Milli-mənəvi
dəyərlərimizin təbliğatçısı, mədəniyyətimizin
himayədarı
Sivilizasiyaları
dialoqa, bəşəriyyəti birliyə, dostluğa
çağıran, milli dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq məfkurəsinin öyrənilməsi,
tədqiqi və təbliği kimi mühüm vəzifələri
həyat yolunun və fəaliyyət dairəsinin əsası
kimi müəyyənləşdirən Azərbaycanın
Birinci xanımı Mehriban Əliyeva fəaliyyətinin
bütün istiqamətlərində böyük uğurlara,
nailiyyətlərə imza atmış, bəşəri
ideallara sədaqəti, humanistliyi ilə nümunədir.
Bütün varlığı ilə Azərbaycana, türk dünyasına bağlı olan, Şərqlə Qərbi İpək Yoluna səsləyən Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən "Azərbaycan-İrs" jurnalının təməlini qoymuş, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilmişdir. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri olub, "Muğam" jurnalının təsisçisidir.
2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESCO-nun, çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam dəyərlərinə verdiyi töhfələrə görə isə 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban xanım 2005 və 2010-cu illərdə iki dəfə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
2005-ci ildə müdafiə etdiyi "Eftanaziya və təbabətdə humanizm problemi"nə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoyan Azərbaycanın Birinci xanımının dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis olunan Heydər Əliyev Fondu ilə bağlıdır. Onun rəhbərlik etdiyi Fond dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür.
Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan qədim tariximizə cığır açdı. Onun yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlarımız, qopuz yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESCO-nun baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım "Azərbaycan muğamları" layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən "Qarabağ xanəndələri" albomu ölməz muğam ifaçılarını yenidən dünyaya təqdim etdi. Mehriban xanım "Muğam Ensiklopediyası" layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantının hazırlanmasına nail oldu. "Muğam portal"ının yaradılması, "Muğam İnternet" layihəsinin, muğamla bağlı beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutan "Muğam dünyası" layihəsi, Beynəlxalq Muğam Festivalı, Televiziya Muğam müsabiqələri Heydər Əliyev Fondunun Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən möhtəşəm töhfələrdir.
XII-XVI yüzillərdə dəyərli sənət əsərləri və risalələr yaradan Səfiyəddin Ürməvi və Fətullah Şirvani kimi qüdrətli sənətşünasların kitablarının "Muğam Antalogiyası" layihəsi çərçivəsində işıq üzü görməsi Azərbaycan muğamlarının himayədarının nüfuzunu təkcə vətənində deyil, bütün dünyada artırır. Gənc istedadlara, muğam ifaçılarına daim diqqətlə yanaşan Azərbaycanın Birinci xanımı müxtəlif muğam müsabiqələrini dəstəkləməklə mədəniyyətimizə, incəsənətimizə, misilsiz xidmət göstərir.
Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin, dini məbədlərin bərpa olunması da məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Heydər Əliyev ideyalarının carçısı və davamçısı olan, məscidlər, minarələr ucaldan Mehriban xanım kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır. Belə ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən qurumlar-dan biri olan Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə onlarla türbənin, məscidlin təməli qoyulmuşdur. Fondun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Ba-kıdakı pravoslav kilsəsində təmir-bərpa isləri aparılmış, "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakı-da yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmiş, Binə qəsəbəsindəki "Möhsün Səlim", Gəncə şəhərindəki "Həzrəti Zeynəb" məscidləri əsaslı təmir edilərək yenidən qurulmuş, Bakı-dakı "Müqəddəs Məryəm" kilsəsində bir sıra islər görülmüş, "Vatikan" kilsəsində katakombalar təmir olunmusdur.
Azərbaycanın birinci xanımının səyləri nəticəsində görülən islər, həyata keçirilən layihələr ölkə-mizin dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət ki-mi özünəməxsus yer tutması baxımından böyük əhəmiyyət kəsb edir. Mehriban xanımın rəhbərlik etdiyi Fond yarandığı gündən bu istiqamətdə saysız-hesabsız layihələr reallaşdırmış, istər paytaxtımızda, istər işğaldan azad edilmiş rayonlarımızda, istərsə də digər bölgələrimizdə tarixi-dini abidələrimiz Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpa olunmuşdur.
Azərbaycanın bütövlük və azadlıq rəmzi olan Cavad xanın məzarı üstə məqbərənin ucaldılması, Comərd Qəssabın məzarı üzərində "Comərdi Qəssab" türbəsinin tikilməsi, Gəncə İmamzadəsinin və Gəncənin maddi-mədəniyyət incilərinin bərpa etdirilməsi, Gəncə Qalasının darvazasının yaddaşlara qaytarılması, Gəncənin 2500 illiyinin təntənə ilə qeyd edilməsi, Gəncə xanlığının bayrağının yenidən dalğalandırılması, "Cavad xan" filminin yaradıcı heyətinə dəstək verilməsi Mehriban xanım Əliyevanın milli dövlətçilik tariximizin qızıl səhifələrinə yazılmış xidmətlərindəndir.
2006-cı ildə Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Amerikaya səfəri zamanı Vaşinqton Tekstil Muzeyində Azərbaycanın maddi-mədəniyyət incilərindən olan, lakin İran xalçası kimi təqdim edilən Şeyx Səfi xalısının yaranma tarixindən, onun Azərbaycan xalqı və dövlətçilik tarixi ilə bağlı məqamlarından muzey əməkdaşına məlumat verən Mehriban xanım xalqımızın həqiqət carçısı, milli-mədəniyyətimizin himayədarıdır.
Dinlərə və sivilizasiyalararası dialoqa töhfələri, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə o, həm də müasir dünyamızda xalqımızın milli-mənəvi dəyərlərinin hamisi, müasirliyin körpüsüdür.
Sivilizasiyalararası dialoqda gənclərin, elmin və elm adamlarının, sənətin, mədəniyyətin rolunu dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar, forum, sammit, simpozium və festivallar təşkil edir. "UNESCO - Azərbaycan: gələcəyə körpü", "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü", "Orta əsr əlyazmalarında tibb və əczaçılıq", "Gənclər sivilizasiyaların alyansı", "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək", "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi, Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvıyə həsr olunmuş "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" konfransları, "Muğam aləmi" Beynəlxalq Festivalı çərçivəsində elmi simpozium, "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum, Heydər Əliyevin milli dövlətçilik ənənələrinin, beynəlxalq aləmə inteqrasiya istiqamətində tutduğu əsas prinsiplərin davam etdiyini bir daha təsdiq edir.
Beynəlxalq münasibətlərin, sivilizasiyalı cəmiyyətin qurulmasında ziyalıya, dünyəvi dəyərlər tarixini yaradan şəxsiyyətlərə daima ehtiram bəsləyən, onlara milli, dini, siyasi mənsubiyyətinə görə deyil, istedadına görə dəyər verən Heydər Əliyev "Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir" prinsipi ilə bəşəri dəyərlərə xidmət edən hər bir tarixi şəxsiyyətə, ziyalıya, sənətkara ehtiram nümayiş etdirirdi. İllərlə yaranan, formalaşan, yaddaşdan-yaddaşa ötürülən sənət incilərinə diqqətlə yanaşan Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi genişmiqyaslı layihələr içərisində sənət, mədəniyyət, incəsənət faktına özəl münasibət də şübhəsiz ki, fondun adını daşıdığı şəxsiyyətə, onun duyğu və düşüncələrinə diqqət, ehtiram əlamətidir.
Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafı, sivilizasiyalı cəmiyyətə inteqrasiyası, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması, maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verən, ölkənin tərəqqisi naminə Milli Liderin zəngin irsindən bəhrələnərək genişmiqyaslı proqram və layihələrin gerçəkləşməsinə çalışan, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya ilə bağlı silsilə tədbirlər reallaşdıran Heydər Əliyev Fondu bu gün xalqımızın ulu öndərinin, dahi şəxsiyyətinin müqəddəs amalının tərənnümçüsüdür.
Xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutan, insanların yaradıcı potensialının, bilik və bacarığının nümayişinə, inkişafına, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı atılan hər bir addıma, görülən hər bir uğurlu layihəyə dəstək verən ümummilli liderin adını şərəflə daşıyan Fond uşaq və gənclərin maariflənməsinə, mükəmməl bir şəxsiyyət, vətəndaş kimi formalaşmasına, Vətənimizin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, respublikamızın elm, təhsil, mədəniyyət xadimlərinin, ziyalıların xarici ölkələrin təhsil və elmi mərkəzləri ilə əlaqələrinin möhkəmlənməsinə, uşaq müəssisələrinin, səhiyyə obyektlərinin infrastrukturunun qurulmasına, ekologiya sahəsində mühüm tədqiqatların və layihələrin dəstəklənməsinə mühüm töhfələr verir. Ölkəmizdə və ondan kənarda aktual mövzulara dair konfrans və simpoziumların, yaradıcı gənclərin və incəsənət xadimlərinin sərgilərinin təşkilinə, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək kimi müqəddəs missiyanı öz üzərinə götürən Heydər Əliyev Fondu və onun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz genişmiqyaslı fəaliyyəti ilə milli və bəşəri dəyərlərə misilsiz töhfələr verərək dövlətimizə, dövlətçiliyimizə xidmət edir.
Mehparə
ƏLİYEVA
Respublika.- 2022.- 26 avqust.- S.6.