Katarakta xəstəliyi və onun cərrahi müalicəsi - Fakoemulsifikasiya
Sözsüz ki, insan orqanizmində bütün orqanların öz funksiyası var və bunların hər biri insanın həyatı, yaşaması üçün çox vacibdir. Bu baxımdan, yaşından asılı olmayaraq hər kəs öz sağlamlığının qayğısına qalmalı, hər hansı bir xəstəliyin irəliləməməsi üçün vaxtında həkimə müraciət etməlidir. Son illər göz xəstəlikləri ilə bağlı bütün yaş qruplarında həkimlərə müraciət edənlərin sayı çoxalıb. Bizi ətraf mühitlə bağlayan bu orqanda yaranan müxtəlif xəstəliklər daha da cavanlaşıb. Belə ki, əgər əvvəllər göz xəstəlikləri daha çox yaşlı insanlarda müşahidə olunurdusa, indi yeniyetmə və gənclər, azyaşlı uşaqlar arasında belə xəstəliklər yayılmağa başlayıb. Bugünkü sayımızda geniş oxucu marağını nəzərə alaraq göz xəstəlikləri ilə bağlı məsələlərə toxunmağa çalışdıq. İnsanlar arasında geniş yayılmış katarakta xəstəliyi və onun müalicəsi barədə peşəkar həkim məsləhətini oxucularımıza təqdim edirik.
Gözün ümumi quruluşu ilə tanış olarkən görürük ki, göz bülluru şəffaf linzadır. Lakin bəzən o, öz şəffaflığını itirir və bulanır. Bu xəstəliyə el arasında ‹‹mirvari suyu›› və ya katarakta deyilir. Xəstəlik zamanı büllur öz şəffaflığını qismən və ya bütövlükdə itirir. Katarakta işıq şüasının gözə daxil olmasına maneçilik törətdiyindən insanın görmə qabiliyyəti zəifləyir. Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Amma bu, belə deyil. Katarakta göz büllurunun özündə əmələ gələn bulanmadır.
Əksər hallarda katarakta hər iki gözdə yarana bilir, lakin bir gözdən o birinə keçmir. Onun yaranması gözün gərgin işlə yüklənməsi ilə də bağlı deyil və xəstəlik əmələ gəldikdə görmə qabiliyyətini tam bərpa etmək mümkündür. Görmənin bulanmasını hiss etdikdə dərhal həkimə müraciət edib məsləhət almaq lazımdır.
Xəstəliyin yaranma səbəbi müxtəlifdir, bu gözün zədələnməsi ilə də bağlı ola bilər. Lakin əsas səbəb orqanizmin, o cümlədən gözlərin qocalmasıdır. Əlbəttə, qocalıq dedikdə, heç də insanın yaşı nəzərdə tutulmur. İnsanların böyük əksəriyyəti öz sağlamlığının qeydinə qalmadığı üçün vaxtından tez qocalır, görmə qabiliyyətini də vaxtından tez itirirlər.
İllər ötdükcə insanın orqanizminə vurduğu zərbələr çoxalır, bu da orqanların və hüceyrələrin fəaliyyətinin pozulmasına və müxtəlif xəstəliklərin inkişafına səbəb olur.
Göz bülluru da hüceyrələrdən "yarandığı" üçün bu zərbələrdən kənarda qala bilmir. Xəstəliyin əmələ gəlməsində irsiyyətin, diabet və digər xəstəliklərin rolu böyükdür. Yaşla bağlı yaranan kataraktaya yaş kataraktası (qocalıq kataraktası) da deyilir. Belə xəstəlik hətta 45 yaşında da əmələ gələ bilər. Yarandığı səbəblərdən asılı olaraq katarakta yaş, travmatik, diabetik, anadangəlmə, uveal və s. olaraq bir çox etoloji formalara bölünür.
Uşaqlarda da anadangəlmə kataraktaya rast gəlinir. Bu faktın
özü də kataraktanın müxtəlif
səbəblərdən yarandığını
təsdiq edir.
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə,
dünyada yaşlı
insanlar arasında (50 yaşdan yuxarı) katarakta korluğun və zəif görmənin təqribən
50 faizini, əhalinin isə 20 milyona qədərini təşkil
edir. Azərbaycanda da yaşlı
əhali arasında katarakta xəstəliyi çox geniş yayılmışdır və
korluğun səbəbləri
içərisində I yeri
tutur.
Hələ eramızdan bir neçə min il
əvvəl tibb elminin banisi Hippokrat deyirdi ki, insan 40 yaşında
özünün həkimi
olmalıdır. Belə ki,
insan özünü dərk edəndən sağlamlığını qorumalı,
pis vərdişlərdən
uzaq durmalıdır.
Çünki gənc orqanizm
zərərli adətlərə
birtəhər dözür.
Lakin 40 yaşdan sonra mənfi hallara daha tab gətirə bilmir və orqanlar bir-bir sıradan çıxır. Proses eynidir
- bu və ya digər sahədə
hüceyrələrin kütləvi
şəkildə qırılması,
toxumaların sıradan
çıxması, kapilyarların,
damarların və əzələlərin öz
funksiyasını yerinə
yetirə bilməməsi
orqanizmin tamlığını
pozur.
Katarakta da, əslində, orqanizmin tamlığının
pozulmasından yaranır
və bu tamlığı bərpa
etmək mümkündür. Lakin yaşdan
asılı olmayaraq katarakta gözün zədələnməsi sayəsində
də baş verə bilər. Belə ki, güclü zərbə, kəsilmə,
deşilmə, termal və ya kimyəvi
təsirə məruz
qalmaq da katarakta əmələ gətirə bilər.
Buna "zədə kataraktası" deyilir.
Katarakta necə yaranır, əlamətləri necədir? Qeyd etmək
lazımdır ki, kataraktanın kliniki simptomlarının inkişafı
büllur bulanıqlarının
harada yerləşməsi
ilə əlaqədardır.
Əgər, katarakta büllurun kənar hissəsində - periferiyada
yaranıbsa, heç bir dəyişiklik hiss olunmur. "Bulanma"
büllurun mərkəzinə
yaxındırsa, görmə
qabiliyyətində problemlər
yaranır. Xəstə ətrafındakı
əşyaları dəqiq
seçmir, torlu görür, xüsusilə
gur işıqda onların konturları silinir. Hətta, bir şəkil
qoşa görünür.
Çox
vaxt işıqdan qorxma hissi yaranır.
Bir göz digərindən daha zəif görür. Normal halda qara görən
bəbək ağımtıl,
sarımtıl rəng
alır. Bütün bu
əlamətlər daha
da güclənə və xəstəni eynəyi tez-tez dəyişməyə, daha
güclüsü ilə
əvəz etməyə
vadar edə bilər.
Müayinə tamamilə ağrısız
keçir. Həkim biomikroskopun və
oftalmoskopun köməyi
ilə gözün bülluruna baxır və orada baş
vermiş dəyişikliyin
tipini, formasını
və yerini müəyyən edir, bundan sonra diaqnoz
qoyur. Kataraktanın ən doğru
müalicə yolu - bulanıq büllurun cərrahiyyə əməliyyatı
vasitəsilə gözdən
kənar edilməsidir.
Dərmanlar və xüsusi
eynəklər müvəqqəti
xarakter daşıyır
və əhəmiyyətsiz
hesab olunur.
Uzun illər
təhlükəsiz və
effektli cərrahi metodun işlənib hazırlanması müasir
oftalmologiyanın ən
aktual məsələləri
sırasında idi. Hazırda isə
bu metod fakoemulsifikasiya metodudur.
Bu metodun digər
metodlardan fərqi ondadır ki, əməliyyat kəsiksiz
və qansız aparılır, görmə
qabiliyyəti qısa müddətdə (çox
vaxt 24 saat müddətində) 100 faizə
qədər bərpa olunur. Əməliyyatdan sonrakı
fəsadlar çox az olur və müalicə oluna bilir. Qısa müddətdə
tibbi-bioloji sağalma prosesi gedir. Xəstənin əmək qabiliyyəti
bərpa olunur və əksər hallarda öz əvvəlki işlərini
davam etdirirlər.
Qeyd edək
ki, cərrahiyyə əməliyyatının metodikası
çox mükəmməl
şəkildə hazırlanıb. Ən müasir texnika və avadanlıqlarla həyata keçirilən
əməliyyatın uğur
faizi çox yüksəkdir . Ən başlıcası isə, cərrahiyyə əməliyyatından sonra
aktiv həyata qayıtmaqdır.
Müasir təbabətdə kataraktanın
çıxarılması əsasən
ultrasəs və lazer fakoemulsifikasiyası vasitəsilə kəsiksiz
və qansız aparılır. 1-2 mm kəsikdən
yumşaq linza implantasiya olunur. Süni büllur təbii büllura maksimum uyğunlaşdırılır ki, bu da
gözdə iltihab törətmir.
İntraokulyar linzanın iki növü mövcuddur: arxa kamera və
ön kamera linzası. Arxa kamera büllur
quzehli qişanın arxasında, ön kamera isə büllur quzehli qişanın önündə
yerləşdirilir. Xəstənin gözündə hansı
növ linza qoyulacağına həkim
qərar verir.
Süni büllur şüa sındırma gücü
hər xəstə üçün fərdi qaydada müəyyən edilir. İntraokulyar linza seçərkən
gözün anotomik və optik xüsusiyyətləri
nəzərə alınır.
Həmçinin, cərrah linza
qoyarkən xəstənin
peşəsini və sosial şəraitini də nəzərə alır.
Az vaxt aparan cərrahiyyə əməliyyatından sonra
(10-12 dəqiqə) pasiyent
elə həmin gün evə buraxılır. Əməliyyatdan sonra bir neçə gün ərzində xəstə
əşyaları bir
qədər bulanıq
görür ki, bu da bəbəyin
əməliyyat zamanı
genişləndirilməsi səbəbindən
baş verir. Bəbək daraldıqdan sonra görmə qabiliyyəti xeyli yaxşılaşır.
Əməliyyatdan 3-5 gün keçdikdən
sonra görmə qabiliyyəti tam bərpa olunur.
Nadir hallarda çıxarılmış
büllurun arxa kapsulası əməliyyatdan
bir neçə ay sonra bulanır, görmə qabiliyyəti bir qədər zəifləyir. Buna təkrar
olunan "ikincili katarakta" deyilir. Belə olan halda dərhal
həkimə müraciət
etmək lazımdır.
Lazer şüasının köməyi
ilə aparılan lazer proseduru bir neçə dəqiqədən sonra gözün görmə qabiliyyətini tam bərpa
edir. Buna lazer dissiziyası deyilir.
Kərəm KƏRİMOV,
Tibb elmləri doktoru,
professor,
Əməkdar elm xadimi,
Nigar KƏRİMOVA,
Bakı Elmi-Tədqiqat
Göz Xəstəlikləri
Klinikasının direktoru.
Respublika.- 2022.- 18 avqust.- S.11.