Dövran dəyişsə
də, erməni xisləti dəyişmir
İki
əsrə yaxın xəstə ideyalarla öz xalqını
xroniki bəlalara düçar edən erməni
"ideoloq"ları tarixin və zamanın ibrət dərslərini
nədənsə tez unudub, "miatsum" xəstəliyinə
düçar etdikləri erməniləri Azərbaycanın
"Dəmir Yumruğ"unun zərbələri altında
qoyaraq sözün yumşaq mənasında desək, qorxub
qaçdılar. İyirmi birinci əsrin faşizmi olan Ermənistan,
terrorçu dövlətdir, körpə qatilidir, ən qəddar
işğalçıdır. Onlar havadarlarına və erməni
lobbisinə arxalanaraq illərlə qonşu kimi
yaşadıqları Azərbaycana xəyanət edib
torpaqlarını ələ keçirdilər. 30 il ərzində
işğalda saxladıqları Qarabağa divan tutan, Ağdam,
Füzuli, Cəbrayıl şəhərlərini yer
üzündən silən, yüzlərlə kəndi
xarabalığa çevirən, qatı nifrət ruhunda azərbaycanlıların
evlərini, tarixi-mədəni və dini abidələrini
dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlını
- qadınları, qocaları, uşaqları qətlə yetirən,
Xocalıda soyqırımı törədən, əsir və
girovlara dözülməz işgəncələr verən Ermənistanın
xunta rejiminin iç üzü belə qara ləkələrlə
doludur. Əsrlər keçsə də, erməni xisləti dəyişməyib.
Xainlik, hamar yola daş düzmək, su içdiyi
bulağın gözünü tutmaq, meyvəsini yediyi bar
ağacını kəsmək, yaşadığı evi
yandırmaq kimi eybəcər və iyrənc xislət ermənilərə
ana bətnində keçib.
Vətən müharibəsində döyüş səngərindən tülkü kimi qaçan, yüzlərlə ölüsündən belə imtina edən, hər gün yalan ifraz edən, kirli və qorxaq ermənilər uduzduqlarını hiss edən kimi ağalarının qarşısında göz yaşı tökür, ağlayır, məzlum görkəm alır, imdad diləyirdi. Uzun illər boyu işğal etdikləri torpaqlardan azərbaycanlıların var-dövlətini daşıyan ermənilər bir atalar məsəlini unutmuşdular: özgə atına minən, tez düşər. Belə də oldu. Hərbi və siyasi müstəvidə mövqelər dəyişdi, qüdrətli Azərbaycan dünya erməniliyinə, onların havadarlarına ən ağır zərbə vuraraq torpaqlarını işğalçılardan azad etdi və ərazi bütövlüyünü təmin etdi.
44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonu 28 ildən sonra bir güllə atılmadan işğaldan azad edildi. Laçın şəhəri və bir neçə kənd rusiyalı sülhməramlı qüvvələrin nəzarət etdiyi müvəqqəti zonada qaldı. Azərbaycan qısa bir müddətdə Laçın şəhərinə daxil olmadan alternativ yol çəkərək ermənilərin dəhliz arzularına birdəfəlik son qoydu. Laçında, Zabuxda və Sus kəndində qanunsuz məskunlaşan haylara elan olundu ki, özgə evində yaşadığınız yetər,bu yerləri tərk etməlisiniz, çünki buraların həqiqi sakinləri geri qayıdırlar. İki il bundan əvvəl Kəlbəcərdə etdikləri mənfurluğu, insanlığa yaraşmayan hərəkətləri ermənilər Zabuxda və Sus kəndində də törətdilər, dərhal evləri yandırmağa başladılar, meşələrə od vurdular. Belə iyrənclik, miskinlik, bədxahlıq, paxıllıq, qəddarlıq, yaramazlıq yalnız erməniyə xasdır.
Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində laçınlı keçmiş məcburi köçkünlərin iki ilə yaxın gözlədikləri şad xəbəri elan etdi: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq". Dövlətimizin başçısının bu xoş müjdəli xəbərini böyük sevinc hissi ilə qarşılayan Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin sakinləri artıq doğma yurda qayıdışa hazırlıq görürlər. Onlar illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar qurur, bir-birinə gözaydınlığı verirlər.
Zabux kəndi Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdə yerləşir. Çayın o biri sahilində, Alxan dərəsində də evlər tikilmiş, kənd böyüdülmüşdür. Laçın rayonunda ən böyük körpüdən biri Zabux çayının üzərində inşa edilib. Tarixən bu kənddə yaşayan azərbaycanlılar əsasən heyvandarlıqla məşğul olublar, kənddə su dəyirmanı olub. Sus kəndi də Həkəri və Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq və əkinçilik olub. Hər iki kənd 1992-ci il may ayında Ermənistan tərəfindən işğala məruz qalıb. İşğaldan sonra bu kəndlərdə Suriyadan, Livandan, Rusiyadan və başqa yerlərdən gətirilmiş erməni ailələri qeyri-qanuni məskunlaşdırılıb və onlara gələcək "xoş" həyat vəd edilib. Məlum olduğu kimi, avqust ayının axırına kimi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan kəndlər və Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılır. "Xoş" həyat dalınca gələn erməni ailələri indi suyu süzülə-süzülə kəndləri tərk edir, yenə də saxta göz yaşı tökür, evləri, meşələri yandırır, ziyanlıq vurmadan gedə bilmirlər. Neyləmək olar, erməni xisləti heç zaman dəyişmir.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Laçının Sus kəndindən olan məcburi köçkün Əhmədovlar ailəsi də sevinc içərisindədir. Doğma kəndə qayıdacaqları üçün həm həyəcan keçirir, həm də sevinclə əzəli və əbədi yurd yerlərinə qayıtmağı gözləyir. Ailə başçısı Tofiq Əhmədov deyir ki, kəndimiz Həkəri çayının kənarında dağ döşündə yerləşir. Kəndin üst tərəfində səfalı meşə, meyvə bağları, otlaqlarımız, biçənəyimiz, əkin yerlərimiz var idi. Bulaqlarımız çağlayırdı. Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam. 30 ildir yurdumuza, oradakı gözəlliklərə həsrət qalmışdıq. Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma kəndimizə qayıdırıq. Yurdumuzda əbədi yaşayacağıq.
Tofiq kişi doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözlədiyini bildirərək deyir ki, möhtərəm Prezidentimizin Azərbaycan televiziyasına müsahibəsini ailəmizlə birlikdə izlədik. Xoş xəbərdən sonra sevindiyimizdən bir-birimizi qucaqladıq. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq arzulayırıq. Səbirsizliklə gözlədiyimiz vaxt gəlib. Yurda dönürük, yenidən xoşbəxt günlərimizə qovuşacağıq.
Zabux kənd sakini Təzəgül Məhərrəmova danışır ki, lap yeniyetmə yaşımda ailəmizlə birlikdə erməni işğalı ilə üzləşmişəm. Bakı şəhəri, Suraxanı rayonu ərazisində məcburi köçkünlük illərini yaşadıq. Otuz ilə yaxındır ki, müəllim işləyirəm, şagirdlərimlə birgə Zabuxa qayıdacağım üçün özümü çox xoşbəxt hiss edirəm. Ailə üzvlərimlə birlikdə doğma kəndimizdə görəcəyimiz işlər haqqında düşünür, xəyallarımızın gerçəkləşdiyi üçün hədsiz dərəcədə sevinirik. Prezident İlham Əliyevə, müzəffər ordumuza dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizə uca Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm.
Zabux kənd sakini, keçmiş məcburi köçkün Bakir İsmayılov deyir ki, erməni işğalının ağır çətinliklərini dəf etdik, dövlətimizin, Prezidentimizin diqqətini, qayğısını hər zaman hiss etdik. Nə qədər çətinliklə üzləşsək də, heç bir dəqiqə belə kəndimizi, uşaqlığımız, gəncliyimiz keçən doğma yerləri unutmadıq. Zabux kəndində heç zaman erməni yaşamayıb. Orada separatçılar tərəfindən zorla məskunlaşdırılan ermənilər kəndi tərk edərkən evlərə od vururlar, meşələri yandırırlar, bir sözlə, ziyanlıq vururlar. Heç nə olmaz, biz yenidən kəndimizi tikəcəyik, bağ-bağça salacağıq, meşələri bərpa edəcəyik, dədə-baba ənənələrini yaşadacağıq. Pislik ermənilərə qalacaq. Yetər ki, onların nəfəsi bizim torpaqlarda bir daha hiss olunmasın. Müzəffər Prezidentimiz İlham Əliyevə ailəmiz, kəndçilərim adından dərin minnətdarlığımızı bildirirəm. Yeddi nəvəmlə birlikdə Zabuxa qayıdıram, yaşımın bu çağında mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.
Laçın rayonu Zabux kəndinin
120 nəfər sakini adından qəbul edilən müraciətdə
deyilir:
"Möhtərəm Prezident, cənab
Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Ümummilli
lider Heydər Əliyevin memarı və qurucusu olduğu
müasir, müstəqil Azərbaycan dövlətinin
2003-cü ildən sonra Sizin tərəfinizdən bütün
sahələr üzrə uğurla inkişaf etdirilməsi,
müstəqilliyimizin daha da möhkəmləndirilməsi,
Zati-alinizin, eləcə də Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın bizə - keçmiş məcburi
köçkünlərə göstərdiyiniz hərtərəfli
diqqət və qayğı bizi daim ruhlandırır,
yaşamaq həvəsimizi artırır. İşğal
altında olan torpaqlarımızın azad edilməsi
uğrunda aparılan 44 günlük haqq-ədalət
müharibəsində qazanılan şanlı Qələbə
isə bütün vətəndaşlarımızda
böyük iftixar hissi yaradıb.
Hörmətli
cənab Prezident, biz Laçın rayonunun Zabux kəndinin sakinləriyik.
Doğma kəndimizin azad olunması üçün ortaya
qoyduğunuz qətiyyətli mövqe bütün
xalqımız kimi, bizə də çox qürur verdi.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin
sakinlərinin doğma yurd-yuvalarına qaytarılması ilə
bağlı bu yaxınlarda səsləndirdiyiniz fikirlər
sevincimizi daha da artırdı. Buna görə kəndimizin
bütün sakinləri adından Sizə minnətdarlıq
edir, ölkəmizin uğurlu gələcəyi naminə fəaliyyətinizdə
uğurlar arzulayırıq!"
Salman ALIOĞLU
Respublika.- 2022.- 24 avqust.- S. 3; 5.