İskəndər
Aznaurov
Qürurla anırıq
Xalqımızın tarixində çətin, keşməkeşli və ağır günlər çox olub. Azərbaycan son 200 il ərzində erməni vandallarının hücumlarına məruz qalmış, məkrli və qara niyyətli daşnaklar hər zaman xalqımıza qarşı düşmənçilik mövqeyində olmuşlar. İstər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları erməni işğalçılarına qarşı mərdliklə vuruşmuş, hər qarış Vətən torpağını göz bəbəyi kimi qorumuşlar.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana xaincəsinə təcavüzü zamanı Vətənin ərazi bütövlüyünü ləyaqətlə qoruyanlardan biri də İskəndər Aznaurov idi.
İskəndər Söhrab oğlu Aznaurov 10 avqust 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayəti, Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya göz açmışdır. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin birinci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmiş, elə həmin il əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə isə Akkurqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Ukraynanın Çerkasskı şəhərində hərbi xidmətdə olan İskəndər 1977-ci ildə ordudan tərxis olunmuşdur. 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurub təyinatla Daşkənd vilayəti Axanqaran rayonu Qalakudur sovxozuna göndərilmişdir. O, bir müddətdən sonra -1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana, Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüş, Cihazqayırma Zavodunda əmək fəaliyyətini davam etdirmişdir.
Faşist xislətli, mənfur erməni daşnaklarının 90-cı illərdə Azərbaycan ərazilərinə hücumu, dinc əhalinin atəşə məruz qalması İskəndərin qəlbini didib parçalayır, ürəyində qəzəb və intiqam hissləri alovlanırdı.
İskəndər Aznaurov
21 aprel 1992-ci ildə könüllü
olaraq Milli Ordu sıralarına yazıldı. O, 861 saylı
hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olundu. Baş leytenant İskəndər
Aznaurov Gədəbəy
rayonunun Şınıx
bölgəsində peşəkar
hərbçi kimi düşmənin mühüm
hərbi bazalarının
məhv edilməsində
şəxsi igidlik göstərdi. O, ağır
döyüşlərin birində
düşmənin dörd
topunu sıradan çıxararaq onlarla erməni yaraqlısını
məhv etdi.
…Axşamçağı idi.
Gədəbəyin dağları qatı
dumana bürünmüşdü.
Mərmilər isə oyana-buyana
şütüyürdü. Nazdıxanyal
istiqamətində Azərbaycan
hərbçiləri ermənilərə
qarşı ağır
zərbələr endirir,
onları geri çəkilməyə məcbur
edirdilər. İskəndər Aznaurovun rəhbərliyi ilə keçirilən əməliyyatda düşmən
mövqelərinə ciddi
zərbələr vuruldu,
erməni quldurlarının
silah-sursat anbarları
dağıdıldı. Nazdıxanyal
uğrunda gedən ölüm-dirim savaşında
İskəndər Aznaurov
əsl igidlik göstərdi, düşmənin
canlı qüvvəsini
və hərbi texnikasını ələ
keçirdi. Əsgərlərimizin arxası, dayağı oldu.
İskəndər Aznaurov ağır döyüşlərin birində
qəhrəmancasına həlak
oldu. Bakı şəhərindəki Şəhidlər Xiyabanında
dəfn edildi.
Azərbaycan Respublikası Prezidentinin
15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə baş leytenant, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan
İskəndər Söhrab
oğlu Aznaurov ölümündən sonra
“Azərbaycanın Milli
Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Kür qəsəbəsindəki
1 saylı məktəb
qəhrəmanın adını
daşıyır. Məktəbin girişində büstü
qoyulmuşdur.
Qədir ASLAN
Respublika.- 2022.- 16 avqust.- S.5.