Regionların sosial-iqtisadi inkişafı
davamlı xarakter alıb
Bölgələrimizdə aparılan abadlıq-quruculuq
işləri Azərbaycanın
iqtisadi gücünün göstəricisidir
Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf
edir və qüdrətlənir. Dünya birliyinə sürətlə
inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla
regionda böyük nüfuz sahibinə çevrilən müstəqil
Azərbaycanın qısa
zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə
hər bir vətəndaşın mənafeyinə
xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Azərbaycan Prezidenti
İlham Əliyev ötən müddət ərzində regionların
sosial-iqtisadi inkişafını
xüsusi diqqət mərkəzində saxlamış,
bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir.
Çıxışlarının birində "Bizim iş üslubumuz belədir: bölgələrdə
problemi müəyyən
etmək, onun həlli üçün lazım olan yolları müəyyən
etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız
da var", - deyən dövlət başçısının həyata
keçirdiyi uğurlu
strategiya nəticəsində
Azərbaycan qısa müddətdə dünyanın
sürətlə inkişaf
edən, bütün sahələrdə yeniləşən
dövlətlərindən birinə çevrilib.
2003-cü ildə keçirilən
prezident seçkilərində
xalqın böyük
əksəriyyətinin dəstəyini
qazanaraq dövlət başçısı seçilən
cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya
prioritet məsələ
kimi qoydu. Ölkə rəhbəri
iqtisadiyyatın neft gəlirlərindən asılılığını
yolverilməz hesab etməklə yanaşı,
qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində
inkişaf etdirilməsi
yolu ilə sosial və regional tarazlığın qorunmasına
çalışmışdır. Bu istiqamətdə bir çox işlər görülmüş
və proqramlar icra olunmuşdur. Son 19 ildə regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı 3 Dövlət Proqramının
icrası və dördüncünün icrasının
davam etdirilməsi də görülən işlərin bir hissəsidir.
Regionlarda aparılan quruculuq, yenilənmə, abadlıq
işləri vətəndaşlarımızda
ölkəmizin daha gözəl, daha firavan olacağına inamı artırır. Bir yandan
işğaldan azad edilmiş torpaqlarımızda
gedən tikinti-quruculuq,
digər tərəfdən
bölgələrimizdə aparılan genişmiqyaslı
işlər dövlət
başçımızın bu məsələlərə
diqqətinin, insanların
rifahının yaxşılaşmasına
olan münasibətinin
göstəricisidir. Prezident İlham
Əliyev verdiyi tapşırıqların icrasına
da şəxsən nəzarət edir və diqqətdə saxlayır. Məhz bölgələrə səfərləri də bu məqsədi daşıyır.
Bu gün həyata
keçirilən uğurlu
iqtisadi siyasət regionların inkişafına
da əhəmiyyətli
təsir göstərir. Odur ki, ölkəmizdə bölgələrin
sosial-iqtisadi inkişafı
başlıca prioritetlərdən
biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun
olaraq bu istiqamətdə ardıcıl
və məqsədyönlü
tədbirlərin həyata
keçirilməsi davamlı
xarakter daşıyır.
Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz
ötən 19 ildə
mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında
etibarlı tərəfdaş,
qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı,
beynəlxalq tədbirlər
məkanı kimi tanınır.
Bölgələrimizin müasir tələblərə
uyğun inkişaf etdirilməsi, insanların
rahatlığının təminatı,
infrastruktur layihələrinin
uğurlu icrası, şəhərlə kənd
arasında fərqin aradan qaldırılmasına
yönələn addımlar
ictimaiyyət tərəfindən
böyük rəğbətlə
qarşılanır. İşğaldan azad edilmiş, ümumilikdə bütün
bölgələrimizdə görülən işlər
Azərbaycanın malik
olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır.
Avqustun
12-də Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri bir daha bu reallığı
təsdiqləyir ki, dövlət başçımızın
müstəqil Azərbaycanı
müasir və qüdrətli dövlətə
çevirmək məqsədi
sadəcə sözdə
ifadə edilmir, konkret addımlarda öz əksini tapır.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı
və Ağsu rayonlarına səfərləri
çərçivəsində "Basqal Resort & Spa" otelinin
açılışında iştirak etmiş, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan
və icrası nəzərdə tutulan tikinti-bərpa, eləcə
də Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması
ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Həmçinin, dövlət başçısı
Ağsu şəhərindəki
Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri
Muzeyinin açılışında
iştirak etmiş,
"Ağsu Aqropark"
Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti
ilə maraqlanmışdır.
İsmayıllı və Ağsu rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin
miqyasının genişliyi
fonunda regionların inkişafının dövlət
siyasətinin əsasında
dayandığı bir
daha öz təsdiqini tapır. Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqətləri sayəsində dini ziyarətgahlarımız və
məbədlərimiz də
yenidən qurulur.
Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu öz töhfəsini verir. Fond istər
ölkəmizdə, istərsə
də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır.
Prezident
İlham Əliyev İsmayıllı rayonunun
Basqal qəsəbəsində
Azərbaycan Televiziyasına
müsahibəsində demişdir:
"Mənim bölgələrə
səfərlərim müntəzəm
xarakter daşıyır,
həm vəziyyətlə
tanış olmaq, həm də əlavə göstərişlərin
verilməsi üçün.
Gedən
işlərə, bildiyiniz
kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün
bölgələrdə quruculuq-abadlıq
işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına
səfərim çərçivəsində
burada görülmüş
və görüləcək
işlər haqqında
həm göstərişlər
verilmişdir, eyni zamanda, məruzələr
edilmişdir".
Onu da qeyd edək ki, regionlarımızda görülən işlər
işğaldan azad edilmiş ərazilərimizin
bərpası ilə paralel şəkildə həyata keçirilir və reallaşdırılan
quruculuq işlərinin
bütün ölkəni
əhatə etdiyi aydın nəzərə çarpır. İsmayıllı və Ağsu
rayonlarında sosial-iqtisadi
layihələrin yüksək
keyfiyyətlə gerçəkləşdirilməsi
həm də Azərbaycanda investisiyaların
qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına
yönəldilməsinin bariz
ifadəsidir. Elə buna
görədir ki, son illərdə respublikada əlverişli sahibkarlıq
və biznes mühitinin formalasdırılması,
işsizlik probleminin həlli nəticəsində
əhalinin həyat şəraitinin yaxşılaşdırılması
ilə bağlı müsbət göstəricilər
əldə edilir.
Regionların inkişafı ilə bağlı həyata keçirilən Dövlət
proqramları çərçivəsində
regionlarımız abadlaşır,
yeni kommunikasiyalar yaradılır, yollar çəkilir, məktəblər,
xəstəxanalar, idman
kompleksləri və digər sosial-mədəni
obyektlər tikilir. Bütün bunlar
regionlarımızın görkəmini
büsbütün dəyişir.
Beləliklə, görülən işlərin
miqyasının genişliyi
bir daha regionların inkişafının
dövlət siyasətinin
əsasında dayandığını
təsdiqləyir.
Müşfiq MİRZƏ
Respublika.- 2022.- 21 avqust.- S.1; 5.