Həssas təbəqəyə ehtiram hər zaman borcumuzdur
"Reabilitasiya mərkəzləri
yaradılmışdır və
müasir texnologiyalarla
təchiz edilmişdir. Minlərlə xidmət göstərilir,
müharibə əlilləri
üçün, veteranlar
üçün, şəhid
ailələri üçün
məşğulluq marafonları
keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük
işlər görülür.
Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox
göstərmək lazımdır
və qiymətləndirmək
lazımdır". Bu
fikirləri Azərbaycan
Prezidenti bu ilin altı ayının yekunlarına
həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı,
həmçinin vurğulayıb
ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda,
ümumiyyətlə, işğaldan
azad olunmuş torpaqlarda genişmiqyaslı
bərpa-quruculuq işlərinin
aparıldığı, ordumuzun
gücləndirilməsi, digər
ehtiyacların ödənilməsi
istiqamətində heç
kimdən yardım almadan məsələlərin
həll edildiyi bir məqamda: "Bununla paralel olaraq, sosial məsələləri həll
edirik və edəcəyik, heç kimin bunda şübhəsi
olmasın. Çünki yenə də
bunu özümüzə
mənəvi borc bilirik və bizim sosial siyasətimiz
hər zaman belə olub".
Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları, müavinətlər,
əhalinin rifah halının yüksəldilməsi
istiqamətində atılan
addımlar da bunu göstərir. Prezident İlham
Əliyevin son 19 ildə
apardığı siyasət
nəticəsində orta
əməkhaqqı 14 faiz,
pensiya 10 faizdən çox artıb. Təbii ki, bu artımlar
da dövlət büdcəsi hesabına mümkün olub. Əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin,
əlillərin, qaçqın
və məcburi köçkünlərin problemləri
daim diqqət mərkəzində saxlanılmışdır.
2018-ci ildə keçirilən prezident seçkilərində qələbə
qazandıqdan sonra İlham Əliyevin ilk olaraq şəhid hərbi qulluqçuların
vərəsələrinə birdəfəlik ödəmələrin
edilməsi haqqında
Fərman imzalaması
deyilənlərin əyani
sübutudur.
Ölkəmizin ərazi bütövlüyü,
müstəqilliyi və
Konstitusiya quruluşunun
müdafiəsi uğrunda
döyüşlərdə iştirak etmiş insanların, müharibə
əlillərinin və
bu döyüşlərdə
şəhid olanların
ailələrinin sosial
müdafiəsinin gücləndirilməsi
Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən
birini təşkil edir. Dövlət başçısı tərəfindən imzalanan
fərman və sərəncamlar bu istiqamətdə mühüm
addımların atılmasına,
həmin kateqoriyadan olan vətəndaşların
etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına zəmin
yaradır.
Ölkəmizdə həyata keçirilən
sosial siyasət nümunəvi xarakter daşıyır. Belə ki, icra olunan ciddi iqtisadi
və sosial islahatlar əlavə maliyyə resurslarını
məhz vətəndaşların
rifah halının yaxşılaşmasına yönəltməyə
imkan verir. Dövlət
başçısının 2019-cu ildən başladığı
təkmil sosial islahatlar öz müsbət nəticəsini
verir. 2019-cu ildə
4,2 milyon insanı əhatə edən iki sosial
paket icra edildi. 2020-ci ildə
koronavirus infeksiyası
ilə mübarizə
dövründə ölkəmizin
həyata keçirdiyi
sosial dəstək proqramları da diqqətdən kənarda qalmadı. Prezidentin
19 mart 2020-ci il tarixli Sərəncamına
uyğun olaraq 10 sosial dəstək proqramı icra edilir. Bu proqramlar
da əhalinin böyük hissəsini əhatə edir.
İşsiz və koronavirus infeksiyası ilə mübarizə dövründə
işsiz qalan insanlara 190 manat yardımın verilməsi
də dövlətin hər bir kateqoriyadan
olan insanların yanında olduğunu, onların sosial müdafiəsini təmin etmək üçün zəruri addımlar atdığını təsdiqləyir. Əməkhaqlarının,
pensiyaların artırılması
müsbət dinamikanın
göstəricisidir. Minimum,
həm də orta pensiyanın alıcılıq qabiliyyəti
indeksinə görə
Azərbaycan MDB məkanında
öz liderliyini qoruyur. Bu, ondan
xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin
sosial müdafiəsi prioritetdir.
2020-ci il Azərbaycanın
Zəfər ili kimi tarixə yazıldı. İkinci Qarabağ müharibəsində
şəhid olan, müharibədə iştirak
edən, yaralanan əsgərlərimizin ailələrinə
dəstək verilməsi
üçün də
mexanizmlər hazırlandı.
Şəhid ailələrinin təqaüdü 500 manata,
I qrup müharibə əlillərinin təqaüdü
400, II qrup müharibə
əlillərinin müavinəti
350, III qrup müharibə
əlillərinin təqaüdü
isə 300 manata qədər artırıldı.
Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manat
təşkil edir.
Vətən Müharibəsi Qəhrəmanına
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü
təsis olunmuşdur ki, onun da
məbləği 2000 manat
olaraq müəyyən
edilmişdir. Ölkəmizin iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə,
bütün kateqoriyadan
olan vətəndaşların
rifahının yüksəldilməsinə
xidmət edən işlərin davamlılığını
təmin edir.
Ümumiyyətlə, Azərbaycan hərbçilərinin
hünəri hər zaman ölkə rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib. Respublikamızın ərazi bütövlüyü,
Qarabağın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə
və qəhrəman qazilərə qayğı
dövlətimizin sosial
siyasətinin prioritet məsələlərindən biridir.
Prezident İlham Əliyevin göstərişlərinə əsasən,
dövlət qurumları
Birinci Qarabağ müharibəsində həlak
olanların ailələrinin,
qazi və veteranların problemlərini
daim diqqətdə saxlamış, çətinliklərinin
həll edilməsi üçün ardıcıl
tədbirlər həyata
keçirmişlər. İkinci Qarabağ müharibəsi
şəhidlərinin ailələri,
yaralılar və döyüşlərin bütün
iştirakçıları da ən yüksək
hörmət və diqqətlə əhatə
olunublar. Bu məqsədlə minlərlə
şəxsi əhatə
edən dəstək paketləri reallaşdırılır.
Azərbaycan Prezidenti İlham
Əliyev Vətən
müharibəsindəki tarixi
qələbədən sonra
xalqa müraciətində
demişdir: "...Birinci
Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri
bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində
biz torpaqlarımıza qayıdırıq.
Allah bütün yaralı hərbçilərimizə
şəfa versin, onlar tezliklə sağalıb normal həyata
dönsünlər, onların
sağalması üçün
də əlimizdən
gələni edirik və edəcəyik.
Hətta
ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni
edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu
qələbəyə görə
onlara borcluyuq".
Böyük Zəfərdən bir gün sonra, noyabrın 11-də Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə
müalicə olunan hərbçilərlə görüşüblər. Dövlət başçısı onları
parlaq qələbə
münasibətilə təbrik
edib, qəhrəmancasına
döyüşüb düşmənin
torpaqlarımızdan qovulmasında
müstəsna xidmətlər
göstərdiklərini vurğulayaraq
deyib ki, qələbəni qazanan bizim texniki vasitələr
ən əsası əsgər və zabitlərimizdir.
Azərbaycan Prezidentinin 8 dekabr
2020-ci il tarixli Fərmanı ilə respublikanın ərazi bütövlüyünün
müdafiəsi zamanı
yaralananların və
şəhid ailələrinin
təminatına dəstək
məqsədilə "YAŞAT" Fondu yaradılıb. Fond tərəfindən Türkiyə və İsraildən həkim heyətləri ölkəmizə
dəvət olunur, qazilərimizin müayinə,
müalicə və əməliyyatı həyata
keçirilir. Ağır yaralı
qazilər Türkiyəyə
göndərilir. Onlar qardaş
ölkədə müvafiq
müayinə, müalicə
və reabilitasiya prosesi keçirlər.
Fondun bu sahədə fəaliyyət istiqaməti
isə genişdir.
Dövlət başçısı bütün görüşlərində
bizə tarixi qələbənin sevincini
yaşadan, işğaldan
azad edilmiş torpaqlarda üçrəngli
bayrağımızı dalğalandıran
Vətən oğullarına
münasibətdə bütün
cəmiyyət üzvlərini
həssas olmağa çağırır, onların
problemlərinin həllini
rəhbər işçilər,
dövlət məmurları
qarşısında bir
nömrəli vəzifə,
borc kimi qoyur.
Zümrüd QURBANQIZI
Respublika.- 2022.- 17 avqust.- S. 1; 5.