Gələcək inkişaf strategiyasının əsas hədəfləri

 

Sosial siyasət dövlətimiz üçün hər zaman prioritet olacaq

 

"Gələn ilin büdcəsində - əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə sosial siyasəti görürəm. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq". Bu fikirləri bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirən Prezident İlham Əliyev həmçinin əhalinin sosial müdafiəsinin lazımi səviyyədə təmin edilməsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələlərinin həll olunması istiqamətində təkliflər verilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq edilib. Onu da qeyd edək ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də sosial təminat sisteminin daha effektiv ədalətli olması hesabına aşağıgəlirli yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi sosial təminatının gücləndirilməsi təsbit olunub.

Göründüyü kimi, Azərbaycan sosial dövlət imicini qorumaqla yanaşı, ona yeni-yeni əlavələr edir. Məqsəd ölkəmizi daha da gücləndirmək, əhalinin sosial müdafiəsini təmin etmək, bir sözlə, "Güclü dövlət, yüksək rifah" prinsipini həyata keçirilən siyasətin əsası kimi öndə saxlamaqdır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2021-ci il uğurlu islahatlar ili olub.

Dövlət başçısı İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq il ərzində sosial islahatlar proqramı davam etdirilir, sosial müdafiə aktiv məşğulluq proqramlarının icrası daha da genişləndirilməsi təmin edilir. Həssas qrupların sosial təminatı, sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ, əlçatan şəkildə təşkili digər müvafiq fəaliyyət sahələrində ardıcıl, məqsədəuyğun işlər görülüb.

Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, eyni zamanda, əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220, II dərəcə üzrə 130 manatdan 180, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Əlilliyi olan şəxslərin müavinətləri üç il əvvələ nisbətən I dərəcə üzrə 2,7, II dərəcə üzrə 3, III dərəcə üzrə 2,3 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara müavinət 150 manatdan 200 manatadək, onlara qulluğa görə təqaüd 50 manatdan 80 manatadək artıb.

Əməkhaqqı digər sosial ödənişlərin artımı üçün 2022-ci ildə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat ayrılıb.

Dövlət başçısının tapşırığına əsasən, xüsusilə şəhid ailələri müharibə iştirakçıları yüksək diqqət qayğı ilə əhatə olunaraq onların sosial dəstəklə təminatı üçün genişmiqyaslı tədbirlər görülür.

Bu ilin may ayında Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri müharibə əlilləri üçün doqquzmərtəbəli 12 binadan 576 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı da həmin kateqoriyadan olan vətəndaşlara yüksək qayğının daha bir nümunəsi oldu. Prezident İlham Əliyev açılış mərasimində demişdir: "Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim dövlətimizin borcudur. Birinci İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib".

Ümumilikdə, ötən dövrdə 12.500 şəhid ailəsi müharibə əlili mənzil fərdi evlə təmin olunub. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə onlara daha 11 min mənzil fərdi ev verilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri vasitələri ilə təminatı sahəsində işlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində ötən ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6.450 nəfərə reabilitasiya, həmçinin Vətən müharibəsinin 1.040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.

Bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyadan olan vətəndaşlarına daim qayğı həssaslıqla yanaşır, onların sosial rifahının yüksək olması istiqamətində mühüm layihələr reallaşdırır.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2022.- 18 avqust.- S.9.