Bədnam qonşularımız anlamalıdır ki, imtiyaz, güzəşt, status olmayacaq

 

Prezident cənab İlham Əliyevin qəti mövqeyi və Azərbaycanın qalib dövlət olması bunu labüd edir

 

 

Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Azadlığına qovuşmuş Qarabağ Şərqi Zəngəzura 30 ildən sonra həyat yenidən qayıdıb. Ermənilərin dağıdaraq məhv etdikləri şəhər kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar onu göstərir ki, Qarabağın Şərqi Zəngəzurun inkişafı, tərəqqisi, regionda sülhün əmin-amanlığın təmin edilməsi Azərbaycanın əsas prioritetlərindəndir.

Dövlətimiz həm bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində, həm Qarabağın erməni əhalisi ilə Azərbaycan Konstitusiyasına müvafiq qanunvericiliyə əsasən münasibətləri normallaşdırmaqda israrlıdır. Odur ki, Qarabağda yaşayan ermənilər qısa müddət ərzində artıq öz seçimlərini etməlidirlər: ya Azərbaycanın vətəndaşlığını qəbul edib hamı kimi ölkə qanunlarına uyğun, sivil qaydada yaşamalı, ya da ölkəni könüllü şəkildə tərk etməlidirlər. Dünya ictimaiyyəti bu istiqamətdə baş verən hadisələri diqqətlə izləyir. Təsadüfi deyil ki, avqustun 12-də dövlət başçımız cənab İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə yerli mətbuatda olduğu kimi, xarici mətbuatda da böyük marağa səbəb oldu. Artıq dünya ictimaiyyəti gözəl bilir ki, cənab Prezidentin son açıqlaması ermənilərə onları təhrik edən maraqlı qüvvələrə ciddi xəbərdarlıqdır. Dünya dövlət başçımızın Ermənistan Qarabağ erməniləri ilə bağlı söylədiyi açıq qətiyyətli fikirlərini, demək olar ki, olduğu kimi qəbul etdi haqlı olaraq bunları Azərbaycan dövlətinin Ermənistana ermənilərə etdiyi xəbərdarlıq olaraq dəyərləndirdi. Həqiqətən , cənab Prezidentin bu açıqlamasından sonra Ermənistanın gələcək danışıqlarda manevr etmək üçün heç bir şansı ya Qarabağ ermənilərinin hüquqları adı altında manipulyasıya imkanları qalmadı.

Bu gün Azərbaycan istər hərbi, istər hüquqi, istərsə diplomatik anlamda regionda tam üstünlüyə sahibdir. Yeni reallıqları Ermənistandakı revanşistlər qəbul etmək istəməsə , Qarabağdakı etnik ermənilər vəziyyətlə barışıblar, barışmağa məcburdurlar. Onlar Azərbaycanın hərbi iqtisadi gücünü, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini görürlər. Azərbaycanla Ermənistanı müqayisə edir iki ölkənin siyasi, iqtisadi, sosial həyatında paralellik aparır, real mənzərədən nəticə çıxarırlar. Ermənilər eyni zamanda, 30 il ərzində müharibə, savaş ideologiyası ilə yaşamağın ilə nəticələndiyini dərk edirlər. İndi Qarabağdakı ermənilər seçim qarşısında qalıblar - bir tərəfdə müharibə, təhlükə səfalət, digər tərəfdə isə sülh, ədalət, sabitlik, sosial rifah, inkişaf. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan ermənilərə mesajlar ünvanlayıb. Bildirib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. "Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin statusu olacaq, müstəqilliyi olacaq, ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".

Həqiqətən, Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Reallıq isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Onların Qarabağda qalıb yaşaması gələcəyi Prezidentin dediyi kimi, yalnız Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb şərtləri diktə edən tərəfdir. Həmçinin, möhtəşəm "Qisas" əməliyyatından ermənilər düzgün dərs çıxarmalıdırlar. Yəni, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Prezident cənab İlham Əliyevin AzTV-yə son müsahibəsində bildirdiyi kimi, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır".

Uğurlu uzaqgörən xarici siyasətində ədalətə beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh sabitliyin bərqərar olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dövlət başçısının qeyd etdiyi kimi, "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim heç dayandıra bilməz, kiminsə bəyanatı, kiminsə açıqlaması, hansısa telefon zəngi.

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi biz istədiyimizə hərbi ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət gələcək perspektivlər barədə danışdı. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan söhbət gedə bilməz.

Cənab Prezident son çıxışı ilə bir bu məsələyə nöqtə qoydu ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz. Azərbaycan xalqı gələcəyə nikbinliklə baxır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə biz həmişə istədiyimizə nail olmuşuq.

 

Emin QASIMOV

 

Respublika.- 2022.- 27 avqust.- S. 4.