər həmişə zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdiriblər, özgə torpağında yaşasalar da ərazi iddialarından heç zaman əl çəkməyiblər. Bu, əslində xəstə və şovinist bir toplumun mahiyyətini açıq-aydın göstərir. Bir qədər geriyə - yaxın tariximizin 70-80-ci illərinə nəzər salaq. Keçmiş sovetlər dönəmində vaxtilə Qarabağda məskunlaşan ermənilərin həyat şəraiti və istirahəti Azərbaycanın başqa bölgələrində yaşayan azərbaycanlılardan və digər azsaylı xalqlardan çox fərqlənirdi. Ermənilərin daha çox yaşadığı Xankəndi şəhəri gündən-günə inkişaf edir, erməni əhalisinin güzəranı durmadan yaxşılaşırdı. Onlar demək olar ki, heç bir sosial, iqtisadi və mədəni problemlə üzləşmir, öz adət-ənənələrini yüksək şəkildə yaşadırdılar. Qarabağın ən gözəl, ən səfalı guşələrində, dağ bulaqlarının əhatəsində erməni kəndləri salınmışdı. Təbii mineral Turşsu mənbələri bir çox erməni kəndlərinin ərazisində idi.

Ermənilərin yaşadığı ən ucqar Vəng kəndindən (kənddə təxminən 20-30 ailə var idi) həm İrəvan şəhərinə, həm də Bakı şəhərinə müntəzəm avtobus reysləri açılmışdı. Qeyd edim ki, kəndin ərazisində qədim alban abidəsi mövcud idi və ermənilər ondan kilsə kimi istifadə edirlər. Həmin Vəng kəndinə avtobusun hərəkət edəcəyi yolun texniki göstəricilərinə görə azərbaycanlıların da yaşadığı kəndlərdən keçməsi nəzərdə tutulmuşdu. Lakin ermənilər buna çox ciddi şəkildə etiraz etdilər, bu nəqliyyat xidmətindən azərbaycanlı əhali istifadə edə bilməsin. Ermənilər yaşayan ən ucqar kəndlərə belə müntəzəm avtobus işləyir, ən kiçik kənddə klub və mədəniyyət sarayı fəaliyyət göstərirdi. Qarabağda yüzlərlə erməni var idi. Erməni dilində qəzetlər çap olunurdu. Xankəndidə ən müasir poliqrafiya mərkəzi fəaliyyət göstərirdi. Bundan başqa, Xankəndiyə dəmiryol xətti çəkilmiş, burada pedaqoji institut yaradılmış və erməni, rus, Azərbaycan dilində tədris aparılırdı. Xocalı aeroportu onların istifadəsində idi, mağazalar ağzına qədər ərzaqla dolu olurdu.

Azərbaycan hökuməti çalışırdı ki, erməni əhali rahat və asudə yaşasın, uzun illər məhz belə də oldu. Bəs, bu diqqət və qayğıya, səmimi münasibətə görə ermənilər nə edirdilər?! Onlar Moskvaya şikayət edirdilər ki, azərbaycanlılarla bir yerdə yaşaya bilmirik, bizi "əzir"lər, "incidir"lər, torpaq sahələrimiz azlıq təşkil edir, mağazalarda ərzaq qıtlığı vars. və i.a. Saxta, yalan göz yaşı tökən ermənilərin şikayəti araşdırılanda məlum olurdu ki, bunların heç bir əsası yoxdur.

Ötən əsrin sonlarında Qarabağda erməni separatizmi, erməni iddiaları yenidən baş qaldıranda ermənilər küçələrə tökülüşdülər. 1988-ci ilin fevral ayının əvvəllərində ermənilər Xankəndidə aramsız olaraq mitinqlərə başladılar. Onlar keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayırıb Ermənistana birləşməsini tələb edirdilər. Keçmiş Sovet rəhbərliyi, sözün əsl mənasında, ermənilərin bu tələbinə soyuqqanlı və biganə yanaşır, bölgədə baş verənlərə açıq-aşkar göz yumurdular. Bu da ermənilərin daha da azğınlaşmasına rəvac verirdi.

Bir müddət sonra isə keçmiş Dağlıq Qarabağda erməni silahlı dəstələri peyda oldubu da qədim Azərbaycan torpağı olan Qarabağda əmin-amanlığı, sabitliyi çox ciddi şəkildə pozdu. Artıq ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edir, dinc sakinləri qətlə yetirir, sərnişin avtobuslarını atəşə tuturdular. Hər vasitə ilə azərbaycanlıları Qarabağdan didərgin salmağa çalışırdılar.

Bölgədə müharibə qığılcımları artıq alovlanırdı. Keçmiş Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan azərbaycanlılar ermənilərin haqsız tələblərinə qarşı qəti etiraz edərək Moskvanı ədalətli mövqe tutmağa çağırsalar da, heç bir nəticə olmurdu. Belə ziddiyyətli iki il başa çatanda keçmiş sovet ittifaqının prezidenti Mixail Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etdi. Bundan sonra Bakıda və digər rayonlarda dinc etiraz mitinqlərini vəhşiliklə dağıtmağa başladılar.

Bütün bu dediklərimin canlı şahidi olmuşam. Ermənilər dinc yanaşı yaşamağa, birgəyaşayış qaydalarına və qonşuluğa yaramırlar, onların zatı qırıqdır. Azərbaycanlıların ürəyiyumşaqlığından, mərdliyindən, humanistliyindən istifadə edən ermənilər özlərini dünyaya "məzlum", "yazıq" toplum kimi göstərir, hiyləgər və yaltaq xislətləri ilə başqalarını buna inandırmağa çalışırlar. Onlar otuz ilə yaxın işğalda saxladıqları qədim Azərbaycan torpaqlarını zəhərləyib, kəndləri, şəhərləri xarabalığa çevirib, təbiətə divan tutublar. Tarixi, dini və mədəni abidələrimizi məhv edib, insanlar üçün ən müqəddəs yer sayılan qəbiristanlıqları şumlayıblar. Vətən müharibəsindən sonra bütün dünya onların, ermənilərin necə bir vəhşi, qaniçən, zalım, qəddar bir toplum olduğunun şahidi oldu.

44 gün davam edən müharibədə Ermənistan və onun "güclü ordusu" Silahlı Qüvvələrimiz tərəfindən məhv edilib, düşmən öz cəzasına çatıb, torpaqlarımız işğalçılardan təmizlənib. İşğaldan azad edilən torpaqlarda erməni faşizminin törətdiyi vəhşiliklər insanı dəhşətə gətirir, azərbaycanlılara qarşı erməni nifrətinin həddi-hüdudu bilinmir.

Ermənilər Qarabağda onlarla şəhəri və yüzlərlə kəndi yer üzündən silərək mənfur xislətlərini nümayiş etdiriblər, buralarda həyat izinə rast gəlmək mümkün deyil. İslam aləminə nifrətini gizlətməyən ermənilər məscidləri təhqir etməkdən çəkinməyiblər. Yaxın tariximizə nəzər salanda bir daha aydın olur ki, biz çox məkrli, hiyləgər, faşist xislətli düşməni, "yeni müharibə yeni ərazilər" iddiası ilə lovğalanan, özgə kölgəsində yataraq qonşusuna diş qıcayan, qonşuları üçün təhlükə saçan Ermənistanı məğlub etmişik. İki yüz illik erməni işğalına son qoyulub, düşmən öz layiqli cəzasını alıb.

Dünyanın əksər ölkələrinin Ermənistanın haqsız iddialarını dəstəkləməsinə, onlara maddi və hərbi kömək göstərməsinə baxmayaraq, müzəffər Azərbaycan ordusu Vətən müharibəsindəki haqq savaşında qalib gəldi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızdan düşmənlər qovuldu, orduları darmadağın edildi, bəd niyyətləri məhv edildi, "arsax" və "miatsum" qışqıranların bel sütunu qırıldı və onlar yalvar-yaxar edərək təslim aktına qol çəkdilər. Baxın, məğlubiyyətin acısı canlarından çıxmamış erməni toplumu yenidən Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmələrindən, ərazi iddialarından, statusdan, müstəqillikdən və revanşist fikirlərdən dəm vurmağa başlayıblar. Yaxşı bir atalar məsəli var, ilanı yaralayıb buraxmaq olmaz, onun başını mütləq əzmək lazımdır. Yəqin ki, bu belə də olacaq, zamana ehtiyac var.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu barədə danışaraq bildirib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Dövlət başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda rəsmi İrəvan bütün silahlı birləşmələrin, həmçinin nizami qoşunların Azərbaycanın Qarabağ regionundan tamamilə çıxarılması barədə üzərinə öhdəlik götürüb, bütün dünyanın gözü qarşısında bunu bəyan edib. Lakin bu öhdəliklər hələ də yerinə yetirilməyib. Yaxşı bilirik ki, ərazidə silahlı ermənilərin olması təxribat və diversiya mənbəyidir. Təəssüf ki, bu dəfə də belə oldu. Azərbaycan ordusunun hərbçisi həlak olduqdan sonra Qarabağ ərazisində olan Ermənistan qanunsuz hərbi birləşmələrinin terror-diversiya fəaliyyətinin gələcək mənfi fəsadlarını minimuma endirmək məqsədilə "Qisas" əməliyyatı keçirildi. Bir əsgərimizi öldürən düşmənin beş əsgəri öldürüldü, onlarla əsgəri isə ağır yaralandı.

Ağır məğlubiyyətdən hələ də nəticə çıxarmayan ermənilər əsas bir məqamı unudurlar ki, artıq dünya bizi başqa cür tanımağa başlayıb, böyük bir tarixi mərhələdən keçirik, ərazi bütövlüyümüzü bərpa edirik, sərhədlərimizi dəqiqləşdiririk, ermənilərin xaraba qoyduqları torpaqlarda quruculuq işləri aparırıq, gücümüz və qüdrətimiz dillərdə dolaşır. Ermənistan isə dotasiyaya, ianələrə, yardımlara möhtac qalıb, korrupsiya və rüşvətxorluq baş alıb gedir. Bir qrup daşnak erməni öz zavallı vəziyyətlərini unudaraq Qarabağdakı bir ovuc erməninin təhlükəsizliyi və hüquqlarının qorunması üçün vay-şivən qoparırlar. Qarabağda yaşayan ermənilər yenidən ac, kasıb vəziyyətə düşüblər, onları meydanlara çıxaranlar isə villalarda yaşayır, yağ-bal içində üzürlər. Sadə erməni bütün bunları başa düşməlidir, ailəsinin, övladlarının gələcəyi üçün düzgün qərar verməlidirlər. Əks halda, səfalətin və qıtlığın məngənəsində boğulacaqlar.

Yuxarıda adıçəkilən müsahibədə dövlətimizin başçısı İlham Əliyev Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi haqqında bildirib ki, mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kimheç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Göründüyü kimi, rəsmi Azərbaycanın qəti və dəyişməz mövqeyi düşmən ölkənin ora-bura yalvarmasına, imdad diləməsinə, sülh danışıqlarını ləngidərək vaxt qazanmasına son qoyacaq. Başqa yol yoxdur!

 

Salman ALIOĞLU

 

Respublika.- 2022.- 16 avqust.- S. 3.