İqtisadi tərəqqinin yol xəritəsi

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində böyük infrastruktur layihələri reallaşdırılır, investisiya mühiti yaxşılaşır, əhalinin yaşayış səviyyəsi yüksəlir

 

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildiuzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

Müasir dövrdə qabaqcıl iqtisadiyyata malik dünya ölkələrində iqtisadiyyatın dövlət tərəfindən  tənzimlənməsi müxtəlif metod mexanizmlərlə həyata keçirilir. Bütün dünyada qəbul olunan regional inkişaf mexanizmi onun öyrənilmə metodları Azərbaycanda da geniş tətbiq olunur. Bunun üçün dövlətin qarşıya qoyduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları  tərəqqinin təminatçısı,  ölkəmizin bu sahədə uğurlu, dayanıqlı dinamik inkişafının göstəricisidir. Bu baxımdan, ölkəmizdə regional iqtisadi inkişaf strategiyası qarşıya qoyulan məqsədlər bu məqsədlərə çatmağa yönələn hədəfləri müəyyənləşdirir.

Hələ 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu iqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmişdi. Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, infrastruktur sahələrini təkmilləşdirmək yeniləşdirmək,  xüsusilə, regionların investisiya cəlbediciliyinə nail olmaq, yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq beləliklə , tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Dövlət Proqramının uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuşdur.

Bu gün ölkəmizdə  həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirmək, əmək ehtiyatlarından, təbii iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yerlərinin açılmasına nəticədə, əhalinin məşğulluğunun artırılmasına yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Prezident İlham Əliyev Masallı, Lerik Göygöl rayonlarına yeni təyin olunan  icra hakimiyyətləri  başçılarını qəbul edərkən Dövlət Proqramı çərçivəsində elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələrinin icra olunduğunu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblərin inşa edildiyini bildirib: "Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi". Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu insanların layiqli yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət töhfəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan artıq yeni yeri yaradılmışdır ki, bu yerlərinin 75 faizi regionların payına düşmüşdür. Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur.

Dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün "Aqrolizinq" ASC-nin yaradılması kimi tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Təhsil, səhiyyə, mədəniyyət digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır.

Ölkəmizin şəhər rayonlarının davamlı tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş  regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizin bütün rayonlarına nəzər salsaq, eyni mənzərənin şahidi olarıq. Təbii ki, qarşıda həlli vacib məsələlər dayanır. Şübhəsiz ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində daha uğurlu layihələrə imza atılacaq, bununla da regionların inkişafına böyük dəstək göstəriləcək. Regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Ölkə başçısının  da vurğuladığı kimi, proqram çərçivəsində  qarşıda duran əsas infrastruktur vəzifələr  icra olunacaq beləliklə,  gələcək inkişaf üçün daha gözəl imkanlar yaranacaqdır.

 

Mustafa KAMAL        

 

Respublika.- 2022.- 21 avqust.- S.4.