Şəhidin ordeni atasına təqdim olunub

 

Xalqımızın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə orden medallarla təltif edilir.

Belə qəhrəmanlarımızdan biri Vətən müharibəsinin şəhidi Xaməmmədov Şirxan Xaməmməd oğludur. Göstərdiyi igidlik şücaətə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan şəhidin ailəsi ilə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib, şəhidin təltif edildiyi orden onlara təqdim edilib.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Əlahiddə Ümumqoşun ordusunun zabiti, polkovnik-leytenant Bəhruz Xalıqov, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı şəhidin atası iştirak edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında ordumuzun döyüş meydanlarında əldə etdiyi qələbədən, bu qələbənin qazanılmasında igidlərimizin göstərdiyi qəhrəmanlıqdan danışaraq ölkə başçısının şəhid ailələrinə, müharibə əlillərinə iştirakçılarına göstərdiyi diqqət qayğısından geniş söhbət açıb.

Şəhidin atası Xaməmməd Xaməmmədov oğlunun göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiyini vurğulayaraq ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni şəhidin atası Xaməmməd Xaməmmədova təqdim olunub.

 

M.QULUYEV

 

Respublika.- 2022.- 18 avqust.- S.8.