Qarabağ və Şərqi Zəngəzur böyük aqrar potensiala malikdir

 

Dünyanın bir parçası olan doğma Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə aparıcı ölkələr sırasında layiqli yer tutur. Planetimizdə baş verən hadisələr təbii ki, ölkəmizdən də yan keçmir. Son iki il ərzində dünyanın ərzaq təhlükəsizliyi bir sıra təhdidlərlə üzləşib. Bir tərəfdən, COVID-19 pandemiyası, Rusiya ilə Ukrayna arasında davam edən müharibə, digər regional proseslər, digər tərəfdən isə iqlim dəyişikliyi, torpaqsu ehtiyatlarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün ciddi təhdidlər yaradır. Təbii ki, ərzaqlıq buğdaya olan ehtiyacının cəmi 25 faizini təmin edən Azərbaycan da bu risklərdən kənarda qala bilmir.

Məlum olduğu kimi, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir. Başqa sözlə, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunub və təbii ki, dünya bazarının bir hissəsinə çevrilib. Dünyada bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcburdur. Ekspertlərin qənaətinə görə, dünyanı ərzaq qıtlığı ilə təhdid edən problemin kökündə əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstanın xaricə satışa limit qoyması, eyni zamanda, Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixrac edə bilməməsi dayanır. Azərbaycan da taxılı idxal edir, ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, unun qiymətində artım qaçılmaz olacaq. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alırdı, amma Ukraynada müharibənin uzanması dünya bazarında taxılın qiymətinə ciddi təsir göstərir. Azərbaycan da buna hazır olmalıdır.

Mütəxəssislər hesab edirlər ki, dünya bazarı ilə müqayisədə respublikamızda taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Qeyd etdiyimiz kimi, Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün ölkədə taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması gözləniləndir. Əhali un və çörəyin bahalaşmasına hazır olmalıdır, çünki bu, qaçılmazdır. Belə ki, 2021-ci ilin yanvar ayından bəri buğdanın dünya bazar qiymətləri 240 dollardan 286 dollaradək artıb.

Ötən həftənin sonu isə Rusiya buğdasının qiyməti daha da möhkəmlənərək, hər ton üçün 300 dolları ötüb. Ərzaq balansı məlumatlarına əsasən Azərbaycanın illik buğda tələbatı 3,1 milyon tondur. Respublikamızda 1,9 milyon ton buğda istehsal olunur, tələbata uyğun olaraq 1,3 milyon ton buğda isə idxal olunur.

Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dünyada baş verən proseslərə, gözlənilən qiymət artımına münasibət bildirərək deyib ki, Azərbaycanda ərzaqlıq buğda istehsalı üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildibunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Bu il işğaldan azad edilən ərazilərin 50 min hektarında taxıl biçilib.

Dövlətimizin başçısı tərəfindən qarşıya məqsəd qoyulub ki, azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektar dövriyyəyə buraxılmalı, ilk növbədə isə əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlər görülməli, o cümlədən suvarma düzgün təşkil edilməli, gübrələr və digər məsələlər öz həllini tapmalıdır. Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm də bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılıb.

Göründüyü kimi, azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi, digər ərazilərimizdə müasir dövrün tələblərinə uyğun olaraq aqrotexniki qulluq əsasında yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsinə cəlb edilməsi ilə bağlı hədəflər müəyyən edilib. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaqyaxud minimuma endirəcəkdir.

Buna görə də respublikanın digər yerlərində, həm də işğaldan azad olunan ərazilərdə qeyri-neft sektoru üzrə iki prioritet istiqamətdən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox geniş fürsətlər yaranıb. Minalardan təmizlənmə işlərindən dərhal sonra məhz kənd təsərrüfatı məhsullarının istehsalı, əkin-biçin işlərinin həyata keçirilməsi buna əyani sübutdur. Qlobal ərzaq böhranı hazırda bu yerlərdə buğda istehsalını zərurətə çevirib. Respublikamızda 600 min hektara yaxın buğda əkini sahələri var ki, bu da daxili tələbatı ödəməkdə çətinlik yaradır. Nəzərə alaq ki, ölkəmizdə istehsal olunan buğdanın böyük hissəsi ərzaqlıq buğda tələbatına cavab vermir. Ona görə də məhz işğaldan azad edilən ərazilərdə yeni toxum növlərinin və yeni texnologiyaların tətbiqi ilə ərzaqlıq buğdanın yetişdirilməsi üçün böyük potensial var. Ölkəmizdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkiri fermer təsərrüfatı yaradılır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. 2021-ci ildə aqroparklarda 138 min ton buğda, 68 min ton arpa, 94 min ton qarğıdalı və digər kənd təsərrüfatı məhsulları istehsal olunub.

Qarabağ və Şərqi Zəngəzurda torpaqlar çox münbitdir, su ehtiyatları çoxdur. Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir. Çünki rayonda torpaqlar çox münbitdirAğdam Azərbaycanın ən günəşli bölgələrindən hesab olunur. Əkinçilik birsu mənbələrindən asılıdır. Rayonun bir hissəsi Suqovuşan su anbarından gələn suyun hesabına suvarılır. Əsas su mənbəyi isə, təxminən 23 milyon kubmetrlik iritutumlu Xaçınçay su anbarıdır. Bu mövsümdə havaların yağıntılı keçməsi nəticəsində Xaçınçay su anbarına nəzərdə tutulduğundan artıq su yığılıb. Anbardakı suatan qurğu vasitəsilə artıq su mövcud kanallara buraxılır və rayonun aşağı hissəsində əkinçilər bol sudan istifadə edirlər. Artıq həmin yerlərdə subartezian quyularına ehtiyac qalmır. Bundan başqa, Ağdamda 10-50 hektar sahədə 200 müasir fermer təsərrüfatı yaradılması nəzərdə tutulub. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfat yaradılacaq. Yeri gəlmişkən, artıq Ağdamda iqtisadi aktivlik nəzərə çarpır. İşğaldan azad edilən ərazilərdə ilk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün səpin işləri aparır və məhsul istehsal edirlər.

İşğaldan əvvəl Zəngilan rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Ərazisindən axan çayların bolsulu olmasına görə sakinləri həm birillik, həm də çoxillik bitkilər əkirdilər. Yayı isti, qışı mülayim olan rayonda əsasən taxılçılıq, heyvandarlıq, üzümçülük daha çox inkişaf etmişdi. Mütəxəssislərin qənaətinə görə, rayonun işğaldan azad edilən ərazilərində əmək, torpaq, iqlimsu resursları ilə dəfələrlə çox məhsul istehsal etmək mümkün olacaqdır. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunur və Zəngilanda da əkinçiliyin inkişaf etdirilməsi üçün ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq bu istiqamətdə işlər uğurla davam etdirilir. Eyni zamanda, bitkiçilikdə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Zəngilan rayonunun kənd təsərrüfatı məhsulları üzrə potensial istehsal imkanları və ölkə üzrə həmin istehsalın artırılmasındakı payı (buğda) 0,14 faiz artacaqdır.

 

İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur. Ərazi baxımından Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı idi. Füzuli rayonunun iqlimi şimal hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl, qərb hissədə yayı quraq keçən mülayim-isti olması ilə səciyyələnir. Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Rayonun ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, QuruçayQozluçay çayları ilə suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Köndələnçay su anbarlarının işğaldan azad edilən ərazilərdə əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi nəticəsində rayonda kənd təsərrüfatının inkişafına çox yüksək töhfə verəcəkdir.

Füzuli rayonunda 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (77.4%) daha geniş əraziləri əhatə etdiyi müşahidə olunur. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) rayonda taxıl istehsalında 2.2 dəfəyədək artım müşahidə olunub. Daha doğrusu, 1980-1988-ci illər ərzində Füzuli rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2.3 faizini təşkil edib. Bu il rayonda 118.1 min ton taxıl istehsal olunub. Taxıl istehsalında Füzuli rayonu potensial imkanlara malikdir. Mütəxəssislərin qənaətinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalının 130.4 min tona, yəni ölkə üzrə ümumi taxıl istehsalında 3,1 faizlik artım gözlənilir. Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd rayonlarında da əkinəyararlı torpaq sahələri var. Bir sözlə, Qarabağ Şərqi Zəngəzur ərzaqlıq buğda istehsalında çox böyük aqrar potensiala malikdir.

 

Salman ALIOĞLU

 

Respublika.- 2022.- 18 avqust.- S. 1; 6.