“Humanizmin Azərbaycan simvolu" adlı tədbir
Müharibə, Əmək və
Silahlı Qüvvələr
Veteranları Təşkilatının
inzibati binasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü
ilə bağlı
"Humanizmin Azərbaycan
simvolu" adlı tədbir keçirilib. Tədbirdə "Humanizmin Azərbaycan
simvolu" kitabının
da təqdimatı olub.
Tədbiri giriş sözü
ilə açan Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədr
müavini, polkovnik Cəlil Xəlilov Mehriban xanım Əliyevanın Azərbaycan
xalqı qarşısındakı
tarixi xidmətlərinə
diqqət çəkib:
"Xeyirxahlığına, yüksək bacarığına,
diqqət və qayğısına görə
hamının hörmətini,
məhəbbətini qazanmış
Mehriban xanım Əliyevanın ölkəmizin
ictimai-siyasi və mədəni həyatındakı
rolu, mühüm xidmətləri danılmazdır.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial
layihələrdən danışarkən
Mehriban Əliyevanın
2004-cü ildən bəri
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün
deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım
Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük
əzmlə və sədaqətlə həyata
keçirir. Fond ölkənin
yaradıcı və elmi potensialının artırılmasına kömək
etməyi, uşaq müəssisələrinin infrastrukturlarını
inkişaf etdirməyi,
ekologiya sahəsində
mühüm tədqiqatları
dəstəkləməyi, sağlam
həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının
ərazisində və
xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin,
incəsənət xadimlərinin
sərgilərini təşkil
etməyi, dini tolerantlığın bərqərar
olmasına, vətəndaş
cəmiyyəti quruculuğuna,
qloballaşan dünyaya
inteqrasiya prosesində
milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına
dəstək verməyi
öz fəaliyyətində
prioritet olaraq qarşıya qoyub.
Birinci vitse-prezidentin
fəaliyyətində ən
mühüm məqamlardan,
istiqamətlərdən birini,
bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri,
qaçqın və məcburi köçkünlərlə
bağlı məsələlər
təşkil edir. Mehriban xanım
Əliyeva bu gün valideyn himayəsindən məhrum
uşaqların mənəvi
anası, dərdli şəhid analarının,
qaçqın və məcburi köçkünlərin
dayağıdır. Harada
yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım
xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini,
zamanını təmənnasız
olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Bütün bu keyfiyyətlərin
məcmusunu xarakterizə
edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan
dövlətinin yaradıcısı,
ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşmasında
Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır".
Tədbirdə çıxış edən siyasi elmlər doktoru, "Humanizmin Azərbaycan simvolu" kitabının
müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli
fəaliyyətinə toxunub,
Birinci vitse-prezidentin rəhbərliyi
ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələrdən
söz açıb. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun Prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan
xalqı tərəfindən
yüksək dəyərləndirilir,
xalqımızın həyatında
xüsusi əhəmiyyət
daşıyır.
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri Mehriban Vəliyeva çıxışında
Mehriban Əliyevanın
əsasən təhsil
sahəsindəki xidmətlərinə
diqqət çəkib,
bu istiqamətdə həyata keçirilən
böyük işlərdən
danışıb. Mehriban Vəliyeva
qeyd edib ki, Birinci vitse-prezidentin
bilavasitə qayğısı
ilə respublikamızın
hər yerində müasir məktəblər
inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun
müasir tələblər
əsasında qurulması
istiqamətində mühüm
işlər görülüb.
Tədbirdə çıxış edən
millət vəkili Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını
vurğulayıb. Millət vəkili qeyd
edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü
hər addımda göstərir. Mehriban xanımın
Azərbaycan xalqı qarşısındakı xidmətlərinə
toxunan millət vəkili, bu xidmətlərin əsrlər
sonra da hörmət və ehtiram hissilə yad ediləcəyini bildirib.
Nəriman Nərimanov adına
45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanım Əliyevanın
hər bir vətəndaşa, o cümlədən
şəhid ailələrinə,
müharibə əlilləri
və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz
öz xidmətləri,
fədakarlığı sayəsində
xalqın sevimlisinə
çevrildiyini bildirib.
"Humanizmin Azərbaycan simvolu" adlı kitabın önəminə toxunan Nəcibə Axundova belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi
üçün siyasi
elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü
bildirib.
Müharibə, Əmək və
Silahlı Qüvvələr
Veteranları Təşkilatının
sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının
inkişafında Prezident
İlham Əliyevlə
yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu
bildirib. Fatma Səttarova qeyd
edib ki, hədsiz qayğıkeşliyi
və çalışqanlığı,
humanizmi və nəcibliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir.
Mehriban xanımın müharibə veteranı,
sadə bir Azərbaycan qadını kimi ona hər zaman böyük qayğı göstərdiyini bildirən
Fatma Səttarova bu cür həssas
münasibətə görə
Birinci vitse-prezidentə
təşəkkür edib,
minnətdarlığını bildirib.
Seymur ƏLİYEV,
Müharibə, Əmək və
Silahlı Qüvvələr
Veteranları Təşkilatının
mətbuat katibi.
Respublika.- 2022.- 20 avqust.- S.7.